![]() |
|














“Rossotrudniçestvo“nun əsl mahiyyəti - “Rus evlər“i casus şəbəkəsi rolunda
Tarix 28.01.25, 15:34 |
|

Son günlər Rusiya tərəfindən Azərbaycanın media orqanları əsassız və qərəzli formada hədəfə alınıb. Səbəb Azərbaycanda fəaliyyət göstərən "Rus evi" barədə müxtəlif faktların ictimaiyyətə açıqlanmasıdır. Konkret olaraq, "Baku TV"də bu barədə jurnalist araşdırması yayımlanıb.
Materialda vurğulanıb ki, "Rossotrudniçestvo" adlanan qurumun tabeliyində olan "Rus ev"ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ casusluqla məşğul olurlar. Ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu "evlər"ə nəzarət edən "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovdan istənilib.

Maraqlıdır ki, material "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovu hiddətləndirib. Halbuki, jurnalist araşdırması dünyanın hər bir yerində hazırlanır və normal haldır. O, qeyri-adekvat reaksiya verərək Azərbaycan KİV-ini məhkəmə ilə hədələyib. Ardınca Rusiya xarici işlər nazirinin müavini M.Qaluzin Azərbaycanın Rusiyadakı səfirini XİN-ə dəvət edib. Ona bildirilib ki, Azərbaycan KİV-ində son dövrdə dərc edilmiş anti-Rusiya yazılar silsiləsi, həmçinin Bakıdakı "Rus evi"nə qarşı "dezinformasiya kampaniyası" təəccüb doğurur.
Qeyri-obyektivlik o həddə çatıb ki, materialı dərc edən Azərbaycanın müstəqil media subyektləri "hökumətin nəzarətində olan KİV" adlandırılıb.
Bəlkə də, təəccüb doğuracaq nəsə yoxdur. Rəsmi Moskvanın özü indiyə qədər Azərbaycanla bağlı böhtan və hədyanlar yağdıran ölkəsinin media orqanları ilə bağlı bir dəfə də olsun sərt reaksiya göstərməyib. Konkret olaraq, AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya mediasının böhtan dolu materiallarını yada salmaq kifayətdir.

Məlumat üçün bildirək ki, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (daha çox "Rossotrudniçestvo" kimi tanınan) rəhbəri Yevgeni Primakov "Telegram" kanalında işgüzar nüfuzunun müdafiəsi ilə bağlı məhkəməyə iddia hazırladığını bildirib. Görünür, nəvə Primakov babası, keçmiş xarici işlər naziri, ölkəmizə qarşı qalmaqallarda adı hallanan Primakovun yolu ilə gedir.
Özü də bu, ilk hadisə deyil. Bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycanın Oxu.Az xəbər portalının rusdilli versiyası bloklanmışdı. Bundan əvvəl isə "Roskomnadzor" (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) Haqqın.az və Minval.az portallarına qarşı analoji addım atmışdı. Halbuki, Azərbaycana qarşı qərəzli materiallar dərc edən nə Marqarita Simonyanın "Russian Today"i, nə "Sputnik"i, nə də Vladimir Solovyovun absurd çıxışları ölkəmizdə bloklanıb.
O ki qaldı "Rossotrudniçestvo"ya, yaxın və uzaq xaricdə yaşayan soydaşları arasında əməkdaşlıq, rus dilinin yayılması və s. məsələləri prioritet elan edən qurumun fəaliyyəti heç də şəffaflıq üzərində qurulmayıb. Onun dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərir. 1925-ci ildə SSRİ-nin müvafiq strukturlarının xeyir-duası ilə təsis edilib. Şübhəsiz ki, hədəf də casusluq və Ağ qvardiyanın xaricdə kök salmış nümayəndələrinin məhv edilməsi, rus icmasının daha çox yaşadığı yerlərdə aktiv fəaliyyət olub.

Təşkilat SSRİ-nin təhlükəsizlik orqanları, o cümlədən ovaxtkı NKVD, sonralar isə DTK və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən aldığı əmr və tapşırıqlara uyğun fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra "Rossotrudniçestvo"ya çevrilən təşkilat fəaliyyətini yeni Rusiya hökumətləri ilə davam etdirib. Dəfələrlə adı casus qalmaqallarında çəkilib. Yəni dediyimiz odur ki, Yevgeni Primakov nə qədər rəhbərlik etdiyi qurumu təmizə çıxarmaq istəsə də, faktlar bunun əksini söyləyir. Təsadüfi deyil ki, bunu elə Primakov özü də 2023-cü ildə dolayısı ilə etiraf edib.
Yuxarıda qeyd etdiyimiz kimi, 90-a yaxın ölkədə fəaliyyət göstərən təşkilat məhz casusluğa görə altı ölkədə fəaliyyətini dayandırmalı olub. Avropanın beş ölkəsində Rus mədəniyyət və elm mərkəzləri - "Rus evləri" bağlanıb. Bunlar Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyadır. Səbəb kimi müxtəlif bəhanələr göstərilsə də, bəllidir ki, onların fəaliyyətlərinə məhz casusluq səbəbindən xitam verilib, əməkdaşlar isə ölkədən qovulublar. 2023-cü ilin əvvəlində Buxarestdəki "Rus evi"nin fəaliyyəti Rumıniya hakimiyyətinin qərarı ilə dayandırılıb.
Danimarkanın "Information" qəzetinin dərc etdiyi məlumatda ölkədə Rusiya səfirliyi və "Rossotrudniçestvo"nun örtüyü altında işləyən Baş Kəşfiyyat İdarəsi zabitlərinin adları göstərilmişdi:
"Elm və mədəniyyət mərkəzi kimi təqdim olunan Danimarkadakı "Rus evi" uzun illər Rusiya kəşfiyyatı üçün örtük rolunu oynayıb. Burada keçirilən tədbirlərin foto və videomateriallarını araşdıran jurnalistlər qovulmuş casuslardan bəzilərini aşkar ediblər".

Bu evlər Kiprdə də analoji fəaliyyəti ilə yadda qalıb. Kiprdəki "Rossotrudniçestvo"nun fəaliyyəti haqqında yerli nəşrlərdən birində belə yazı dərc olunub:
"Kiprdə, digər ölkələrdə olduğu kimi, xarici vətəndaşların Rusiyada təhsil almaq üçün cəlb edilməsi, seçilməsi və hazırlanması proqramını həyata keçirən əsas qurum - Nikosiyadakı Rusiya Elm və Mədəniyyət Mərkəzi (REMM) və ya "Rus evi" adlanan mərkəzdir. Elm və mədəni-təhsil müəssisələri adı altında fəaliyyət göstərən Rusiyanın xüsusi xidmət orqanlarının bu cür agent mərkəzləri Kremlin Rusiyadan kənarda qurduğu qlobal təsir sistemində ən mühüm rol oynayır".
"Rossotrudniçestvo"nun casusluğunun sübut olunduğu ölkələr sırasında Almaniya da var. Bu, xüsusilə də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin başlanğıcından bəri daha da güclənib. Yayılan məlumatlara görə, Almaniya hökuməti Berlindəki "Rus evi"ni bağlamağa hazırlaşır. Bəzi məlumatlara görə, bu mərkəzin nümayəndələrindən biri "Vaqner" hərbiləşdirilmiş dəstəsinin üzvlərindəndir. Məsələn, Yaşıllar Partiyasından olan keçmiş Bundestaq deputatı Folker Bek Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berboka Berlindəki "Rus evi" - Rusiya Elm və Mədəniyyət Evinin əməkdaşlarının ölkədə arzuolunmaz elan edilməsi tələbi ilə məktubla müraciət edib. Siyasətçi hakimiyyət orqanlarını Aİ-nin sanksiya siyahısına daxil edilmiş "Rossotrudniçestvo"ya tabe olan "Rus evi"nə qarşı heç bir tədbir görməməkdə ittiham edib.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində "Reuters" agentliyi "Rus evi"nin Almaniyada ictimai rəyə necə təsir göstərməyə çalışması barədə araşdırma dərc edib. Almaniyanın DW nəşri də yazır ki, Rusiyaya qarşı sanksiyalar fonunda bu mərkəzlər bağlanmalıdır.
"Axmaq vəziyyətdir. Elə təəssürat yaranır ki, Almaniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları yerinə yetirmir", - nəşr yazır.
Göründüyü kimi, "Rossotrudniçestvo" və onun xarici nümayəndəliklərinin Rusiya xüsusi xidmət orqanları üçün pərdə rolunu oynadığına dair kifayət qədər şübhələr var. Bütün bu qeyd olunan faktlar Yevgeni Primakovun və rəhbərlik etdiyi qurumun iddialarının əsassızlığını üzə çıxarır. Primakov və ətrafı qeyd edilənləri və öz etiraflarını nəzərə alsalar, yaxşı olar. (report)
Xəbərin oxunma sayı : 1456
Analiz
Xəbərlər
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? – Tam siyahı
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Zahid Oruc ittihamlara belə cavab verdi: “Kimisə “ata”lıqda görməmişik”
-
“ABŞ suverenliyimizi pozub“ - Kolumbiya Prezidenti
-
Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - VİDEO
-
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO
-
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Sabiq MTN nazirinin də həsi gündəmdə - İspaniya mediasından ŞOK YAZI
-
Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib - Tramp
-
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
-
“Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər“ - Qətər XİN
-
Yer kürəsində maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanda nu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
-
Başqa marketin torbası ilə mağazaya girib döyüldü - Bakıda ŞOK OLAY
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
“Onlar bir-birilərini şatdaunu uzatmaqda günahlandırırlar“ - Tramp
-
Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI
-
Azərbaycanda daşıyıcı ana “ovu” - Gənc xanımlar Gürcüstana niyə aparılır?
-
Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır
-
Sosial şəbəkələrdə soyuq silahlar satılır - VİDEO
-
Müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - VİDEO
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
-
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?
-
“Neftçi“ Vensan Abubakar transferini açıqladı - VİDEO
-
İki əsrlik gərginlik: Tramp Pakistan-Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?
-
Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
-
“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan
-
Prezident onu bu quruma birinci müavin təyin etdi - Şamil Rzayev kimdir?
-
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - Sərəncam
-
Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
-
“Putinlə bir-birimizə nifrət edirik” - Zelenski
-
İran hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO
-
Bakıda ailə evindən çıxarıldı, övladları küçədə dərs oxuyur - VİDEO
-
Məmməd Məmmədovdan “tender möcüzəsi“ - Un istehsalçısı inşaat şirkətinə “çevrildi“
-
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub...“ - Fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır
-
Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb - VİDEO
-
Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO
-
Memorial Kompleksin tikintisinə daha 12.6 milyon - Tender iki şirkətə verildi
-
Pensiya yaşı nə vaxt dəyişdiriləcək? - VİDEO
-
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - VİDEO
-
Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN
-
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
-
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
-
Mehriban Əliyeva Vatikandakı açılışda iştirak etdi - FOTOLAR
-
“Ukrayna hazırkı döyüş xətti üzrə dayanmağa razıdır” - ZELENSKİ
-
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
-
Şəkidə 300 illik qəbirlər qazılıb? - VİDEO
-
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
-
Birinci xanımın Vatikana səfəri dünya mediasında - FOTO
-
Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? - VİDEO
-
“Ağacı yeyib qurtardı, indi də bizi yeməyə keçib” - VİDEO
-
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
-
Taksilərlə bağlı yeni qərar bu tarixdən - Qüvvəyə minəcək
-
Zəngəzur dəhlizində görülən işlərdən son görüntülər - VİDEO
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəyalə İsmayılova iş başında
-
“Azər Konyak“ şərab evində yoxlama - Nöqsanlar aşkarlandı
-
Elsevər Ağayevin “SEM-AZ“ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
-
Binədə maşınlar çirkab suyu boş əraziyə axıdırlar - VİDEO
-
Çin və Türkiyədən gələn karqolar niyə gecikir? - VİDEO
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
-
Bu gün 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Türkiyənin məşhur sənətçilərində narkotik izləri tapıldı - ADLAR
-
Şabranda qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
“Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir“ - Zelenski
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu məlumatlar tədqiq olundu
-
Ramiz Mehdiyevin ailə üzvülərinə şok qadağa - Ölkədən çıxışlarına “STOP” qoyuldu
-
“Hələ quzu əti 21 manatdır, şükür edin...” - Bazarda qiymətlər əl yandırır
-
Aİ 2035-ci ilə qədər hərbi xərclərini açıqladı - 6,8 trilyon avro
-
Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
-
AQTA bal yarmarkasında yoxlama keçirib - Uyğunsuzluqlar aşkarlandı
-
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTO
-
Vasif Talıbovun “Batabat“ında yoxlama: Pozuntular aşkarlandı
-
Toy günü gəlinin ata-anası ölmüşdü - Kürəkən cəzalandırıldı
-
Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi - SƏRƏNCAM
-
DİN-də Kollegiya iclası keçirildi - Nazir konkret tapşırıqlar verdi
-
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
-
Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək - Bu tarixdən
-
Baş prokuror 73 nəfərin müraciəti ilə bağlı göstərişlər verdi - FOTO
-
Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - Siyahı
-
Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? - ŞOK FAKT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Putin Macarıstana necə səfər edəcək? - Aİ rəsmisi açıqladı
-
Tahir Qədəşovun həbsi üçün məhkəməyə çağırılması tələb olundu - “Atlant işi
-
Qanun qadağan edir, amma... - Sədr müavini dövlət qurumlarından 300 minlik sifariş alıb
-
MDB dövlətlərinin təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib - Səmərqənddə
-
Vüsal Aslanov rəisi işdən çıxardı - 7 ay əvvəl vəzifəyə təyin olunmuşdu
-
“Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur“ - Maliyyə Nazirliyi
-
“ELMED” klinikasında stomatoloq Afət Ağayevadan şikayət - VİDEO
-
Azərbaycanda şok hadisə - 7 ildir öz uşağı bilirdi, qardaşı imiş
-
Paytaxtda ev almaq istəyənlərin nəzərinə: Mənzillərin qiyməti neçədən başlayır? (VİDEO)
-
Özəl bankların ümumi mənfəətinin yarıdan çoxu bir şirkətə məxsusdur - SİYAHI
-
Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib
-
Yanvarın 1-dən gəlir vergisi tətbiq olunacaq? - Vüqar Bayramovdan cavab
-
Deputatlar arasında gərginlik: “Sonra sizinlə ayrı bir məsələni də danışacağam”
-
Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - Rəqəmlər
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Rövnəq Abdullayevin neft ticarətindəki “görünməz əli“ - Anar Əlizadə haqqında...
-
Xocavənddə daha 100 ev təmir olunacaq - 5,9 milyon ayrıldı
-
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
-
Mədət Quliyevdən Ramiz Mehdiyev barəsində açıqlama - “Üzvlükdən çıxarılacaq...”
-
Saxta medal verənlərin işini bu idarə araşdırır - 3 nəfər məsuliyyətə cəlb olundu
-
Beyləqanda Müstəqilliyin Bərpası Günü qeyd edildi - FOTOLAR
-
Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb - Nazir müavini
-
Paytaxtın Xətai rayonunda bu binaları qurd basıb - VİDEO
-
2025-ci ilin ən çox qazanan futbolçuları - SİYAHI
-
Anım Günündə transgenderin azyaşlıların önündə ifasına kim icazə verib? - VİDEO
-
Bakıda iki avtobus toqquşdu: Sürücü belə xilas edildi (VİDEO)
-
11-ci sinif şagirdləri arasında mübahisə - Bıçaqlanan var
TOP 10
ARXİV