| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Tarix 11.03.25, 21:24 |
|
Azərbaycan həm Türkiyə, həm də İsrail ilə son dərəcə yaxındır. Bu yaxınlığın verdiyi üstünlük II Qarabağ Müharibəsi zamanı özünü parlaq şəkildə nümayiş etdirdi.
Ancaq Türkiyə ilə İsrail arasında ciddi ziddiyyət var. Bu, Azərbaycan olaraq bizi narahat edir. Misal üçün, İranla İsrail arasındakı münasibətlər Türkiyə İsrail münasibətlərindən qat-qat pisdir. Bu da Azərbaycanda müəyyən narahatlıq yaradır. Ancaq bu narahatlığın ciddilik əmsalı kəskin şəkildə aşağıdır. Niyə? Çünki İran həmişə Ermənistanın yanında olub. Görünən və görünməyən vasitələrlə Azərbaycanı dövlət kimi məhv etməyə çalışıb. İran Azərbaycan İsrail ilə dost olmamışdan Ermənistanın yanında yer alıb. İndi bəziləri ortaya belə bir arqument atıb ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olduğuna görə İran Ermənistana dəstək verir. Guya İsrail olmasaydı İran Azərbaycanın yanında olacaqdı. Əlbəttə, bu, uydurma söhbətdir.
Azərbaycan Türkiyə ilə İsrail arasındakı ziddiyyətlərdəki iti bucaqları hamarlamağa, ən azı ortadakı gərginliyi yumşaltmağa çalışan vasitəçi rolunda böyük işlər görür. Zatən bunu Türkiyə də, İsrail də etiraf edir. Eyni zamanda Azərbaycanın İsrail ilə son dərəcə yaxın olması Türkiyədə bəlli çevrələr tərəfindən o qədər də xoş qarşılanmır. Türkiyədəki bəzi etnik və dini qruplaşmalar Türkiyə-Azərbaycan ittifaqından o qədər də məmnun deyil. Elə Azərbaycanda da Türkiyəyə xor baxan oxşar qruplar var. Ancaq o da faktdır ki, Türkiyədə də, Azərbaycanda da böyük əksəriyyət istər dövlət, istərsə də xalq səviyyəsində “iki dövlət, bir millət” düşüncəsinə söykənir. Və bu bağlılıq min illərin qan yaddaşından gəlir. Aydındır ki, bu iki dövlətin bir çox məsələdə vahid dövlət kimi çıxış etməsi, bu dövlətlər arasındakı təbii vəhdətin təzahürüdür.
Sirr deyil ki, bəzi məsələlərdə Azərbaycanla Türkiyə arasında fikir ayrılığı da var. Məsələn, İranın parçalanması Azərbaycanın bütövləşməsi üçün son dərəcə önəmlidir. Ancaq Türkiyə İrandan ayrıla biləcək kürd nüfuzuna görə İranın parçalanmasına qarşı çıxır. Türkiyə Kosova və yavru vətən Kıprısı müstəqil dövlət kimi tanıyır. Ancaq başı separatizmdən bəlalar çəkmiş Azərbaycan bunu etməkdən çəkinir.
Osmanlı keçmişi olan Türkiyənin Ərəb Dünyası ilə sıx münasibəti var. Azərbaycanın isə Ərəb ölkələri ilə münasibləri yeni formalaşır. Məsələn, 2021-ci ildə Azərbaycan ilə 22 ərəb ölkəsi arasında ticarətin həcmi 801.5 milyon dollar olub. Eyni ildə Azərbaycan İsrailə 898 milyon dollarlıq mal ixrac edib. Hal-hazırda da bu tendensiya müşahidə olunur...
Onu da deyim ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olan yeganə türk dövləti deyil. Məsələn, İsrail çalışır ki, ABŞ Azərbaycanla yanaşı Qazaxıstan və Özbəkistanı da Avraam razılaşmasına daxil etsin.
Türkiyə ilə İsrailin arasındakı münasibətlər niyə gərgindir? Səbəb çoxdur. Əsas məsələ isə Fələstinlə bağlıdır. Qeyd edim ki, Türkiyə Fələstinlə yanaşı İsraili də müstəqil dövlət kimi tanıyır. Azərbaycan da bu mövqedədir.
Düzdür, son vaxtlarda İsrail ilə Türkiyənin maraqları Suriyada da kəsişir. Bu da mövcud gərginliyi bir az da artırır. Ancaq o da bəllidir ki, Türkiyə nə Fələstinə, nə də Suriyaya görə Azərbaycana və ya Qazaxıstan və Özbəkistana qarşı çıxan deyil. Məsələn, Ankara yaxşı bilir ki, İsrailin neftə olan tələbatının ən azı 40 faizi Türkiyə üzərindən Azərbaycandan gəlir. Ancaq Türkiyə bunun qarşısını kəsmir.
