| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Zelenskini şantaj edən Tramp... - Putini nə gözləyir?
Tarix 08.03.25, 9:42 |
|
Fransa imperatoru Napoleon Bonapartın (1804-1814) adına çıxılan qanadlı bir ifadə var. Deyilir ki, "Müharibəni davam etdirmək üçün üç şey lazımdır: pul, pul və daha çox pul”. Əslində isə bu fikir Gian Giacomo Trivulzioya (1440-1518) məxsusdur. O, İtaliya aristokratlarından biridir. Fransa karlı “tədbirli Lüdovik” kimi tanınan XI Lüdoviklə (1461-1483) yaxın olub. İtaliyada gedən bir çox müharibələrdə sərkərdə kimi şöhrət qazanıb.
Birmənalı olan isə odur ki, müharibəni davam etdirmək üçün təkcə Napoleon və Trivulziya yox, Vladimir Putinə də, elə Volodimir Zelenskiyə də pul lazımdır. Özü də söhbət dibi dəryada olan puldan gedir.
Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Hər iki tərəf əldən düşüb, tükənib. Pul-para da qalmayıb. Xüsusən ABŞ Ukraynaya hərbi və siyasi dəstəyini dayandıracağını bəyan etdikdən sonra rəsmi Kiyev çıxılmaz vəziyyətə düşüb. Aydındır ki, Ukrayna indiyə qədər ABŞ+Avropa İttifaqı+Böyük Britaniya... kimi ölkələrin pulu hesabına Rusiyanın qarşısında duruş gətirə bilmişdi. Vladimir Putinin 3 günə almaq istədiyi Ukrayna məhz Qərbdən gələn pul axınının hesabına 3 ildir ki, vuruşur.
Onu da deyək ki, Qərb tərəfindən total sanksiyalara məruz qalan Rusiyanın da maliyyə sıxıntıları aşkar şəkildə ortadadır.
O da faktdır ki, çəbhə xəttində heç bir tərəf ciddi uğur əldə edə bilmir. Faktiki olaraq hər iki tərəf yerində sayır. Belə bir dönəmdə Donald Tramp sülhə çağırış edir. Volodimir Zelenskiyə təhqiramiz şəkildə təzyiq göstərir. Bu olaydan Vladimir Putin məmnun görünür. Avropa İttifaqı Ukraynaya hərbi və siyasi dəstəyi dayandıran D.Tramp administrasiyasının yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib.
ABŞ Volodimir Zelenskidən nə istəyir? Yeni administrasiya Ukrayna prezidentini ciddi güzəştlərə vadar etməkdə qərarlı görünür. Ağ Evdəki biabırçılığın və şantajın əsl səbəbi bu amilə söykənir. Mahiyyətdə ABŞ, Ukrayna, Rusiya və Avropa İttifaqı sülh istəyir. Söhbət sülhün hansı şərtlərlə əldə olunmasından gedir. Ərazisinin 20 faizini itirən Ukrayna başa düşür ki, Amerika ondan daha çox güzəşt qoparmağa çalışır. Niyə? Çünki bu müharibədə zəif tərəf məhz Ukraynadır. Ukrayna öz məğlubiyyəti ilə razılaşır. Ancaq bu məğlubiyyət kapitulyasiya xarakteri daşımamalıdır. Yəni dirəndiyi dalandan daha abırlı şəkildə çıxmağa can atır. Bu da basadüşüləndir.
Avropa İttifaqı isə Rusiyanın Ukrayna müharibəsindən ciddi uduşla çıxmasını qəti istəmir. Çünki bu, gələcəkdə digər Avropa ölkələrinin də Rusiya tərəfindən hədəf alınmasına gətirib çıxara bilər. Necə deyərlər, iştaha diş altındadır...
Donald Tramp Amerikanın maddi maraqlarını önə çəkərək Ukraynanın təbii sərvətlərinə əl qoymaq istəyir. Ukraynanın işğal altındakı torpaqlarını da Rusiya geri qaytarmayacaq. Bu ölkənin Aİ-yə və NATO-ya qəbul olunması da gündəmdən çıxır.
D.Trampın Ukraynadan nə istədiyi konkretdir, birmənalıdır. Bəs, Amerika prezidenti bütün bunların müqabilində Rusiyadan hansı güzəştlər qoparacaq? Bu sualın cavabı bəlli deyil. Hə, müəyyən ehtimallar, fərziyyələr var. Amma dəqiq bir şey yoxdur. Dəqiq olan odur ki, ABŞ Rusiyaya yönəlmiş sanksiyaları daha da gücləndirmək istəyir. Niyə? Çünki Rusiya ABŞ-ın ondan qoparmaq istədiyi güzəştlərə “yox” demək məcburiyyətində də qala bilər. Yəni Volodimir Zelenskini şantaj edən D.Trampın bu dəfə V.Putinin üzərinə yeriməsi də mümkündür. Çünki amerikalılar yaxşı bilir ki, Rusiya nə qədər başını dik tutmağa çalışsa da əslində çoxdan diz çöküb. Yəni Rusiya da Amerikaya ciddi güzəştlərə getməyə məcburdur.
Ukrayna məsələsində Çin faktoru da var. Təsadüfi deyil ki, indiyə qədər Rusiyaya dəstək verən Çin artıq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rəsmi Pekin son 3 ildə demədiyini indi deyir. Niyə? Çünki Çin yaxşı başa düşür ki, ABŞ Çinlə apardığı ticarət müharibəsindən qalib çıxmaq üçün Rusiyanı öz yanına çəkməyə çalışır. Ona görə də Çin Ukrayna məsələsində Aİ ilə ortaq mövqedən çıxış etməyə üstünlük verir.
Bu məsələdə Türkiyə də Aİ və Çinlə demək olar ki, eyni mövqedə dayanıb. Hərbi sənayesində inqilabi sıçrayışla irəli gedən Türkiyə indi Aİ üçün vazkeçilməz tərəfdaşa çevrilib. Başqa sözlə desək, Türkiyə Aİ üçün “olmazsa, olmaz” statusuna yüksəlib.
Tarixin ironiyasına baxın: ABŞ və Aİ Türkiyəni parçalamaq üçün min oyundan çıxdı. PKK sorunu yaratdı. Bu problem Türkiyəni 100 milyard dollarlarla ziyana saldı. Ancaq bu işin müsbət tərəfi də oldu. Belə ki, PKK terroru ilə 40 ilə yaxın vuruşan Türkiyə hərbi baxımdan daha da gücləndi. O qədər gücləndi ki, bir həmləyə həm İranı, həm də Rusiyanı Suriyadan vurub kənara atdı.
O da məlumdur ki, Brüsseldə keçirilən sammit zamanı Aİ liderləri Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər. Müqayisə üçün deyim ki, 2024-cü ildə ABŞ-ın hərbi büdcəsi 824 milyard, Rusiyanınki isə 140 milyard dollar olub...
Aİ-nin maliyyə imkanları son dərəcə böyükdür. Avropa istəsə. Hərbiləşməyə 1 və ya 2 trilyon avro da ayıra bilər. Məsələn, əhalisi cəmi 5.5 milyon olan Norveçin yalnız bir fondunda-neft fondunda 1.7 trilyon dollar var. Avropada varlı ölkələr çoxdur. Avropanın pulu da, texnologiyası da Rusiyadan qat-qat üstündür. Bir faktı deyim: Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. ABŞ-ın da, Rusiyanın da nüvə silahının müəllifi almanlardır. II Dünya Müharibəsində məğlub olan Almaniyanın əsir götürülmüş fizikləri hər iki ölkəyə nüvə silahını töhfə verdilər. Təbii ki, Almaniya silkələnsə, öz iqtisadiyyatını yenidən hərbi reyslərin üzərinə keçirsə, bu, Rusiyaya çox baha başa gələ bilər. Böyük Britaniya və Fransanın da nüvə silahına malik olması bəlli faktdır.
Problem onadır ki, son 80 ildə Avropada müharibə olmayıb. Avropa hərbi müdafiəsini də könüllü şəkildə Amerikaya həvalə edib. Ona görə də indi ciddi problemlərlə üzləşib. Ancaq D.Trampın deməyinə baxmayın. Rusiya Avropanın üzərinə gəlsə. ABŞ həmən hərəkətə keçəcək.
Sözümün canı o ki, Avropanın pulu da var, texnologiyası da var, Ukrayna da, Türkiyə də, Çin də bu məsələdə Avropanın yanındadır. Başqaları da var. Məsələn, Kanada, Cənubi Koreya, Yaponiya, Tayvan, Avstraliya... Bu ölkələr də son dərəcə varlı və gəlişmiş ölkələrdir.
Belə böyük bir gücə arxalanan Ukrayna aydındır ki, kapitulyasiyaya getməyəcək. Biabırçı sülhə imza atmayacaq. Bütün vasitələrlə bu ağır vəziyyətdən mümkün qədər az itki ilə çıxmağa çalışacaq.
Avropanın Fransa karlı “tədbirli Lüdovik” kimi ağıllı başları olub. Ona görə də əminliklə demək olar ki, var-dövləti başından aşan Avropa dilənçi günündə olan Rusiyanın qarşısında əyilməyəcək.
Bugünə qədər Aİ iqtisadi və siyasi baxımdan güclü idisə, yaxın gələcəkdə Aİ həm də hərbi baxımdan dominant olacaq.
Elbəyi Həsənli. Sürix
Xəbərin oxunma sayı : 1192
Analiz
Xəbərlər
-
Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?..
-
ANAMA-nın əməkdaşı minaya düşdü - Ermənistanla sərhəddə
-
İntim videolarla məşhurlaşmışdı - FHN polkovniki azadlıqda
-
Bəzi taksilərin kartla sifarişi ləğv etməsi problemi nə vaxt həll olunacaq? - VİDEO
-
Arif Rəhimzadədən Ramiz Mehdiyevlə bağlı açıqlama: “Gözləmək vacibdir“
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə çalışdılar - FOTO
-
Bakının mərkəzində böyük keçid tikiləcək - FOTO
-
Azərbaycanda heyvanların sayı azalıb - Son məlumatlar
-
Müqavilə bağladıqları zavoda gedəndə öyrəniblər ki, pambıq sahələri sığrtalanmayıb - VİDEO
-
Ukrayna Yunanıstan üzərindən qaz alacaq - Zelenski açıqladı
-
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - SİYAHI
-
Saatlı-Musalı-Məzrəli avtomobil yolu yararsız vəziyyətdə - VİDEO
-
Bakının mərkəzində partlayan kanalizasiya boruları təmir edilmir - ŞİKAYƏT
-
“Narahatlığa heç bir əsas yoxdur” - MN-dən əhaliyə çağırış
-
“Azərbaycan millisi çox aqressiv idi“ - Didye Deşam
-
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi - FOTO
-
İşə götürdüyü 24 yaşlı gənc həyatına son qoydu - VİDEO
-
“Quru qoşunlarını Venesuelada yerləşdirilməyə hazırıq“ - Pentaqon rəsmisi
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi - FOTO
-
Azərbaycanın ən böyük göllərindən biri quruyur - VİDEO
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
DÇ-2026-nın seçmə mərhələsi:Azərbaycan millisi evdə də Fransaya uduzdu
-
“Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır“ - Orban
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib - VİDEO
-
Qurban Qurbanovla bağlı səhnəcik tənqid olundu - Video
-
Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar – Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb - FOTOLAR
-
Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış
-
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
-
Ət bazarında böhran dərinləşir - ARAŞDIRMA
-
“İranın nüvə probleminin hərbi həlli yoxdur“ - Abbas Əraqçi
-
Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı - Video
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
“Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir“ - Hikmət Hacıyev
-
“Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı” - DİN
-
“Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb“ - Zelenski
-
Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir - Prezident
-
“Kaş boşanmış olardım“ - Gülüstan Əliyeva
-
35 yaşlı kişi Ağdərədə minaya düşdü - Rəsmi açıqlama
-
Azərbaycan tamhüquqlu iştirakçı oldu - FOTO
-
Təhsildə hansı yeniliklərə ehtiyac var? - Ekspertlər izah edirlər
-
Prezident İlham Əliyev liderlərin iclasında çıxış etdi - Fotolar
-
Oğuzda 47 yaşlı qadın qətlə yetirildi - 15 yaşlı oğlu saxlanıldı
-
Leysan olacaq, qar yağacaq - Sabahın havası
-
“Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq“ - Nazir müavini
-
Balıq bazarında canlanma yaranıb, qiymətlər artıb - VİDEO
-
Gədəbəydə 37 yaşlı kişi bıçaqlanaraq öldürüldü - Şübhəli atasıdır
-
Prezident Daşkənddəki Konqres Mərkəzinə gəlib - Fotolar
-
Bəzi rayonlara yağış, Murova qar yağır - Faktiki hava
-
“İş təklifi“ adı altında fırıldaq: Kartınızı qorumağın yolları
-
“F-35“lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər - Fidan
-
Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
Türkiyə Bolqarıstanı məğlub edib pley-off-a yüksəldi - DÇ-2026
-
Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
-
İmişlidə karxanada bədbəxt hadisə: Ölən var
-
Daşkənddə liderlərin şərəfinə atəşfəşanlıq oldu - Fotolar
-
Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
-
Fuad Cəbrayılov Naftalan icra başçısı olacaq? - İDDİA
-
Daşınmaz əmlak bazarında bahalaşma davam edir - VİDEO
-
İşsizliyə görə sığorta ödənişi artırılacaq - VİDEO
-
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
-
Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb - VİDEO
-
Efiopiyada təhlükəli virusun yayıldığı təsdiqlənib - “Bloomberg“
-
Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?
-
“Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq“ - Polşa XİN rəhbəri
-
Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?
-
Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası
-
“Avropa müharibə astanasındadır” - Viktor Orban
-
Bərdədə əməliyyat: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar tutuldu
-
“Məqsədimiz Bakıda qələbə qazanmaqdır“ - Didye Deşam
-
Abituriyentlərin nəzərinə: Bəzi ixtisaslarda keçid balı arta bilər
-
İlham Əliyev “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində - Fotolar
-
Masallıda kənd adının dəyişdirilməsi qalmaqala səbəb oldu - Rəsmi açıqlama
-
Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi günü - Fotolar
-
Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Fotolar
-
“ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil“ - Mişel Obama
-
Quzu ətinin qiyməti 30 manatı keçdi - Daha da bahalaşacaq?
-
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 minlik gül aldı - Fuad Hacıyevin biznesi
-
Azərbaycanda 7,5 milyon manata “Bugatti“ satılır - FOTO
-
Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb - DİN
-
“Türkiyə Şimali Kipri heç vaxt tək qoymayacaq“ - Ərdoğan
-
Sabiq deputatdan Emin Əmrullayevə ağır ittihamlar: Təhsil İnstitutunda korrupsiya bataqlığı…
-
Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?
-
Məhkumları robotlar izləyəcək - Maskdan yeni layihə
-
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
-
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu - FOTO
-
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
-
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi
-
İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
-
Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq - VİDEO
-
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Fələstinə humanitar yardım göstərməyə davam edəcəyik - İlham Əliyev
-
ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək
-
“Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar“ - “Bolt“ şirkəti kuryeri niyə cəzalandırdı?
-
Ermənistanda 10 yeni məscid tikiləcək - Ərdoğan sayəsində
-
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
-
Bakıda ana azyaşlı qızına işgəncə verdi - TƏFƏRRÜAT
-
Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər
-
Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - VİDEO
-
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp
-
Vatsap bu telefonlarda işləməyəcək - SİYAHI
-
Zəngilan və Ağdamın kəndlərinə növbəti köç - FOTOLAR
-
Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Avropaya aparılan 90 milyonluq heroin aşkarlandı - Fotolar
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
-
Yasamalda obyekt tikmək məqsədilə yaşı bir əsr olan binanın zirzəmisi qazılıb - VİDEO
-
Baş İdarə əməliyyat keçirib - Saxlanılanlar var
-
Son günlər uşaqlar arasında yayılan yeni xəstəlik nədir? - VİDEO
-
Elçin Rzayevin sözünə “qulaq asan“ yoxdur - Deputat kəndlinin örüş yerini “azad edəcəkmi?“
-
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
-
Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib...
-
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
-
Türkiyə şəhidlərini torpağa tapşırdı... - FOTOLAR
-
“Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq“ - Merts
-
Deputatlar 3 gün ardıcıl iclas keçirəcək, 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
-
Yusif Baqiyev qumarxana şəbəkəsi yaradaraq 171 milyondan çox qazanıb - RƏSMİ
TOP 10
ARXİV




