![]() |
|














Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
Tarix 20.10.25, 6:17 |
|

Beş il öncə müzəffər ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi, yeni tarix - 20 oktyabr 2020-ci il Zəfər tarixini yazdı.
Beləliklə, Zəngilan azadlığına qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: "Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir"! Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahiblərinə qaytarıldı. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, 20 oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətini ortaya qoymuşdu. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, "Bəsitçay" Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.
İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən də vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətli bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 5 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir çox yaşayış məskənində müasir infrastruktur qurulub, "ağıllı kənd" Ağalı salınıb. Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük Qayıdışa məhz Zəngilanda "ağıllı kənd"in tikintisi ilə start verildi. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Qarabağın "yaşıl enerji zonası"na çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.
Həyata keçirilməsi nəzərdə tutulan layihələr içərisində logistic layihələr xüsusi əhəmiyyətə malikdir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Faiq Hüseynov
Xəbərin oxunma sayı : 181
Sosial
Xəbərlər
-
“İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər“ - Kallas
-
Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ
-
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb - Ayağı amputasiya edilib
-
Məndən 400 min manat, 2 mənzil istədilər - Azər Maqsudov
-
“Barselona“ Avropa Superliqasından çıxdığını açıqladı - RƏSMİ
-
Xaricdə təhsil almış daha 108 nəfərin diplomu tanınmadı - Səbəb + AÇIQLAMA
-
SOCAR-da dəyişiklik gözlənilir - Fərhan Əliyev vitse-prezident olacaq?
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - ABB-də kəskin azalma var
-
Eldar Mahmudovun vəkilindən yayılan xəbərə reaksiya: “O, dindirilsə...“
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Generaldan sonra polkovnik də azadlığa çıxdı - Ağır cinayətlərdə təqsirli bilinmişdi
-
Türkiyənin ən zəngin şəxsi dəyişdi - Siyahıya Hamdi Ulukayaya başçılıq edir
-
Bir qrup müəllimə maaşdan əlavə pul veriləcək - SİYAHI
-
Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir? - Yüksək vəzifədə işləyib
-
Avtomobilini kasko sığorta etdirən şəxs aylardır ödənişi ala bilmir - VİDEO
-
“ŞKTR Türkiyənin tərkibinə daxil edilməlidir” - Baxçalı
-
“Mağazalara girmək mümkün deyil“ - Qubanın mərkəzi prospekti bərbad vəziyyətdə
-
Rusiya və Ukrayna mövcud təmas xəttində dayanmalıdır - Tramp
-
Sosial şəbəkələrdə növbəti “kredit“ dələduzluğu - VİDEO
-
Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
-
Bölgələrdə heyvan bazarları bağlandı - Ət bahalaşacaq? - VİDEO
-
Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi
-
Bu gün Zəngilanda da Azərbaycan bayrağı qürurla dalğalanır
-
Prezident Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
“Böyük qayıdış“ Zəngilandan başlanib
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
Zəngilan mühüm nəqliyyat qovşağıdır
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
-
Netanyahu orduya göstəriş verdi - “Qəti addımlar atılsın”
-
Sahibə Qafarova Simonyanla görüşəcək - Cenevrədə
-
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xameneinin müşavirinin qızının toyu yenidən gündəmdə - VİDEO
-
Qurban Qurbanov “Qarabağ“dan gedəcək? - VİDEO
-
Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”
-
Pakistan və Əfqanıstan nümayəndə heyətləri yenidən görüşəcəklər - Bu dəfə Türkiyədə
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Qəzza zolağında atəşkəs pozuldu - HƏMAS və İsrail arasında atışma başlayıb
-
Zahid Oruc ittihamlara belə cavab verdi: “Kimisə “ata”lıqda görməmişik”
-
“ABŞ suverenliyimizi pozub“ - Kolumbiya Prezidenti
-
Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - VİDEO
-
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO
-
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Sabiq MTN nazirinin də həsi gündəmdə - İspaniya mediasından ŞOK YAZI
-
Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib - Tramp
-
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
-
“Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər“ - Qətər XİN
-
Yer kürəsində maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanda nu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
-
Başqa marketin torbası ilə mağazaya girib döyüldü - Bakıda ŞOK OLAY
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
“Onlar bir-birilərini şatdaunu uzatmaqda günahlandırırlar“ - Tramp
-
Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI
-
Azərbaycanda daşıyıcı ana “ovu” - Gənc xanımlar Gürcüstana niyə aparılır?
-
Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır
-
Sosial şəbəkələrdə soyuq silahlar satılır - VİDEO
-
Müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - VİDEO
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
-
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?
-
“Neftçi“ Vensan Abubakar transferini açıqladı - VİDEO
-
İki əsrlik gərginlik: Tramp Pakistan-Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?
-
Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
-
“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan
-
Prezident onu bu quruma birinci müavin təyin etdi - Şamil Rzayev kimdir?
-
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - Sərəncam
-
Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
-
“Putinlə bir-birimizə nifrət edirik” - Zelenski
-
İran hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO
-
Bakıda ailə evindən çıxarıldı, övladları küçədə dərs oxuyur - VİDEO
-
Məmməd Məmmədovdan “tender möcüzəsi“ - Un istehsalçısı inşaat şirkətinə “çevrildi“
-
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub...“ - Fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır
-
Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb - VİDEO
-
Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO
-
Memorial Kompleksin tikintisinə daha 12.6 milyon - Tender iki şirkətə verildi
-
Pensiya yaşı nə vaxt dəyişdiriləcək? - VİDEO
-
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - VİDEO
-
Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN
-
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
-
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
-
Mehriban Əliyeva Vatikandakı açılışda iştirak etdi - FOTOLAR
-
“Ukrayna hazırkı döyüş xətti üzrə dayanmağa razıdır” - ZELENSKİ
-
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
-
Şəkidə 300 illik qəbirlər qazılıb? - VİDEO
-
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
-
Birinci xanımın Vatikana səfəri dünya mediasında - FOTO
-
Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? - VİDEO
-
“Ağacı yeyib qurtardı, indi də bizi yeməyə keçib” - VİDEO
-
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
-
Taksilərlə bağlı yeni qərar bu tarixdən - Qüvvəyə minəcək
-
Zəngəzur dəhlizində görülən işlərdən son görüntülər - VİDEO
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəyalə İsmayılova iş başında
-
“Azər Konyak“ şərab evində yoxlama - Nöqsanlar aşkarlandı
TOP 10
ARXİV