![]() |
|














Böyük Britaniya Ukrayna ilə bağlı təşəbbüsü ələ alıb - Paris etibarsız tərəfdaşdır
Tarix 04.03.25, 18:17 |
|

Böyük Britaniya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüsü ələ alır. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Londona səfər etməsi və ən yüksək səviyyədə qəbul olunması bu qənaətə gəlməyə əsas verir.
Məhz Londonda uzun illərdən sonra Ukrayna ilə bağlı konkret qərarlar qəbul edilib, addımlar atılıb. İngilislər ciddi fikir ayrılığında olan Avropa liderlərini bir araya toplayıb onları Ukraynaya gələcəkdə dəstək göstərilməsinə razı salmağa müvəffəq olub. London sammitinin təşkilatçısı, Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, məqsəd müharibənin dayandırılması planını hazırlamaq idi.
Görüşdən sonra keçirilən mətbuat konfransında Baş nazirin səsləndirdiyi fikirlər maraqlıdır. Bildirib ki, hərəkətlərin sürətli tempini saxlamaq və ümumi plan üzərində işləməyə davam etmək üçün tezliklə yenidən görüşəcəklər: “İndi əlavə söhbətlərin vaxtı deyil - ədalətli və davamlı sülhə nail olmaq üçün hərəkətə keçmək və yeni plan ətrafında birləşmək vaxtıdır”.
Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alan Britaniya bu ölkəyə 1,6 milyard funt-sterlinqlik hərbi yardım paketini də açıqlayıb. Martın 2-də açıqlanan 2,2 milyard funt-sterlinqlik kreditdən başqa, London 1,6 milyard funt-sterlinq ayırır və bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketi almağa, ölkənin güclü müdafiə sektorunda iş yerləri yaratmağa imkan verəcək: “Bu, kritik infrastrukturu indi qorumaq və Ukraynanı sülhün təmin olunmasında gücləndirmək üçün həyati əhəmiyyət kəsb edəcək, çünki biz keçmişin səhvlərindən dərs almalıyıq. Rusiyanın asanlıqla poza biləcəyi Minsk kimi zəif razılaşmanı qəbul edə bilmərik”.
Artıq nəticə də var. Məsələn, sammitin yekunu olaraq bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ ölkələrinin müdafiə xərclərini 1,5 % artırmağı təklif edib. O, ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib. Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir. "Avropa öz müdafiə xərclərini artırmağa hazırdır. İlk növbədə qısamüddətli perspektivdə Ukraynanın dəstəklənməsi üçün, uzunmüddətli perspektivdə isə öz təhlükəsizliyinin təmin edilməsi üçün", - o bildirib.
Ukrayna Böyük Britaniya ilə silah istehsalı üçün kredit müqaviləsi də imzalayıb. Beləliklə, Britaniyanın Ukraynaya kömək etmək üçün mühüm addımlar atdığı göz önündədir. Hətta onların arasında Ukraynaya hərbi kontingentin göndərilməsi də var. Məsələn, Starmer deyib ki, bu sazişin icrası üçün Ukraynaya hərbi kontingent də göndərəcəklər.
Göründüyü kimi, Böyük Britaniya Ukrayna ilə bağlı təşəbbüsü tamamilə ələ alıb. ABŞ-dən sonra çoxları gözləyirdi ki, Zelenski Ukrayna müharibəsində təşəbbüsü ələ almağa çalışan Fransaya üstünlük verəcək. Lakin prezident Emmanuel Makronun bununla bağlı bütün təşəbbüsləri puç olub. V.Zelenski nəinki onunla məsləhətləşmələr aparmaq istəyib, əksinə, onunla əlaqə belə saxlamayıb. Bu dəfə də uduzan Yelisey sarayı ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılmasından yalnız neçə gün sonra bir sıra nazirlər və ordu komandanlığının nümayəndələrinin iştirakı ilə iclas keçirmək qərarına gəlib. Dövlət başçısı hökumət üzvləri ilə Kiyevə ABŞ yardımının dayandırılması ilə yanaşı, martın 6-da keçiriləcək Aİ sammitini də müzakirə edəcək. Sammitdə Ukraynaya yardımın və müdafiə xərclərinin artırılması müzakirə olunacaq. Bu görüşdə də Britaniya əsas rol oynayacaq.
Baş verənlər Fransanın, xüsusən də, Makronun növbəti uğursuzluğudur. Prezident gözləyirdi ki, Ukrayna ABŞ-lə yaşananlardan sonra üstünlüyü ona verəcək, diqqət Fransaya yönələcək. Lakin Zelenski bütün bu fikirlərin üstündən xətt çəkib. Çox güman ki, Ukrayna liderində bu fikrin möhkəmlənməsində Emmanuel Makronun özünü yarıtmaz siyasətçi kimi göstərməsi mühüm rol oynayıb. Onun idarəçiliyi dövrü Beşinci respublikanın tarixinə ən biabırçı illər kimi düşüb. Keçirilən rəy sorğuları Makron hökumətinin reytinqinin ən aşağı həddə olduğunu üzə çıxarıb. 2017-ci ildən ölkəni idarə edən Makronun idarəçiliyi nəticəsində sosial gərginlik o həddə çatıb ki, hökumət ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatları çərçivəsində işsizlik müavinətlərini azaltmaq qərarına gəlib. İslahat çərçivəsində müavinətlərin ödənilmə müddəti 18 aya endirilib.
Qeyd olunan faktlar müasir Fransanın necə acınacaqlı vəziyyətə salındığını təsdiqləyən az sayda faktlardan bəzisidir. Problemlər tək xarici siyasət məsələlərini əhatə etmir, bu problemlər artıq milli fəlakət həddinə çatıb. Makron hökumətinin yarıtmaz siyasətinin ən ciddi fəsadı həm də sağların güclənməsidir. Bu isə miqrantların çoxluq təşkil etdiyi ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.
Görünür, Zelenski də bunları görərək lazımı nəticəsini çıxarıb. Onun Londona üstünlük verməsinin əsas səbəblərindən biri budur. Məhz London hökuməti əksər münaqişələrin həllində obyektiv mövqeyi ilə seçilib. Bunları isə Fransa haqqında söyləmək olmaz. Makronun yarıtmaz siyasəti xüsusilə xarici siyasətdə özünü göstərib. Tək Ukrayna lideri deyil, dünya gördü ki, Yelisey sarayı necə Afrikadakı müstəmkələlərindən qovulur. Əvvəl, Niger, ardınca Qabon, Çaddan biabırcasına Fransanı qovub çıxardılar. İndi isə növbəti gərginlik Əlcəzairlə bağlı yaşanır.
Ukrayna lideri də qeyd olunları illərdir sezir və müşahidə edir. Bilir ki, dünya böyu nüfuzunu itərən dövlət ona yardımçı ola bilməz. Paris etibarsız tərəfdaş olduğuna görə, hər an mövqeyini dəyişə bilər. Bu səbəbdən də üstünlüyü Avropa İttifaqının ən nüfuzlu keçmiş üzvü olan Britaniyaya vermək qərarına gəlib. Bu da Makron və komandası üçün biabırçı faktlardan biri kimi tarixdə qalacaq.
“Report” İnformasiya Agentliyi
Xəbərin oxunma sayı : 1357
Analiz
Xəbərlər
-
Azərbaycanda bir qrup müəllimə maaşdan əlavə pul veriləcək? - Rəsmi açıqlama
-
“Mənim Bakıda obyektim yoxdur” - Ramiz Mehdiyevin kürəkəni
-
“Pro Construction Company“ yenə nazirliyin tenderini qazandı - Bu dəfə 9,6 milyon...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin olunacaq - SİYAHI
-
Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi
-
Ruben Vardanyan vəkildən imtina etdi - FOTOLAR
-
Paytaxtın bu prospektində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
“Avropa NATO müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır“ - Narışkin
-
İlham Əliyev Qazaxıstanın milli geyimində - VİDEO
-
Bakıda nazirlik əməkdaşı küçədə sərxoş olub yatdı - Məxfi sənədlər oğurlandı
-
Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? - Tam siyahı
-
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Sabahın havası
-
“Space TV”yə xəbərdarlıq olundu - Efirdə qohum evliliyi göstərilib
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Nazir müavininin “sürücüsünə“ hökm oxundu - O, İdris İsayevin adından necə istifadə edilib?
-
Sahibə Qafarova Alen Simonyanla görüşdü - Fotolar
-
Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu
-
Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb - İlham Əliyev
-
Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq? - Açıqlama
-
Yaponiya tarixində ilk - Qadın baş nazir oldu
-
Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTO
-
“Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb“ - İsa Həbibbəyli
-
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO
-
Büdcənin pensiya yükü artır, gəlir xərci bağlamır - “Hökumətin 2 yolu var...”
-
Prezident İlham Əliyev Astanada belə qarşılandı - VİDEO
-
Avropa İttifaqı Ukrayna ilə bağlı xüsusi tribunal yaradır – 26 ölkə öhdəlik götürüb
-
İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir (VİDEO)
-
Ən bahalı heyətə malik futbol klubları - SİYAHI
-
Tikintidə istifadə olunan bu materiallar insan sağlamlığı üçün zərərlidir - VİDEO
-
Bayıl qəsəbəsində yerləşən poliklinikada rentgen aparatı işləmir - VİDEO
-
ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik
-
Evlərə qaz sayğacı quraşdırmaq adı ilə külli miqdarda pul mənimsənilib - VİDEO
-
Təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salan dabaq xəstəliyi - Ət bazarlarında son vəziyyət
-
Azərbaycan və Qazaxıstan arasında humanitar sahələrdəki əməkdaşlıq genişlənir
-
Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslər uğurla inkişaf edir
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“10 nömrəli formanı geyinmək hər uşağın arzusudur” - Kenan Yıldız
-
Hacıqabul rayonunda erkən nikahın qarşısı alınıb - VİDEO
-
Dabaq xəstəliyi süd məshulları bazarına təsir edib - VİDEO
-
“Azərbaycana qayıtmaq niyyətim yoxdur“ - Rəsul Quliyev
-
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTO
-
Bakıda məktəbliyə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı - FOTO
-
Azərbaycanlılara verilən işgəncələr elan edildi - Arayik və dəstəsinin məhkəməsi
-
İlqar Mustafayevin məhkəmə işi: Nə qədər pul mənimsəyib?
-
Sabah güclü külək əsəcək -XƏBƏRDARLIQ
-
Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
-
“Zənn elə ki, nüvə sənayemizi məhv etmisən“ - Xamənei Trampa
-
Şəhər əhalisi azalıb, kənd sakinləri artıb - Rəqəmlər
-
5 ildə 76 milyonluq tender: Nazirliyin “sevimli şirkəti“ “Element YT“ kimindir?
-
Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır - AQTA-dan AÇIQLAMA
-
Qarşılıqlı hörmət və strateji tərəfdaşlıq
-
Bakıda oğurluq edən iki nəfər saxlanıldı - Biri 66 yaşlı qadındır
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
-
“İsrail Qəzzaya 153 ton bomba atıb“ - Netanyahyu
-
Bu malların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı - FOTO
-
Eldar Əzizov binanın bütün mərtəbəsini Mehdiyevə HƏDİYYƏ EDİB
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - ADLAR
-
“Siz kimsiniz ki...?“ - Xameneidən Trampa sərt cavab
-
İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Trampın iddiası yalan çıxdı - Hindistana neft ixracı davam edir
-
Prezident İlham Əliyevin Qazaxıstana səfəri başladı - FOTOLAR
-
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
-
Ziya Məmmədovun qardaşı: “Məni istintaqa cəlb etməyiblər“
-
Azərbaycan-Qazaxıstan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykənir
-
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTO
-
Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib
-
Mehdiyevin kürəkəni “obyektlərindən” pulları özü toplayır - Fotosu yayıldı
-
“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq“ - Zelenski
-
Nazirlə direktor “Kaspi“ni 36 milyon manata alıblar? - Ekspertdən iddia
-
“İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər“ - Kallas
-
Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ
-
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb - Ayağı amputasiya edilib
-
Məndən 400 min manat, 2 mənzil istədilər - Azər Maqsudov
-
“Barselona“ Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ
-
Xaricdə təhsil almış daha 108 nəfərin diplomu tanınmadı - Səbəb + AÇIQLAMA
-
SOCAR-da dəyişiklik gözlənilir - Fərhan Əliyev vitse-prezident olacaq?
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
-
Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Generaldan sonra polkovnik də azadlığa çıxdı - Ağır cinayətlərdə təqsirli bilinmişdi
-
Türkiyənin ən zəngin şəxsi dəyişdi - Siyahıya Hamdi Ulukayaya başçılıq edir
-
Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI
-
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? - Yüksək vəzifədə işləyib
-
Avtomobilini kasko sığorta etdirən şəxs aylardır ödənişi ala bilmir - VİDEO
-
“ŞKTR Türkiyənin tərkibinə daxil edilməlidir” - Baxçalı
-
“Mağazalara girmək mümkün deyil“ - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
-
Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır - Tramp
-
Sosial şəbəkələrdə növbəti “kredit“ dələduzluğu - VİDEO
-
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
-
Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO
-
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
-
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
-
Prezident Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
“Böyük qayıdış“ Zəngilandan başlanib
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
Zəngilan mühüm nəqliyyat qovşağıdır
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
TOP 10
ARXİV