Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTO

Tarix 20.10.25, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran İslam Respublikasına səfər edərək, bu ölkənin xarici işlər naziri Seyid Abbas Ərağçi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşlər keçirib.

AzFakt.com xəbər verir ki, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, xüsusilə İran Prezidentinin ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalar əsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq iki ölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlara əsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davam etdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrası vəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regionda maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.
imgimg




Xəbərin oxunma sayı : 310




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap