Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq“ - Zelenski

Tarix 20.10.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Rusiyayla müharibənin mümkün sonuna doğru irəliləyirlər. Bu, ilk növbədə ABŞ prezidenti Donald Trampın səyləri nəticəsində mümkün olub.

Bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Ukraynadakı vəziyyətin miqyası dünyada analoqu olmayan səviyyəyə çatıb və bu, digər silahlı münaqişələrlə müqayisə edilə bilməz.

“Mən heç bir ölkəni alçaltmaq və ya böyütmək istəmirəm, amma Yaxın Şərqdə baş verənləri buradakı hadisələrlə müqayisə etmək düzgün deyil. Bu, tamam fərqli müharibədir, fərqli tarixdir,” – deyə Zelenski bildirib.

O, qeyd edib ki, Ukraynadakı müharibə istifadə olunan vasitələrin səviyyəsi və əməliyyatların miqyası baxımından fərqlənir:“Orada da qurbanlar, canlı insanlar və itkilər var, amma bu, müqayisəolunmazdır. İtkilər, resurslar və müharibənin həcmi sadəcə müqayisə edilə bilməz”.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu artıq üç ildən çoxdur ki, özündən qat-qat güclü düşmənə qarşı döyüşür.

Bununla belə, Zelenski son zamanlar sülh istiqamətində real irəliləyiş üçün müəyyən ilkin şərtlərin yarandığını bildirib:“Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq. Bu, onun mütləq bitəcəyi anlamına gəlmir, amma Tramp Yaxın Şərqdə çox şeyə nail olub və indi bu dalğa ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir”.

Zelenskinin sözlərinə görə, beynəlxalq danışıqlarda müharibənin başa çatdırılması üçün güclü siyasi tələb formalaşır.

 “Dünyada belə bir əhval var: gəlin bütün gücümüzü səfərbər edib Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirək” – deyə Zelenski qeyd edib və Ukraynanın bu əhvaldan istifadə edərək Rusiyaya təzyiqi artırdığını vurğulayıb.



Xəbərin oxunma sayı : 262




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap