| |
|
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
NATO-nun iki nəhəngi üz-üzə: ABŞ və Fransa arasında diplomatik qalmaqal
Tarix 06.09.25, 18:38 |
|
NATO-nun iki müttəfiq dövləti - Fransa və Birləşmiş Ştatlar arasında münasibətlər gərginləşib. Fransada antisemitizm hallarının artması və hökumətin müvafiq addımlar atmaması ABŞ-də narahatlıq yaradıb. İş o yerə çatıb ki, ABŞ Prezidenti Donald Trampın qudası, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bununla bağlı narahatlığını məktubla ifadə edib. Amerikalı diplomat Fransa prezidenti Emmanuel Makronu antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb. Səfir qeyd edib ki, Fransanın Fələstinin müstəqilliyini tanıyacağını bəyan etməsi "ekstremistləri həvəsləndirir və zorakılığı qızışdırır". Kuşner əlavə edib ki, antisemitizm uzun müddətdir Fransa həyatını kölgələyir, 2023-cü ildə HƏMAS-ın hücumundan sonra isə yeni mərhələyə qədəm qoyub. "Fransada yəhudilərin küçədə hücuma məruz qalmadığı, sinaqoq və məktəblərin təhqir edilmədiyi və yəhudilərə məxsus müəssisələrə hücum olmayan bir gün keçmir. Sizin Daxili İşlər Nazirliyiniz, hətta uşaq bağçalarında da belə insidentlər barədə məlumat verib", - deyə Kuşner iddia edib. O, Makronu "qətiyyətlə hərəkət etməyə", "pozucuları təqib etməyə" və "HƏMAS-a legitimlik verən addımlardan imtinaya" çağırıb.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Kuşnerin ittihamları "qəbuledilməz" adlandırılıb
Fransa Xarici İşlər Nazirliyinin məktuba cavabı sərt olub. Nazirlik Kuşnerin ittihamlarını "qəbuledilməz" adlandırıb. Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılıb, lakin Parisdə olmadığını bəhanə edərək, ora getməyib. Xarici siyasət idarəsinə iradları dinləmək üçün daha aşağırütbəli amerikalı diplomat gedib. Fransa XİN bildirib ki, ABŞ səfiri ölkənin daxili işlərinə qarışır və bununla Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Keçmiş vəkil və tikinti maqnatı, multimilyoner
Qeyd edək ki, Kuşner karyera diplomatı deyil. O, keçmiş vəkil və tikinti maqnatı, multimilyoner, ən əsası, ABŞ Prezidenti Donald Trapmın qudasıdır. Onun oğlu Trampın qızı İvanka ilə evlidir. İvanka 2009-cu ildə toydan az əvvəl iudaizmi qəbul edib.
Tramp Kuşneri 30 noyabr 2024-cü ildə ABŞ-nin Fransadakı səfiri vəzifəsinə təyin edib. O, qudasını "parlaq biznesmen" adlandırıb və onun "ABŞ və Fransa arasında tərəfdaşlığı gücləndirmək üçün" Parisə getdiyini bildirib. Yəni Kuşner təkcə ABŞ-nin Fransadakı səfiri kimi deyil, həm də Tramp ailəsinin üzvü kimi tanınır. Ağ Ev başçısının ilk prezidentlik müddəti ərzində Kuşner Trampın baş müşaviri vəzifəsini tutub və ABŞ-nin Yaxın Şərq siyasətini müəyyən edib.

Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib
ABŞ Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib. Kuşner "milli maraqlarımızın təşviqi üçün böyük iş görür", - deyə Dövlət Departamentinin mətbuat katibi müavini Tommi Piqott bildirib.
Diplomatın bəyanatlarının Dövlət Departamenti tərəfindən açıq şəkildə dəstəklənməsi Fransa-ABŞ münasibətlərindəki problemləri daha da ağırlaşdırır və iki ölkənin hakimiyyətlərinin təkcə antisemitizm probleminin qiymətləndirilməsində deyil, digər məsələlərdə də fikir ayrılığı olduğunu göstərir. Əsas fikir ayrılıqlarından biri Yaxın Şərqdəki müharibənin qiymətləndirilməsidir. Fransa Fələstinin bütün Aİ ölkələri tərəfindən tanınması hərəkatının ön sıralarında durur və İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza sektorundakı hərəkətlərini fəal şəkildə pisləyir. Yəhudilərin çox güclü olduqları ABŞ üçün bu, qəbuledilməz mövqedir. Tramp və Makron Rusiya-Ukrayna münaqişəsinə münasibətdə də fikir ayrılığına malikdirlər.
Fransa yəhudilərə qarşı cinayətlərin azaldığını açıqlayıb
Fransa Daxili İşlər Nazirliyi isə bu il yəhudilərə qarşı cinayətlərin 27.5% azaldığını bildirib. Antisemit fəallığının artması 2023-cü il 7 oktyabrdan - Yaxın Şərqdə müharibə başlayandan müşahidə olunur. Fransada Avropanın ən böyük yəhudi icması (təxminən yarım milyon insan) və ərəb ölkələrindən milyonlarla mühacir var. Fransa hakimiyyəti antisemitizmlə mübarizə üçün göstərdikləri səylərin kifayət qədər olmadığını düşünmür. Hüquq-mühafizə orqanları səfirin vəziyyəti həddindən artıq şişirtdiyi qənaətindədir. DİN-in məlumatında qeyd olunur ki, "2023-cü ildən bəri Fransada yudofobiya (antisemitizm) zəminində bir dənə də qətl törədilməyib, ABŞ-də isə eyni dövrdə bu cür cinayətlər dəfələrlə baş verib.
ABŞ-Fransa münasibətlərində ciddi ziddiyyətlər
Ehtimal ki, Kuşnerin bəyanatı qarşıdakı hadisələrlə əlaqəlidir. Fransa prezidenti sentyabrda BMT Baş Assambleyasında ölkəsinin Fələstinin müstəqilliyini tanıdığını elan etmək niyyətindədir. Baş verənlər ABŞ-Fransa münasibətlərindəki ciddi ziddiyyətləri üzə çıxarıb. Əgər dünya siyasətinin ən vacib məsələləri - İsrail və Ukrayna ilə bağlı anlaşma əldə edilməzsə, müttəfiq ölkələr arasında tam diplomatik böhran baş verə bilər.
Fransa, çox güman ki, ABŞ səfirinin geri çağırılmasını tələb etmək əvəzinə, ayrı-ayrı radikal müsəlmanların hərəkətlərinin Parisin rəsmi mövqeyinə uyğun olmadığını sübut etməyə çalışacaq. Lakin belə görünür ki, yaxın gələcəkdə ABŞ-Fransa münasibətlərindəki gərginlik artmaqda davam edəcək.
Xəbərin oxunma sayı : 1138
Analiz
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Çelsi“ fanatları Bakıda fırtına qoparmaq istəyirlər - Bu sayda tərəfdar gəlir
-
Bazarlarda mövsümi meyvələrin son qiymətləri - VİDEO
-
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri - SİYAHI
-
“Aramızda kiçik bir münaqişə olub” - Donald Tramp
-
Şəhərin tam mərkəzində çirkab su problemi - VİDEO
-
Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi - FOTO
-
İkardi “Qalatasaray“dan ayrıla bilər: Klub futbolçuya yeni müqavilə təklif etməyib
-
Prezident BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTOLAR
-
Məzahir Pənahov yola salınır - Yeni sədr Rövzət Qasımov olacaq
-
“Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək“ - Ərdoğan
-
Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi
-
Deputatlar niyə banka pul qoymurlar? - Özləri açıqladı
-
Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
-
Prezident Rumıniya Senatının sədrini qəbul etdi - FOTOLAR
-
“Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir
-
Səfirlik Monteneqroda azərbaycanlılara hücumla bağlı açıqlama yaydı: “Proses diqqətədir...“
-
Nazirlik “New Med“i plandankənar yoxladı - Pozuntular aşkarlandı
-
Dünya bazarlarında metallar neçəyə satılır? - SİYAHI
-
Prezident bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin etdi - SƏRƏNCAM
-
“Sovetski“də 127 bina qorunub saxlanılacaq“ - BŞİH
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Elton Məmmədov Baş Prokurorluğa çağrıldı - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
-
İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 100-ü keçdi - 46-sı uşaqdır
-
Pakistan Baş naziri Azərbaycana səfər edəcək - Zəfər paradında iştirak edəcək
-
Miqrasiya Xidməti binanın fasad örtüyünü yeniləyəcək - 2,5 milyona
-
Ötən həftə “Milyonların şousu”nda 8 min qazanmışdı - Dələduzluğa görə saxlanıldı
-
İcra başçısı “gizli şirkəti“ ilə tenderlərə girir - 450 minlik sövdələşmə olub
-
Bu il hotellərin 75 faizi boş qalıb: Ən aşağı göstərici Laçında olub
-
“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb - XƏBƏRDARLIQ
-
“Altay“ tankının seriyalı istehsalı başladı - Hansı özəlliklərə sahibdir?
-
Kolleclərdə yüksək vəzifəyə təyinatlar - Biri tələbədir
-
MİDA-nın güzəştlə satdığı mənzillər bahalaşıb - Yeni qiymətlər
-
Bu gün maqnit qasırğası olacaq: Xəbərdarlıq
-
Prezident bu nazirliyə yeni səlahiyyət verdi - SƏRƏNCAM
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
“AzSığorta“nın zərərliliyi artdı - Yığımlarda ciddi azalma
-
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlərimiz dəfn olundu - Fotolar
-
Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
-
Türkiyə Bakıda bu suallara cavab axtarır - “Hakan Fidanın müavini ona görə gəlmişdi ki...”
-
Duzdağın çökəcəyi ilə bağlı süni ajiotaj - Yüzlərlə mədənçi işsiz qalıb
-
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib - Qiymətləri açıqlayıb
-
Juninyo “Flamenqo”dan ayrılır - “Qarabağ”a qayıda bilər
-
Polisdən şübhəli zəng və keçidlərlə bağlı vətəndaşlara xəbərdarlıq - VİDEO
-
Xanım deputatın mandatına xitam veriləcək? - Adı sahibkar kimi gedir
-
Günlərdir davam edən səs-küy sakinləri bezdirdi: Problemin səbəbi nədir?
-
ABŞ Maduronun həbsi üçün onun pilotuna 50 milyon dollar təklif edib - KİV
-
Tanınmış cərrah İdrak Əhmədovdan şikayət - VİDEO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
-
Bəzi dərmanların ucuzlaşmasının arxasında nə dayanır? - Aaçıqlama
-
"Pilot İnşaat-A" MTK vətəndaşın evini yerlə bir etdi - İDDİA
-
Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır - VİDEO
-
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
-
Bu sənətçilər yeni il gecəsi milyonlar qazanacaqlar - SİYAHI
-
Hakimlər və futbolçular mərc oyunlarında? - Araşdırma başladı
-
Lerikdə məktəbdə iş saatına görə dava - Yeznə qaynına xəsarət yetirdi
-
Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım - FOTO
-
Saleh Səmədovun üçüncü oğlu da işdən çıxarıld - Bu Agentlikdə şöbə müdiri imiş...
-
Adnan Əhmədzadənin həbsindən sonra... - “Hər şey gözəl, hər şey əla idi, ta ki...“
-
Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? - Siyahı
-
İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - AÇIQLAMA
-
Prezident Zəngilanda gedən işlərlə tanış oldu - FOTOLAR
-
“Bandotdel“ dabaq xəstəliyinə qarşı saxta dərman hazırlayanları saxladı - VİDEO
-
Milyonçu qardaşların işində yenilik - 1 milyardlıq əmlaklarına həbs qoyulub
-
Prezident Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdü - FOTOLAR
-
Xırdalanda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə olundu
-
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm”
-
Yeni ildən bütün pensiyalar artacaq -VİDEO
-
Prezident Zəngilan rayonunun bu kəndlərini gəzdi - FOTOLAR
-
Sabah 5 minə yaxın abonent qazsız qalacaq - Bu ərazidə
-
“Cəmil əvəzinə Cəmilə, Əlibəy əvəzinə Dəlibəy“... - Məhkəmə qərar verdi
-
“Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir“ - Prezident
-
İstanbul danışıqları nəticəsiz qaldı: Əfqanıstan Pakistanı hədələdi
-
“Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir“ - İlham Əliyev
-
Qoca Əmiraslanovun evindən oğurluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi - VİDEO
-
Prezident avtomobil yolunun açılışında iştirak etdi - Fotolar
-
“Hər ay 8 “Altay” tankı istehsal olunacaq“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Cəbrayılda məscidin təməlini qoydu - FOTOLAR
-
Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır - Son rəqəmlər
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
Prezident İlham Əliyev sakinlərlə görüşdü - FOTOLAR
-
“Sülhün uzunmüddətli olacağına ümid edirəm” - Lukaşenko
-
Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
-
Prezident Cəbrayıl rayonunda - Horovlu kəndinin açılışı olub (FOTOLAR)
-
Fəzail Ağamalının da rus əsilli qadından oğlu varmış - “Bəli, belə bir romanım olub...“
-
“NATO verdiyi vədlərə baxmayaraq, genişlənməni bir dəqiqə belə dayandırmayıb“ - Lavrov
-
Ölkəmizə səfər etmək istəyən İraq vətəndaşları çətinliklərlə üzləşib? - Rəsmi cavab
-
Həmin şəxslərin pensiyası dayandırılır - AÇIQLAMA
-
Azərbaycanda da güclü zəlzələ olacaq? - AÇIQLAMA
-
Ramiz Mehdiyev villasında iclas zalı da yaradıb - 50-60 nəfərlik...
-
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
-
Prezident İlham Əliyev İmişliyə getdi - FOTOLAR
-
Bakıda “qırmızı“da keçən avtomobil qəzaya səbəb oldu - Anbaan görüntülər
-
Monteneqroda azərbaycanlı niyə saxlanılıb? - “Gəlib kameralara baxsınlar“
-
Tverə qubernator tapa bilmirlər: Heç kim qorxusundan yaxın durmur
-
Prezident İlam Əliyev Sabirabad rayonuna səfər edib- FOTOLAR
-
Sərnişinlərin saatlarla gözlədikləri 113 nömrəli avtobusdan şikayət - VİDEO
-
Millimizin İslandiya və Fransa oyunları... - Biletlər satışa çıxarıldı
-
Təhsil, tibb və sosialda normalar artırıldı - Daha hansı artımlar olacaq?
-
Aparat rəhbəri ilə mətbuat katibinə görə qalmaqal - Nazir niyə bu il ənənəvi mükafatı vermədi?
-
Lisey və gimnaziyalara şagird qəbulu - Qayda dəyişdi
-
Pakistan Senatının sədri Bakıdadır - FOTO
-
Bərdədə minik avtomobilləri toqquşub: İki nəfər ölüb
-
Yaponiyada kritik vəziyyət: Vəhşi ayılara qarşı ordu göndəriləcək
-
Şəhər ətrafından salınacaq yeni yol tıxac yükünü azaldacaq? - VİDEO
-
Alimentin minimum məbləğinin artırılması boşanmalara təsir edəcək? - VİDEO
-
Türkiyə yenidən silkələndi: 6,1 bal...
-
Növbəti Bərdə terrorundan 5 il keçdi
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Əksər piyadalar niyə keçiddən istifadə etmir? - VİDEO
-
“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir“ - Zelenski
-
Ayrılmış cinayət işlərində istintaq müddəti necə hesablanacaq? - Yeni qərar
-
3 gün əvvəl işdən çıxarılan general Saleh Səmədova medal veribmiş - FOTO
-
Göygöldə 62 baş qoyunu oğurlayanlar əli avtomatlı olublar - VİDEO
-
Həkim pasiyenti yalnış əməliyyatla şikəst edib? - VİDEO
-
Ermənistan vətəndaşlarının məhkəməsi: zərərçəkmişlərin ifadələri elan olunub
-
“Ölüm var, indi biz nə edək?...“ - “Dahi insanlar da ölür” + VİDEO
-
Tibb bacısı və müəllim olmaq istədilər, dələduzluqla üzləşdilər
TOP 10
ARXİV





