Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO

Tarix 21.10.25, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Svetoforun qadağanedici işığında keçmək bütün nəqliyyat vasitələri, eləcə də piyadalar üçün olduqca təhlükəlidir.

AzFakt.com xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində baş verib. İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsin svetoforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi.

Yadda saxlamaq lazımdır ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar.

Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma və ya ölümlə nəticələnir.





Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap