Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Bakı restoranlarında iftar qiymətləri - 90 manata menyu

Tarix 08.03.25, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Artıq bir neçə gündür müsəlman dünyasında "On bir ayın sultanı" hesab olunan Ramazan ayı başlayıb. Orucunu evdə açanlarla yanaşı, iftarda restoran və kafelərə üz tutanlar da az deyil.

Martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 25-90 manat arasında dəyişir. Qiymət dəyişikliyi menyuya daxil olan yeməklərdən asılıdır. Fikrimcə, məkanın populyarlıq səviyyəsi də bu göstəricidə rol oynayır.

Qeyd edək ki, bəzi restoranlarda menyu qiymətinə xidmət haqqı da əlavə olunur.

Bakı mənzərəsini seyr etmək üçün insanların üz tutduğu məkanda iftar menyusu iki nəfər üçün 60 manat olmaqla qeyd edilib.

Paytaxtda iki ünvanda filialı olan məşhur bir restoranda isə bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

Səməd Vurğun küçəsində yerləşən restoranlardan birində iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servis haqqı tələb olunur.

Mehdi Hüseyn küçəsində yerləşən məşhur otelin restoranında təkbaşına oruc açmaq istəyənlər isə 88 manat ödəməlidirlər.

Neftçilər prospektində yerləşən tanınmış restoranlardan birində isə 1 nəfərlik menyu 50 manatdır. 10% xidmət haqqı da hesablanır. Menyuya iftar qəlyanaltıları, əsas yeməklər, şirniyyatlar, şorbala, ara yeməklər və soyuq içkilər daxildir.

Yasamal rayonu və Nizami küçəsində olan iki fərqli restoranda iftar menyusunun qiyməti eynilik təşkil edir. 1 nəfər üçün menyu 40 manatdır. Menyuya iftar qəlyanaltıları, isti yeməklər, şorbalar, salatlar, desertlər və içkilər daxildir.

Atatürk prospekti və Ağ şəhərdə yerləşən orta populyarlıqda olan restoranlarda bir qədər də aşağı qiymətə iftar menyusu təklif olunur. Sözügedən restoranlarda bir nəfərlik menyu 35 manatdır. Menyuya şorbalar, salat, qəlyanlatı, qarnirlər, isti yeməklər, desert və içkilər daxildir.

İçərişəhərdə Kiçik Qala küçəsində yerləşən restoranı bir nəfər üçün iftar menyusunu 30 manata təklif edir.

"Fəvarələr meydanı"ndakı bəzi restoranlarda da iftar menyusunun qiymətləri ilə maraqlandıq. Bu ərazidə müxtəlif cür menyular olmaqla qiymətlər təxminən 25-35 AZN təşkil edir. Təbii ki, 10 faiz servis haqqını da unutmayaq.

Neftçilər metrosu yaxınlığında yerləşən son zamanlarda adını tez-tez eşitdiyimiz restoranda isə iftar açmaq 30 manata başa gəlir. /lent.az



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap