Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Beyləqanda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi - Fotolar

Tarix 06.11.25, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


8 Noyabr – Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində xalqımızın qürur mənbəyi, milli iradənin və yenilməz gücün təntənəsidir.

AzFakt.com xəbər verir ki, şanlı qələbəmizin 5-ci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda silsilə tədbirlər həyata keçirilir. Bu ali ideyanı davam etdirərək, 8 Noyabr – Zəfər Günü münasibətilə Beyləqan rayonunun Görüş adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiyanın məqsədi həm ekoloji mühitin yaxşılaşdırılması, həm də Zəfər Gününün mənəvi dəyərinin cəmiyyətə çatdırılmasıdır. Kök salan hər bir fidan, Azərbaycanın qazandığı tarixi zəfərin əbədiliyini simvolizə edir və bu qələbənin nəsildən-nəsilə ötürüləcək dəyər olduğunu ifadə edir.

Şanlı qələbəmizin izləri yaşıl sabahın hər budağında yaşayacaq.







Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap