Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“ABŞ eyni zamanda bir neçə nüvə dövlətini çəkindirməlidir“ - Pentaqon

Tarix 05.11.25, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ eyni zamanda bir neçə nüvə dövlətini çəkindirmək imkanına malik olmalıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp tərəfindənPentaqonun nüvə çəkindirmə, siyasət və kimyəvi-bioloji müdafiə proqramları üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən Robert Kadlek bildirib.

O, ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində onun namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələr çərçivəsində amerikalı qanunvericilərin suallarını cavablandırıb.

"Düşünürəm ki, bizim strateji qüvvələrimiz eyni zamanda bir neçə nüvə dövlətindən gələn strateji hücumların qarşısını almağa qadir olmalıdır, xüsusilə də böyük potensiala malik iki dövlətin", – Kadlekin yazılı cavabında qeyd olunub.

O, ABŞ-nin nüvə başlıqlarını Hind-Sakit okean regionunda yerləşdirməsini dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirməyib.

"Əgər namizədliyim təsdiqlənsə, bu regionda çəkindirməni qorumaq məqsədilə ABŞ nüvə qüvvələrinin yerləşdirilməsinin tənzimlənməsinə ehtiyac olub-olmadığını müzakirə etmək üçün nazirlikdəki müvafiq həmkarlarımla və müttəfiqlərlə məsləhətləşmələr aparacağam", – deyə Kadlek vurğulayıb.

"Belə anlayıram ki, Çinin nüvə qüvvələrinin artım tempi ABŞ-nin gözləntilərini üstələyir", – amerikalı rəsmi əlavə edib. O həmçinin Vaşinqtonun Asiyadakı müttəfiqlərini nüvə qalxanı ilə qorumağa davam etməyə hazır olduğunu nümayiş etdirmək üçün "əlavə tədbirlərə" ehtiyac olub-olmadığını nəzərdən keçirəcəyini vəd edib.(Report)



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap