Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Turizm Agentliyinin rəhbəri evə qapandı, işə gəlmir - Nə baş verir?

Tarix 10.03.25, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib

Turizm Agentliyinin rəhbəri evə qapandı, işə gəlmir - Nə baş verir?
Dövlət Turizm Agentliyi ətrafında yaranmış qalmaqal böyüyür. Agentliyin rəhbərinin şiddətli töhmət alması, istintaqa çağırılaraq dindirilməsi, Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq zamanı bir nəfərin saxlanılması son 5 gün ərzində yaşananlardır.

Məlumata görə, Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması qurumun rəhbəri Fuad Nağıyevin postunu itirməsi ilə nəticələnəcək.

Əvvəlcə xatırladaq ki, martın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə prezident tərəfindən şiddətli töhmət elan edildi.

Səbəb isə qurumdan xidməti yazışmaların sızdırılması idi. Araşdırmalar zamanı Turizm Agentliyində Azərbaycana qarşı düşmənçilik mövqeyində olan “Transparency International” təşkilatında işləmiş bir neçə şəxsin önəmli postlar tutduğu məlum olub. Yazışmaların da məhz həmin şəxslər tərəfindən sızdırıldığı müəyyən edilib.

O da məlum olub ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub.

Fuad Nağıyevə töhmət elan edilməsindən sonra DTX qurumda yoxlamalara başladı. Bunun nəticəsi olaraq Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov həbs edilib. Bu günə olan məlumata görə Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb. Onların da istintaqa cəlb edildiyi bildirilir.

Agentliyin sədri Fuad Nağıyevin işə çıxmadığı bildirilir. 

Əldə etdiyi məlumata görə yaxın günlərdə Fuad Nağıyevin tutduğu vəzifədən azad edilməsi gözlənilir. (musavat)



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap