Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər

Tarix 19.10.25, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


“Honours Academy” adlı hazırlıq kursundan narazılıq edilib.

32gun.az bildirir ki, Kursun tələbəsinin sözləriə görə, dərslər iki mərhələdən — əsas və təkmilləşdirmə dərslərindən ibarətdir. Əsas dərsin vaxtı əvvəlcədən elan olunsa da, təkmilləşdirmə dərslərinin cədvəli əvvəlcədən təqdim edilməyib.

Təkmilləşdirmə dərslərində əsas dərslərdə keçilən mövzuların təkrarı və ev tapşırıqlarının izahı aparılır. Şikayətçi iddia edir ki, kursa ödəniş etdikdən sonra onu “WhatsApp” qrupuna əlavə ediblər və heç bir tələbənin fikri nəzərə alınmadan təkmilləşdirmə dərsinin vaxtı kurs rəhbərliyi tərəfindən birtərəfli şəkildə müəyyən olunub.

“Təkmilləşdirmə dərsinin vaxtı mənə uyğun olmadığını bildirdim, lakin kurs əməkdaşı ‘vaxtı biz təyin edirik, heç nə etmək olmur’ dedi. Beləliklə, mənim kursa ödədiyim pul boşa getdi. Düşünün, kursa gedirsən, həftəsonu dərs keçirsən, amma dərslə bağlı suallarını vermək imkanın olmur,” – deyə vətəndaş qeyd edib.

Narazı kurs iştirakçısı hesab edir ki, təkmilləşdirmə dərslərinin vaxtı da əsas dərslər kimi əvvəlcədən elan edilməli və tələbələrin imkanları nəzərə alınmalıdır.

Qeyd: Honours Academy-nin direktoru Elxan Məmmədovdur. O, ACCA-nin rəsmi nümayəndələri ilə görüşlər zamanı akademiyanın direktoru kimi iştirak edib.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap