![]() |
|














Fransız müstəmləkəçiliyinin mirası:Tailand və Kamboca arasında münaqişə
Tarix 03.08.25, 19:30 |
|

Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır. Vaxtilə fransız topoqrafların bilərəkdən buraxdığı səhv nəticəsində bu gün minlərlə insan silahlı toqquşmalardan əziyyət çəkir.
Tailand və Kamboca arasında hərbi qarşıdurma Cənub-Şərqi Asiyanın silahlı qeyri-sabitlik ocağına çevrilmə təhlükəsini artırır. İyulun 24-də tərəflər arasında sərhəd münaqişəsi yaşanıb, 300 minə yaxın insan ərazidən təxliyə edilib, ölən və yaralananlar olub.
AzFakt.com bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Tramp bu problemi də həll etdiyini deyir
İyulun 28-də Malayziyanın hökumət başçısı Ənvər İbrahim Kuala-Lumpurda Tailandın səlahiyyətli Baş naziri Pumtam Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manetin danışıqlarının nəticəsinə əsasən ölkələr arasında atəşkəs elan edib. Ənvər İbrahim bildirib ki, tərəflər qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub.
Lakin anlaşmanın nə qədər sürəcəyi bəlli deyil. ABŞ Prezidenti Donald Tramp dərhal Tailand və Kamboca arasındakı sərhəd münaqişəsinin Vaşinqtonun vasitəçiliyi ilə həll olunduğunu iddia edib. Tramp daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın səlahiyyətli Baş naziri Phumtham Vechayachai ilə telefon danışıqları aparıb. ABŞ lideri xəbərdarlıq edib ki, əgər döyüş əməliyyatları dayandırılmasa, ölkəsi Tailand və Kamboca ilə ticarət danışıqları aparmayacaq.
Qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi düşəcək
Qeyd edək ki, bu, iki dövlət arasında ilk silahlı toqquşma deyil. Lakin bu dəfə döyüş əməliyyatları miqyasına görə əvvəlki bütün toqquşmaları üstələyib. Budəfəki qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi də düşəcək. Banqkok və Pnompen məbəd komplekslərinin ərazilərinin mənsubiyyətini yüz ildən çoxdur ki, mübahisə edirlər. Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai deyib ki, Kamboca ilə münaqişə həssas məsələdir və ona ehtiyatla, beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. "Kamboca həmişə problemlərin sülh yolu ilə həlli mövqeyini tutub, lakin bu halda silahlı təcavüzə cavab verməkdən başqa seçimimiz yoxdur", - o, "Facebook"da yazıb.
Tərəflər hərbi toqquşmada maraqlı idi?
Tailand və Kamboca arasındakı ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib. Bəzi ekspertlərin fikrincə, hazırkı vəziyyət Tailandın hakim elitasına bu qarşıdurma ilə daxili siyasi böhrandan diqqəti yayındırmağa imkan verir. Ölkədəki vəziyyət normallaşma istiqamətində getdikcə, gərginlik də səngiyəcək. Digər ekspertlər isə hesab edirlər ki, hər iki tərəf əvvəlcədən bu münaqişəyə rasional şəkildə gedib, onun genişmiqyaslı qarşıdurmaya çevrilməməli olduğunu anlayıblar. Gərginliyin davam etdirilməsində də heç kim maraqlı deyil. Belə bir fikir də var ki, hazırda hər iki ölkədə qarşıdurmadan qaçmaq üçün kifayət qədər nüfuza və əminliyə malik liderlərin çatışmazlığı var.
Analitik Aleksandr Korolyov da hesab edib ki, münaqişənin hazırkı gərginləşməsi əslində Tailanddakı daxili siyasi böhranla bağlıdır. Onun sözlərinə görə, Kamboca hakimiyyəti də belə bir eskalasiyada maraqlı idi.
Qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır
Münaqişənin predmeti hindu məbədi və onun yerləşdiyi 4.6 kvadrat kilometrlik ərazidir. XI əsrdə inşa edilən bu məbəd Kamboca-Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. İki ölkə arasında qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır. 1904-cü ildə Siam (Tailandın əvvəlki adı) Fransa nəzarəti altında olan Kamboca ilə aydın sərhəd çəkməli olan demarkasiya komissiyasının yaradılmasına razılıq verib. Tərəflər ilkin olaraq, Dangrek silsiləsi boyunca sərhəd xətti çəkməyi razılaşıblar. Bu isə Preahvihea məbədinin Siamın nəzarətinə keçməsi demək idi. Lakin 1907-ci ildə fransız coğrafiyaçıları məbədin Kamboca ərazisi kimi göstərildiyi xəritə dərc ediblər. Yalnız 1930-cu illərdə Tailandda xəritədəki uyğunsuzluğu fərq ediblər. Tailand coğrafiyaçıları öz topoqrafik ölçmələrini aparıblar və 1953-cü ildə fransız qoşunlarının Kambocadan çıxarılmasından sonra krallıq məbədin yerləşdiyi əraziyə öz hərbçilərini göndərib. 1959-cu ildə Kamboca Tailanda qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Məhkəmə 1962-ci ildə Tailanddan məbədi Kamboca tərəfinə güzəştə getməyi tələb edib. 2008-ci ildə Tailand hakimiyyəti Kambocanın məbəd kompleksini UNESCO-nun Dünya İrsi siyahısına daxil etmək üçün atdığı addımlara etiraz edib. Beləliklə, əminliklə deyə bilərik ki, iki ölkə arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır.
Rusiya və ABŞ silahlarının mübarizəsi
Son illərdə hər iki ölkə gözlənilən təhlükəyə görə hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti aparır. Tailand ordusu əsas etibarı ilə ABŞ silah və sursatı ilə təchiz edilib. Tailandın "Leopard" tankları, "F-16" təyyarələri mövcuddur. Arsenalında əsasən rus silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var.
Bəs bu münaqişənin perspektivi necə olacaq və regional təsirləri nə ola bilər? Siyasi ekspertlər qarşıdurmanın yaxın zamanda yenidən başlaya biləcəyini düşünürlər.
Xəbərin oxunma sayı : 946
Analiz
Xəbərlər
-
Rusiya Ukraynaya 40 qanadlı və ballistik raket, 580 dron atıb - Zelenski
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Qazax səhiyyəsi son 8 ildə: həkim və tibb işçiləri, xəstəxanada yerlər azalıb
-
“Yadplanetlilər okeanların dərinliklərində yaşayırlar“ -Amerikalı konqresmen
-
Bu ərazilərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
-
Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik? - ŞƏRH
-
İsraillə razılaşma Suriyanın İbrahim sazişinə qoşulması demək deyil - Əş-Şaraa
-
Azərbaycan Qran-prisində ikinci günə start veriləcək - “Formula 1“
-
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
Xaçmaz rayonunda qətl törədildi - Qazi saxlanıldı
-
Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - VİDEO
-
İş adamı Adnan Əhmədzadə həbs olunub? - Neft fırıldağı iddiası
-
Tramp Ərdoğanı Ağ Evə dəvət etdi - “Böyük sövdələşmə” gündəmdə
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq? - VİDEO
-
21 min əhalinin yaşadığı yolda təmir işləri niyə yarımçıq qalıb? - VİDEO
-
Şəmkirdə şagirdlər sinifdə ayaq üstə təhsil alırlar - ŞİKAYƏT /VİDEO
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - “Kranı bağlamağın vaxtıdır”
-
“Instagram”da danışdığı qadını şəkli ilə şantaj etdi - HƏBS OLUNDU
-
Ödənişli hərəkət zonaları necə təşkil ediləcək? - VİDEO
-
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəldi - Forumda iştirak edəcək
-
Nüvə potensialımız Səudiyyə Ərəbistanı üçün əlçatan olacaq - Pakistan
-
Yas mərasiminə dəvətnamə göndərilməsi: Bu kimə lazımdır?
-
“Bir milyondan çox insan Qəzzadan didərgin düşüb” - BMT
-
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı - VİDEO
-
Trampla xanımını daşıyan helikopterdə nasazlıq - Təcili eniş etdilər
-
“Relax“da yoxlama: Maliyyə sanksiyası tətbiq edildi
-
“O qanuna bir bəndin daxil edilməsi zəhmətdir?” - Şəhid xanımından təklif
-
“Atəşkəslə bağlı danışıqlar aparılmır“ - Rustem Umerov
-
Təbiətə 165 minlik ziyan vurdular - Bir həftədə
-
Bakıda ödənişli yollar yaradılacaq - FƏRMAN
-
Fərid Əhmədov vətəndaşları qəbul etdi - Naxçıvanda
-
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
-
Dələduzluq etdi, həbsdən çıxmaq istədi - Özü də dələduzluğun qurbanı oldu
-
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradıldı - Fərman
-
Nazirlik bu şirkətdən 158 milyon manatlıq noutbuk və kompüter alıb - Son 4 ildə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni trend: Yas mərasimləri üçün də dəvətnamələr hazırlanır
-
“Qarabağ”ın qələbə topunu vurduqdan sonra döyməsi ilə gündəm oldu - FOTO
-
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
-
Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə etdi - Fotolar
-
Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
-
Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? - Rəsmi cavab
-
Bakıdakı yarışda qəza oldu, fasilə yarandı - FOTOLAR
-
Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı - Rəsmi
-
804 magistr ödənişsiz təhsil alacaq - RƏSMİ
-
KTN-nin səlahiyyəti genişləndi - Əli Əsədovdan qərar
-
Azərbaycanda “iPhone 17”nin satış qiymətləri - SİYAHI
-
“İsrailə qarşı daha sərt qərarlar qəbul edilmişdi“ - Hakan Fidan
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın havası
-
Kafe və restoranlarda yemək porsiyaları niyə azalır? - VİDEO
-
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
-
Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
-
“Putin Ukraynanın kapitulyasiyası ilə nəticələnməyən sülhü istəmir“ - MI6 rəhbəri
-
Kamran Əliyev əməliyyat müşavirəsi keçirdi - Naxçıvanda
-
Belə maşınlarla yola çıxmayın - Sürücülərə xəbərdarlıq
-
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Aeroportdan şəhərə taksi qiymətləri iki dəfə bahalaşıb? - VİDEO
-
Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı iddia olunur - VİDEO
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü: Zəfər yolunun rəmzi
-
Lənkəranda məktəbə gedən bacı-qardaşı maşın vurdu - Fotolar
-
Azərbaycan hibrid avtomobillərin və elektromobillərin idxalı dayandırılıb? - VİDEO
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Arda Gülər üçün 150 milyon - “Real Madrid“ “yox“ dedi
-
Pokrovskda rus ordusu məhv edildi - 2500 itki, 100-dən çox əsir
-
Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - Fotolar
-
“Pul almışam, yaxşı eləmişəm” - Direktorun səs yazısı yayıldı + VİDEO
-
“Benfika” mənim səviyyəmə qayıdışdır” - Mourinyo
-
Millət vəkili istefa verdi - Bu federasiyanın bütün rəhbər heyəti getdi
-
Ərdoğandan sərt mesaj: “Bu planları pozacağıq“
-
Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI
-
Maşın bazarında durğunluq:Səbəb nədir? - VİDEO
-
“Fələstin dövlətinin tanınması mühümdür“ - Starmerdən Trampa
-
Buraxılış imtahanında yeni növ suallar olacaq - Detallar açıqlandı
-
Məni agent adlandırmaq cəfəngiyyatdır - Paşinyan
-
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Baş prokuror Naxçıvanda qəbul keçirdi - Fotolar
-
Professorun ölkədən çıxışına “stop“ qoyuldu - SƏBƏB
-
Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - VİDEO
-
Xalqımız işğaldan azad edilən şəhər günlərini qürurla qeyd edir
-
“Oleq Bakinski”nin şikayəti təmin edilmədi - Məhkəmədən qərar
-
Lerikdə 149 min manatlıq abadlıq - Qalib şirkət kimindir?
-
Sinif yoldaşını qətlə yetirən yeniyetməyə - 7 il 6 ay həbs verildi - FOTO
-
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Nələr müzakirə edilib?
-
Suriyanın XİN rəhbəri ABŞ-yə getdi - 25 ildə ilk
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM
-
Bakıda xanım alimin yaşı 9 il kiçildildi - Məhkəmə qərarı
-
Azərbaycan elektrik sayğaclarını hansı ölkələrdən və neçəyə alır? - Siyahı
-
Yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb - SİYAHI
-
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
-
“Sumqayıt“a uduzduğu oyunda üç xal verildi - 8700 manatlıq cərimə
-
“Uçuşdan 2 saat əvvəl aeroportda olun” - “Formula 1”lə bağlı müraciət
-
Gecə 3-də maşınını “ştrafnoy“dan qaçırmaq istədi - Həbs olundu
-
“Aİ ABŞ-dan asılılığını azaltmalıdır“ - Von der Leyen
-
“Bunu Türkiyə ilə müzakirə etməmişik“ - Paşinyan
-
Əli Əsədov Qırğızıstan Prezidenti ilə görüşdü - FOTO
-
““JOY TOUR” və “JOY TRAVEL” şirkəti ilə bağlı əlavə şikayətlər də var“ - Prokurorluq
-
Evə kişi geyimində girib 45 min oğurladı - FOTO
-
Zaur Axundov “Silk Vey Vest“dən nə qədər qazanır? - RƏQƏMLƏR
-
Azərbaycan millisi daha iki pillə geriləyib - FIFA reytinqi
-
Qanunda yeni maddə: Yeni tikilən binalarda bu məcburi olacaq
-
Türkiyədə “Sakit şəhərlər“in sayı artdı: Çameli də siyahıya qoşuldu (FOTO)
-
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
-
BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq“ - Türkiyəli nazir
-
Sabunçu 22 saylı orta məktəbdə valideynlərdən pul yığılır? - İDDİA/VİDEO
-
Beyləqanda Milli Musiqi Günü qeyd olundu - FOTOLAR
-
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
-
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub – Fotolar
-
Övladını yaxın qohumla evləndirmək üçün valideynlikdən imtina etməyi düşünənlər var - VİDEO
-
Bakıda qənd sexində döşəmə çöküb - Ölən var
-
Ələt qəsəbəsinin sakinləri yollardan şikayətçidir - VİDEO
-
Aeroportdan şəhərin mərkəzinə neçəyə gedə bilərik? - Qiymətlər
-
Bakıda əyri bitən ağaclar piyadalara təhlükədir - VİDEO
-
“Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir“ - Braziliya prezidenti
-
Azərbaycanda hər kəs maaşından gəlir vergisi ödəyəcək? - VİDEO
TOP 10
ARXİV