1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul olunub. Özü də erməni lobbisinin təşəbbüsü ilə. Təsəvvür edirsizmi, ermənilər Azərbaycan torpaqların işğal edirdi, ABŞ isə işğalçıya dəstək vermək üçün belə bir şərəfsiz addım atdı.
Bəllidir ki, total terror hücumuna məruz qalan ABŞ 2001-ci ildə bu düzəlişi döndurdu. Azərbaycan Əfqanıstanda Talıbına qarşı döyüşən ABŞ-a dəstək verdi. Amerika Əfqanıstandan çıxan kimi yenə ermənilər fəallaşdı və 2023-cü ildə 907-ci düzəliş yenidən qüvvəyə mindi.
İndi İsrail dövlət səviyyəsində 907-ci düzəlişin aradan qaldırılmasına çalışır. İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün güclü zəmin yaratmaq məqsədi ilə İsrail ABŞ ilə davamlı müzakirələr aparır. Bu məlumatı İsrail Baş nazirinin ofisi yayıb.
İsrail parlamentində çıxış edən Simon Moşiaşvili bu məsələni müzakirəyə çıxarıb. Bu xəbər İranda həyəcan təbli çalınmasına gətirib çıxardı. Məsələn, İran prezident administrasiyasının orqanı olan “Iran Daily” "Israel’s Growing Footprint in Azerbaijan Raises Red Alert" (İsrailin Azərbaycanda böyüyən ayaq izi (qırmızı həyəcan siqnalı) narahatlıq doğurur) adlı məqalə təqdim edir. Nə yazırlar? İsrail, ABŞ və Azərbaycan arasında dərinləşən strateji əlaqələr, İsrailin Qafqazda mövcudluğunu genişləndirə və İranın regional təsirini zəiflədə bilər. Qəzet Tramp administrasiyasına təqdim edildiyi bildirilən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) hesabatlarına istinad edir. Bu hesabatda Azərbaycan Təl-Əviv üçün açar ölkə adlandırılır və "İsrailin regional təhlükəsizliyinin sütunu" kimi təqdim olunur, bu ölkələr arasında kəşfiyyat və enerji sahəsində otuz illik əməkdaşlığa diqqət çəkilir.
BESA-nın hesabatında o da göstərilir ki, ABŞ Qəzzanın yenidən qurulmasında iştirak etmək təklifi ilə, xüsusən də enerji resursları ilə təmin olunmaqla bağlı Azərbaycana yaxınlaşa bilər. Qəzet bu təklifi Avraam razılaşmasını (İbrahim) genişləndirmək və İranın Ərəb Dünyasındakı təsirini sarsıtmaq cəhdi kimi qiymətləndirir.
Məqalədə deyilir ki, rəsmi Tehran bu təkliflərin reallaşmasının ABŞ-ın Bakıya hərbi yardımın genişləndirməsinə səbəb olacağından qorxur. Bunun Azərbaycanın İsrail və ABŞ ilə daha sıx təhlükəsizlik əlaqələrinə yol açacağından da İran ehtiyat edir.
Diqqət edin: İsrail 907-ci düzəlişin aradan qaldırlmasına, Azərbaycanla ABŞ arasında münasibətlərin istiləşməsinə çalışır. Özü də həm hökumət, həm də parlament səviyyəsində. İran isə buna qarşı çıxır. Təbii ki, İsrailin bu addımları Ermənistanın da ürəyincə deyil.
Bəs, ən kritik anda Azərbaycan kimi seçəcək: Türkiyə, yoxsa İsraili?
Görünən odur ki, Türkiyə Azərbaycanı belə bir seçim qarşısında qoymaq fikrində deyil. Elə İsrail də Azərbaycanın Türkiyəyə son dərəcə yaxın olmasının fərqindədir. Ona görə də nə Türkiyə, nə də İsrail Azərbaycanı seçim etməyə təhrik etməyəcək. Bunu əminliklə demək olar. Azərbaycan isə bütün imkanlarını səfərbər edərək Türkiyə ilə İsraili arasında mövcud olan gərginliyi müəyyən çərçivədən kənara çıxmağa qoymayacaq.
Elbəyi Həsənli. Sürix
Xəbərin oxunma sayı : 916
Analiz
Xəbərlər
-
“III Çarlz Trampla barışmağımızda əsas rol oynadı” - Zelenski
-
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin endi - VİDEO
-
Bərdədə dəm qazı faciəsi - Nənə və nəvə öldü
-
Azərbaycanlı hakim AÇ-nin final mərhələsinə təyinat aldı - Tarixdə ilk dəfə
-
Qubada 34 yaşlı kişi baltalandı - Qohumu saxlanıldı
-
Yeni il ərəfəsində əfv gözlənilir? - AÇIQLAMA
-
Məhkəmə Sarkozini azad etdi - Nəzarətdə olacaq
-
Azərbaycanın ən çalışqan 15 rayonu - SİYAHI
-
24 dərəcə isti olacaq - Sabahın havası
-
Bu yerə köçənlərə 84 min veriləcək - Hökumətdən yeni layihə
-
Toyuq dönərinə tələbat artdı - Ət dönərində xəstəlik təhlükəsi var?
-
Avtomobillərin utilizasiyaya verilməsində yeni təklif - VİDEO
-
Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?
-
Gədəbəydə dağlıq ərazidə yanğın baş verdi - VİDEO
-
Pirşağıda aylardır davam edən yol problemi - VİDEO
-
Toy karvanında ağır qəza - Ölən və yaralanan var
-
37 min manatlıq dələduzluq etdi - Polis saxladı
-
Malidə gənc qadın edam edildi - “TikTok” paylaşımlarına görə
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
-
ABŞ senatorları razılaşma əldə etdilər - “Şatdaun” başa çatacaq
-
Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
-
Marketlərdə satılan yeməklər təhlükəlidir? - AÇIQLAMA
-
“Referans“ın baş həkimi 32 yaşlı laborant imiş - FOTO
-
Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
-
“Trampdan Qərb liderləri kimi qorxmuram“ - Zelenski
-
Məktəblərdə valideynlərə “iltizam müqavilələri“ təqdim edilir? - AÇIQLAMA
-
Qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsası
-
İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir
-
“MedAura“ klinikasında skandal:Gənc qız burun əməliyyatı zamanı kliniki ölüm keçirdi
-
ABŞ-də şatdaun iqtisadi artıma ciddi təsir edə bilər - Bessent
-
Hakan Fidan ABŞ-yə gedəcək - Bu tarixdə
-
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
-
İranda hava çirkliliyi kritik həddə çatdı - Məktəblər bağlanıldı
-
Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək - Müqavilə
-
Məşhur məmurun qayınatasına 2.5 milyon “atıblar“ - Sensasion məhkəmə işi
-
Sabah bəzi yollarda görmə məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Türkiyə futbolunda qanunsuz mərc qalmaqalı: Yüzlərlə futbolçu dindiriləcək
-
Ataları ilə adaş olan şəhid övladları - VİDEO
-
Duman olacaq, külək əsəcək - Sabahın havası
-
Bayrağımüz qürurumuz və fəxrimizdir
-
Trampın uşaqlığı keçən ev hərraca çıxarıldı - 2,3 milyon dollara
-
Aİ 20-ci sanksiyalar paketini hazırlayır - Rusiyaya qarşı
-
“Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir“ - Ərdoğan
-
Bayrağımız bizim bütün Qələbələrimizin, savaşdakı Zəfərlərimizin əsas qayəsidir
-
Hazırkı şəraitdə İran-ABŞ danışıqları mümkün deyil - Abbas Araqçi
-
“Gülməli çıxırdı, titulunun yanında hər zaman elə qeyd edirdilər” - Bayramov
-
Abşeron rayonunda ekofəlakət - Toz-tüstü vətəndaşı zəhərləyir (FOTO)
-
DTX Dövlət Bayrağı Günü ilə bağlı videopaylaşım edib - VİDEO
-
Zəfər muzeyi ödənişsiz olacaq - Bu tarixlərdə
-
Suriya lideri Əl-Şaraa ABŞ-yə getdi - İlk dəfə
-
4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - Video
-
Bakıdakı Hərbi parad dünya mediasında - FOTOLAR
-
NATO Ukraynaya görə üçüncü dünya müharibəsini başlamayacaq - Yens Stoltenberq
-
Prezident İlham Əliyevdən Bayraq Günü təbriki - FOTO
-
Prezident İlham Əliyev Hərbi paradla bağlı paylaşım edib - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur - FOTO
-
Xankəndidə Zəfər Günü atəşfəşanlığı - VİDEO
-
Tokayev Prezident İlham Əliyevi təbrik etdi - Zəfər Günü ilə bağlı
-
DTX-nin “Qartal” xüsusi təyinatlıları hərbi paradda - VİDEO
-
Prezident və baş naziri bir-birini ittiham edirlər - Polşada
-
Çin Avropa İttifaqına etiraz etdi - Tayvana görə
-
Azərbaycana səfərləri başa çatdı - FOTOLAR
-
Prezidentlə ailəsinin paraddan yeni - FOTOLARI
-
DTX Zəfər Günü münasibətilə paylaşım edib - VİDEO
-
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirildi - FOTO
-
Beyləqanda Zəfər Gününə həsr olunan konsert - Fotolar
-
Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?
-
Qalmaqallı direktorun yerinə yeni təyinat - FOTO
-
Bakıdakı paraddan tarixi görüntülər - FOTOLAR
-
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
-
“IceBreaker“ silahlanmaya qəbul edildi - Paradda ilk
-
“Danışıqlar iflasa uğrayıb“ - Müdafiə naziri
-
Hikmət Mirzəyev paradda - VİDEO
-
“Paşinyanın cəsur addımlarını izləyirik“ - Ərdoğan
-
“Vaşaq“ və “Kobra-2“ paradda - İlk dəfə
-
“Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
-
“Bakıda JF-17 qırıcılarının uçduğu səmanı seyr etmək qürurvericidir“ - Şahbaz Şərif
-
“Şəhidlərimizin bir-birinə qarışan qanları üzərində yüksələn hürriyyət sancağı Qarabağda dalğalanır“ - Ərdoğan
-
“Mən Mehdiyevə nə villa, nə də başqa şey...” – Kəmaləddin Heydərovdan açıqlama
-
“Erməni hərbi cinayətkarları Bakıda istintaq təcridxanasında çay içirlər“ - İlham Əliyev
-
Hərbi parad üçün Azərbaycana gəldi - FOTOLAR
-
Bakıda hərbi parad keçirildi - VİDEO
-
Ərdoğan Azərbaycana səfərə gəldi - FOTOLAR
-
“Afrikalılar holland köçkünlərin, fransız və alman immiqrantların nəsillərini kəsib“ - Tramp
-
İlham Əliyev və birinci xanım Şəhidlər xiyabanında - FOTOLAR
-
Bakıda Zəfər muzeyinin açılışı oldu - FOTOLAR
-
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
-
“MedAura“ klinikasında skandal:Gənc qız burun əməliyyatı zamanı kliniki ölüm keçirdi
-
“Eldəniz, hələ gör mən səni bağışlayıram?” - VİDEO
-
Azadlıq meydanı hərbi parada hazırdır - Parad saat neçədə başlayacaq?
-
“ Vətən müharibəsində Türkiyənin dəstəyi əsl qardaşlığın təzahürü idi“ - Ceyhun Bayramov
-
Maştağa sakinlərinin 40 ildir bitməyən yol problemi - “Nə taksi gəlir, nə təcili yardım“
-
“Ermənistan bu iddiaları tam şəkildə aradan qaldırmalıdır“ - Azərbaycan XİN
-
Azərbaycanda bu gündən tətil başladı - 4 günlük
-
Toyunda özünə şəhidlik arzulamışdı...- VİDEO
-
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı - FOTO
-
Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
-
“İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi“ - Ceyhun Bayramov
-
“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir“ - İlham Əliyev + VİDEO
-
“Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi“ - Ceyhun Bayramov
-
Türkiyə Netanyahunun həbsinə order verdi - Qəzza zolağında soyqırıma görə
-
Agentlikdə yeni təyinatlar - Bu şəxslərə yeni vəzifə verildi
-
“Direktor müəllimləri yığıb üstümə tökdü, məni xəstəxanalıq etdilər” - 216 saylı məktəbdə QALMAQAL
-
Fəzail Ağamalı oğlunu partiyadan çıxardı - AÇIQLAMA
-
Prezidentdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
-
“Ağ Şəhər“ bulvarının sahil hissəsindəki çirklənmə nədir? - VİDEO
-
İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər - FOTO
-
DİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTO/VİDEO
-
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi - MƏBLƏĞ
-
İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü oldu - FOTO
-
Türkiyənin hərbi rəhbərliyi Azərbaycana gəlib - FOTOLAR
-
“Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz” - Sahib Ələkbərov
-
Baş Prokurorluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
-
“Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir“ - NATO Baş katibinin köməkçisi
-
İki Milli Qəhrəmanın ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi
-
Beyləqanda Zəfər Gününə həsr olunmuş ziyafət - FOTOLAR
-
General rütbəsi verilən hərbiçilər kimlərdir? - FOTO + DOSYE
-
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi - Fotolar
-
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb - Müzakirə
TOP 10
ARXİV





