Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Azərbaycana gələn turistlərin yarıdan çoxu azərbaycanlılardır? - Maraqlı statistika

Tarix 10.03.25, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında Azərbaycana gələn 113 min 216 nəfər əcnəbi turist burada 507 min 581 gecə keçirib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 36%-i və ya 182 min 355 gecə otellərdə və otel tipli obyektlərdə qalan turistlərin payına düşüb.
Məlumat üçün bildirək ki, turistlər 168 min 657 gecəni (33%) özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə, 90 min 897 gecəni (18%) qohumların və ya dostların mənzillərində, 65 min 672 gecəni isə kirayə götürülümüş evlərdə keçiriblər.
Qeyd edək ki, istisnasız olaraq bütün ölkələrdən Azərbaycana gələn turistlərin burada özlərinə ya da ailə üzvlərinə məxsus evi olub.
Öz evlərində və qohumların (dostların) evlərində qalan turistlər əsasən Türkmənistan, Gürcüstan və Tacikistandan gələnlər olub. Məsələn, yanvar ayında Türkmənistandan gələn turistlər Azərbaycanda 3 min 748 gecə keçiriblər və bu gecələrin 3 min 420-ni və ya 88%-ini öz evlərində və ya qohumların (dostların) evlərində keçiriblər.
Onu da bildirək ki, öz evində və ya ailə üzvlərinə məxsus evlərdə, həmçinin qohum və dostların evlərində  qalan turistlər Azərbaycana ən çox aşağıdakı ölkələrdən gəliblər:
Türkmənistan – 3 420 gecə (ümumi gecələmələrin 91%-i);
Gürcüstan – 18 534 gecə (88%-i);
Tacikistan – 2 397 gecə (84%-i);
Belarus – 3 504 gecə (77%-i);
Moldova – 694 gecə (75,6%-i);
İran – 4 484 gecə (75%-i);
Rusiya – 103 358 gecə (74%-i);
Ukrayna – 5 685 gecə (74%-i);
Qırğızıstan – 1 236 gecə (70,5%-i);
Qazaxıstan – 11 693 gecə (69%-i);
Türkiyə – 42 358 gecə (68,5%-i);
Yaponiya – 287 gecə (63%-i);
Özbəkistan – 4 818 gecə (60%-i);
Fransa – 769 gecə (58%-i).



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap