Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda əmək haqqından tutulan vergi bu qədər olacaq - Nazir açıqladı

Tarix 04.11.25, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əmək haqqından tutulan vergi 2028-ci ildə fikslənəcək.

Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn ildən 2500-manata qədər olan əməkhaqqından 3 faiz vergi tutulacaq.

Nazirin sözlərinə görə, 2026-cı ildə 2500 manata qədər olan əməkhaqqılarına vergi dərəcəsi 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadək 10 %, 8000 manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq.

S.Babayev əlavə edib ki, əməkhaqqı gəlirləri ilə bağlı tətbiq olunan güzəştin müddəti 2026-ci ildə bitir.

“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü”.

Mikayıl Cabbarov da təsdiqlədi

İqtisadiyyat naziri Mikayıl Cabbarov 7 illik vergi güzəştinin davam etməyəcəyini açıqlayıb.

Bu barədə o, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib. Bu, asan müzakirələr olmayıb, burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid mövqeyi əks etdirir”, – deyə nazir söyləyib.



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap