Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Yanlış fikirlər cavabsız qalmamalıdır” - Nazir deputata irad tutdu

Tarix 04.11.25, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


“Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam. Orada qeyd olunur ki, SOCAR 1 milyard 700 milyon manat vergi ödəyir. Mən də bunu ümumi mənfəət vergisi kimi qəbul etmişəm. Burada mənə deyildi ki, ora başqa vergilər də daxildir. Əslində onda mən SOCAR-ın müraciəti haqqında daha yaxşı danışmışam”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, əgər mənfəət kimi 1 milyard 700 milyon qazancdan verirsə, o zaman 5 milyard dollar onun qazancı olmalı idi.

"Belə çıxır ki, onda 5 milyarddan azdır. Əslində bu, pisdir. Yəni, bu qədər böyük neft şirkətinin qazancının az olması bizi düşündürməlidir. Mənim burada dediyimdə heç bir siyasi mübarizə elementi yox idi”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deputatın çıxışına cavab olaraq bildirib ki, yalnış səslənən fikirlər cavabsız qalmamalıdır:

“Bu gün Sahil müəllim də, mən də səsləndirdik ki, qeyri-neft gəlirlərinin dövlət büdcəsinin gəlirlərində nə qədərdir. Bu təxminən 55-57% ətrafında olacaq. 2018-ci ildə bu rəqəm 40% idi. Mən 2018-ci ili niyə görə əsas götürürəm, çünki biz vergi güzəştlərinin və vergi siyasətinin yumşaldılmasına 2018-ci ilin sonundan başlamışıq. Biz bugünki nailiyyətləri, yəni 2019-cu ildən 2025-ci ilə qədərki nailiyyətləri 17% bəndi artan dövlət büdcəsinin gəlirlərində baxa bilərik. Biz buna vergilərin yumşaldılması siyasəti ilə nail olmuşuq. Biz əgər gələcəkdə qeyri-neft sektoruna əsaslanan artımı davam etdirmək niyətindəyiksə, düşünürəm ki, gələcək müzakirələr üçün mərkəzi məsələlərdən biri bunun ətrafında olacaq”.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap