Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycan hər zaman dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub

Tarix 04.11.25, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bir çox məqamlara diqqəti yönəltdi.  

Azərbaycanın hər bir sahədə keçdiyi inkişaf yolundan bəhs edərkən müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara diqqət yetirməyə böyük zərurət duyulur. Müstəqilliyin ilk illəri çox ağır və faciəvi idi. O vaxt məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı ölkəmizi böyük bəlalardan qurtardı. Bu mühüm məqamı da qeyd etməliyik ki, Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Ümummilli Lider bir daha müstəqil, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. O vaxt maliyyə imkanlarımız çox məhdud idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri həmin dövrün reallıqları idi. Amma buna baxmayaraq, yenə də Akademiyanın işi, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrıldı. Son on ildə də Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Bir sıra mühüm addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi. Yeni böyük elmi kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa olundu. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edildi. 2009-cu ildə Elm Fondu yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, "Elm haqqında" Qanun qəbul edildi. "Görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır" söyləyən cənab İlham Əliyev vurğuladı ki, sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir. Dövlətimizin başçısı bu məqamı da yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi. Azərbaycana gəldikdə isə son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir.
      
Cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. Süni intellektdən bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, on il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük.
      
Dövlət başçısı çıxışında Azərbaycanda hərbi sənayenin sürətlə inkişafından da geniş bəhs edərək bildirdi ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq.
      
Dövlət başçısı İlham Əliyevin çıxışlarında diqqət göstərilən əsas məsələlərdən biri də təbii ki, ədalət və beynəlxalq hüquqdur. Onu da nəzərə alaq ki. harzırkı dövr yeni dünya nizamının formalaşdığı bir mərhələdir. Azərbaycan ədalət və beynəlxalq hüquqa söykənən mövqeyi ilə ədaləti dünyanın formalaşmasına öz töhfələrini verir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm də bunun bariz nümunəsidir. Azərbaycan hər zaman ən yüksək tribunalardan dünya güclərinin ikili standartlara əsaslanan siyasətindən, onun yaratdığı problemlərdən narazılığını bildirib. Cənab İlham Əliyev sözügedən çıxışında da qeyd etdi ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq.

Elman Nuriyev



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap