Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“

Tarix 20.10.25, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs ehtimalı ilə bağlı yayılan informasiyalara onun vəkili reaksiya verib. 

AzFakt.com-un məlumatına əsasən, bu barədə “Qafqazinfo”ya danışan vəkil Cavid Rzazadə bildirib ki, Eldar Mahmudovla bağlı hər hansı araşdırma və ya cinayət təqibi aparılması barədə onlara məlumat verilməyib.

Vəkilin sözlərinə görə, son günlər mediada yayılan məlumatlardan xəbərdardırlar: “Prokurorluqdan bizə belə bir məlumat daxil olmayıb. Mən şəxsin vəkiliyəm. Eldar Mahmudov hansısa istintaq orqanında dindirilsə, mütləq xəbərim olardı”.

Müdafiəçi keçmiş MTN şefinin adının Ramiz Mehdiyevlə yanaşı hallandırılması barədə suala isə cavab verməyib.

Xatırladaq ki, İspaniyanın “Diario de Mallorca” nəşrinin yazdığına görə, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib. Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.

Azərbaycan Baş Prokurorluğundan isə bu barədə heç bir açıqlama verilməyib.



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap