![]() |
|














GDU-da baş verənlər - Rektorun qardaşı universitetdəki korrupsiyanı ört-basdır edir?..
Tarix 10.03.25, 11:30 |
|

Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb...
Rektorun bu özbaşınalığının arxasında isə qardaşı Cavanşir Yusibov- Maliyyə Nazirliyinin aparat rəhbəri durur.
AzFakt.com xəbər verir ki, bu barədə mediatv.az portalı yazır.
Portal qeyd edir ki, Sahil Babayevin Maliyyə Naziri təyin olunması kollektivdə sevinclə qarışlandı ki, bəlkə bu özbaşınalıqların qarşısı alına.Rektor o qədər "uzaqgörəndir" ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz "çirkin" əməllərini qanuniləşdirir.
Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Yeni il, Novruz bayramı ərəfəsində respublikadakı digər universitetlər işçilərə maaşları müqabilində bayram hədiyyəsi verdi. Bayram münasibəti ilə ən az pul verən universitetlər 300 manat bayram hədiyyəsi verilməsi haqqında qərar verdi. Yusif Yusibov isə hər iki bayramda hər əməkdaşa 50 manat pul verilməsi haqqında göstəriş verdi, bu hədiyyə verilmiş 50 manata da vergi tətbiq olunur, nəticədə 37-38 manat pul qalır, bu kollektivi təhqir etmək deyilmi??? Ayıb deyilmi, 37 manata nə düşür ki, bunu da bayram hədiyyəsi adlandırırlar. “Kimya və biologiya müəllimliyi” ixtisasında pedaqoji fəaliyyətlə məşğul olan, guya "xüsusi bacarıq və səriştələri olan müəllimlər"in əmək haqlarına əlavələr olunur. Rektorun özü həmin fakültənin əməkdaşı olduğundan maaşlarına əlavələr edilən müəllimlər onun yaxın ətrafıdır. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dekan və kafedra müdirləri məcbur oub öz maaşları hesabına kağız alır, dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar. Universitetdə maaşları qaldırmağa pul tapmayan rektor xidməti maşın almaqda davam edir. GDU-da 8 xidməti maşın var. Rektorun köməkçisinə, 4 prorektora, rektorun müşavirinə, magistr təhsili olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə belə xidməti maşın və sürücü ayırıblar. Rektorun özünün xidməti maşını olduğu halda, bu günlərdə "Leksus" modelli ən son model daha bir bahalı xidməti maşın aldı.
Universitetdə təhsil və elmlə bağlı layihələrə ayrılan vəsait İnnovasiya Departamentinin rəhbəri Vasif Həsənovun əli ilə rəhbərlik tərəfindən açıq-aşkar mənimsənilir. Bu şəxslərin “işbirliyi” nəticəsində təhsil və elmin tərəqqisinə istiqamətlənmiş proqramlardan, çoxsaylı təhsil layihələrindən də yalnız Vasif Həsənova yaxın olan bir neçə şəxslər faydalanır. Təhsil və elmin inkişafına ayrılan çoxsaylı vəsaitlərdən universitet əməkdaşları qəti şəkildə yararlana bilmirlər. Ölkə xaricinə elmi ezamiyyələrə, nüfuzlu elmi layihələrə, toplantılara adları qeyd edilən şəxsin ya özü, ya da yaxın ətrafı gedir, ayrılan pullar da məhz onlar tərəfindən sağa-sola xərclənir. Universitetin Akreditasiyası zamanı ən az balı İnnovasiyalar Deportamenti alıb. Bunlar öz işlərini düzəltmək əvəzinə bütün günahları kollektivin üzərinə atırlar. Bu deportamentdə 5 şöbə var, bunların nə işlə məşğul olduğu və funksiyası məlum deyil. Bu şöbə öz funksiyasına aid olmayan işlərlə məşğuldur, məsələn imtahanların götürülməsi işi ilə. Deportamentin direktoru Vasif Həsənov əl altdan prorektor Şahin Xurşudovun "quyusunu belə qazıb", onunla rektorun arasını vurub, prorektor olmaq sevdasına düşüb.
Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar. Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir. Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?
Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə müxtəlif adamları göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır. Bu semest keçirilən imtahanlarda təkcə İqtisadiyyat fakültəsində 1700- dən artıq imtahan kəsiri var. Elə tələbə var ki, bir neçə imtahandan kəsilib. Bu kəsirlər Şahin Xurşudovun "əl altdan maraqlar daxilində" imtahandan xeyli müddət keçməsinə baxmayaraq listləri dəyişdirməklə düzəldilir. İmtahandan yığdıqları buna bəs etmir. Bu adam hər şeyə girişir. Müxtəlif adamları maraqlar müqabilində universitetə müxtəlif vasitələrlə müəllim təyin etdirir. Belə şəxslərdən biri də Mais Gülalıyevdir. Bu adam vaxtı ilə İqtisadiyyt İnstitutunda, Mingəçevir Dövlət Universitetində, Azərbaycan Texologiya Universitetində və s. kimi yerlərdə rəhbər vəzifələrdə çalışıb, işlədiyi yerlərdən isə hansısa səbəbdən uzaqlaşdırılıb. Bu şəxc həm də Azərbaycan Yaşıllar Partiyasının Sədri olub. İndi isə Şahin Xurşudovun köməkliyi sayəsində"" sayəsində Gəncə Dövlət Universitetinə transfer olub. Hələ bu azmış kimi Şahin Xurşudov onu Menecment və Turizm işi kafedrasına müdir təyin etdirməyə çalışır. Halbuki həmin kafedranın hal-hazırda müdiri işləyən Əli Allahverdiyev işlədiyi sahədə respublikada kifayət qədər dəst-xətti olan, savadlı, kifayət qədər iş təcrübəsinə malik, fakültədə xüsusi nüfuza malik bir şəxsdir. Lakin Şahin Xurşudova belə kadr lazım deyil. O bahalı maşınlara, Bakıda, Tovuzda eləcə də Gəncədə kifayət qədər obyektlərə və daşınmaz əmlaka sahiblənməyi bacarıb. İndi isə şəhərin yaxşı yerində Sehrli dayə adlı uşaq başçası açıb. Bu baxçanın yerləşdiyi çox mərtəbəli villa da Şahin Xurşudovun mülkiyyətindədir. Hal-hazırda müxtəlif adamlardan işə qəbulla bağlı "vədlər verib", lakin rektora "fırıldaq gəldiyi" üçün rektor tərəfindən gözdən salınıb. Rektor həmin şəxslərin əmrini vermir, bu da həmin şəxslərin əlində qalıb.İşə düzəlmək isdəyən adamlar onun kabinetinin qarşısında növbəyə dayanır.
Kollektiv gözləyir ki, Təhsil Naziri Emin Əmrullayev rektor Yusif Yusibovun, Vasif Həsənovun, Şahin Xurşudovun qanunazidd əməllərinə nə vaxt son qoyacaqdır?
Xəbərin oxunma sayı : 280
Sosial
Xəbərlər
-
Müğənni Dəniz Əsədova hakim qarşısına çıxarılır - 4 şikayətçi var
-
Baş redaktorun şəxsi profili və saytın səhifəsi ələ keçirilib - Hakerlər tərəfindən
-
Elçin Qurbanov barəsində “vəzifədən kənarlaşdırma” qərarı ləğv edildi - 238 minlik iş
-
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur - Fotolar
-
“Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi“… - III Çarlz Kanadanı müdafiə edəcəkmi?
-
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı - Fərman
-
“Böyük Ermənistan” ideyası nağıldır” - Arkadi Qukasyan
-
Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb - DİN
-
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı
-
Arvadını sevgililəri ilə birgə əxlaqsız partilərə məcbur edirmiş - “Ailə TV“-nin rəhbəri tutuldu
-
“Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir“ - AKİ katibi
-
Prezidentdən yeni təyinat - SƏRANCAM
-
22 dərəcə isti olacaq - Sabahın havası
-
Şimali Koreyadan ABŞ-yə xəbərdarlıq - Nüvə müharibəsi...
-
Nərimanov rayonunda daha bir qanunsuz tikinti - FOTOLAR
-
“Bu təqaüdlər 14 faiz artırılıb“ - “Nazirlər Kabineti təklif hazırlayır“
-
4 minə yaxın azərbaycanlı itkin düşüb - Komitə hesabat yaydı
-
Trampın aqressiv siyasəti Çinin yüksəlişinə səbəb olacaq - Keçmiş baş nazir
-
Bələdiyyə torpaqları satışa çıxarıldı - 11 000 manatdan başlayır
-
GDU-da baş verənlər - Rektorun qardaşı universitetdəki korrupsiyanı ört-basdır edir?..
-
Azərbaycana gələn turistlərin yarıdan çoxu azərbaycanlılardır? - Maraqlı statistika
-
170 azərbaycanlı əsir işgəncələrlə öldürülüb - General
-
Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri - VİDEO
-
Tələbə təqaüdləri də artırılacaqmı? - VİDEO
-
Bəzi yollarda görünüş məsafəsi azalıb - FOTOLAR
-
“Kiyev hələ də sülh üçün kifayət qədər istək nümayiş etdirməyib“ - Tramp
-
DTX Dövlət Turizm Agentliyinin əməkdaşını həbs edib - İstintaqın bəzi təfərrüatları məlum olub
-
Bəzi elektromobil məntəqələri niyə işləmir? - VİDEO
-
“Starlink” olmasaydı Ukrayna müharibəni uduzardı - Rubio
-
Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti - VİDEO
-
Məktəblərdə iş dəftərlərinin dövlət tərəfindən təşkili nə vaxt olacaq? - VİDEO
-
Aysunu konsertdə qucaqlayan bəy kimdir? - Açıqlama
-
Banklar depozit fazilərini niyə artırır? - VİDEO
-
Mingəçevirdə məktəbli bıçaqlanıb - Saxlanılan var (VİDEO)
-
Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO
-
“Benzia ona qarşı aşağılayıcı hərəkətlər etdi” - “Araz Naxçıvan”lı
-
Azərbaycandakı xidmətlərdən ən çox bu ölkələrdən gələn turistlər narazı qalıb - Siyahı
-
“Mən Rusiya ilə çox sərt davranmışam” - Tramp
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hakan Fidandan kritik açıqlama - Türkiyə dörd ölkə ilə yeni mərkəz yaradır
-
Qurban Qurbanov dünənki davaya belə reaksiya verdi - VİDEO
-
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
-
Pomidor orqanizmi xərçəngin bu növlərindən qoruyur - Alimlər açıqladı
-
Qazi qazini aldatdı, həbs edildi - 5 minə maşın növbəsi…
-
ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək - KİV
-
“Yeni konstitusiya ölkəni parçalamaq istəyənlərə qarşı mübarizəni gücləndirəcək“ - Mehmet Uçum
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən nə qədər insan gəlib? - SİYAHI
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
“Təhlükəli sahələrə daxil olmayın“ - DİN vətəndaşlara müraciət edib
-
“PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq“ - KİV
-
Hansı liqa bilet satışından daha çox pul qazanır? - Siyahı
-
Duman səbəbilə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Pakistan Rusiya ilə əməkdaşlıqda maraqlıdır - Nazir
-
59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirildi - 3 nəfərdə telefon aşkarlanıb
-
Elvin Cəfərquliyev davadan danışdı: “Üzümə zərbə endirdi“
-
“Starlink”i söndürsəm, Ukraynanın cəbhə xətti dağılacaq” - Mask
-
Fransa Ukraynaya hərbi yardım edəcək - Rusiya pulları ilə
-
Martın 10-da 20 dərəcə isti olacaq - Hava qroqnozu
-
Ötən ay 12 uşaq övladlığa verilib - Nazirlik
-
“Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşa çevrilib“ - Fransa KİV-indən etiraf
-
Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edirik - Zelenski
-
Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək
-
Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Uçan avtomobillərin kütləvi istehsalına başlanılır - Tarix açıqlandı
-
“Starlink“i söndürsəm, Ukraynanın cəbhə xətti çökər - İlon Mask
-
Piyadanın ölümünə səbəb olan məmur iftardan qayıdırmış
-
Bu gün imtahan var - 59 min şagirdin iştirakı gözlənilir
-
Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? - VİDEO
-
Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
-
Hökumə Əliyevanın adı əbədiləşdirilir - VİDEO
-
Polşa böyük müharibəyə hazırlaşır - Baş nazir açıqladı
-
Turizm Agentliyinin sədri Şuşadan kimi qovub? - “Bu, alçaqlıq idi...
-
İmişlidə ailə faciəsi - Ana və iki azyaşlı uşağı öldü
-
“Qarabağ”ın oyununda futbolçular əlbəyaxa davaya çıxdı -VİDEO
-
Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
-
Bakı Biznes Universiteti bu görüntülərə görə tənqid olundu - VİDEO
-
Xalq artistinin qısa geyimi müzakirələr yaratdı - VİDEO
-
Ukrayna ordusu iki həftə ərzində Kursk vilayətindən çıxa bilər - New York Post
-
Ramazanın 9-cu günü - İmsak və iftar vaxtı
-
“ABŞ ilə danışıqlara getməyəcəyik” - Xamenei
-
Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ
-
Bu maşınların qiyməti ucuzlaşacaq - Rəsmi qərar
-
15 yaşlı məktəbli qonşusunu niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Ata aliment ödəməkdən bu halda imtina edə bilər - ŞƏRH
-
Bakı restoranlarında iftar qiymətləri - 90 manata menyu
-
“Onun nitqində çoxlu yalanlar var idi” - Kreml
-
8 Martın bayram kimi qeyd olunmadığı ölkələr – SİYAHI
-
“Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq“ - Orban
-
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
-
20 dərəcə isti olacaq - Sabahın havası
-
Leyla Əliyeva Bakıdakı veloyürüşə qatıldı - Fotolar
-
“Mahir çalışır, bunu gizlətmirəm“ - Kloze
-
Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı - Rəsmi
-
“Avropa müdafiə istehsalını artırmalıdır“ - Mark Rutte
-
“Bəzi yollarda avtomobillərin hərəkət sürəti aşağı düşüb” – NİİM
-
Qütb ayıları niyə donmur? - Araşdırma sirri açıb
-
ABŞ Çini COVID-19-a görə cərimə edəcək - 24 milyard dollar
-
Elm adamlarına vəzifələr verildi - TƏYİNATLAR
-
Vardanyan azərbaycanlılara təşəkkür edib - Erməniləri sülhə səslədi
-
Rövşən Əsgərov axtarışa verilib - Rusiyada
-
Krana çıxıb özünü atmaq istədi - Bakıda
-
Onlayn alış-veriş -Üstünlükləri nədir? + Video
-
“Trampın Rusiyaya sanksiya hədəsi boşdur” - Bolton
-
AKİA-nın keçmiş sədrinə yeni vəzifə verilib - AQTA-da
-
Bakıda mağazaya bıçaqlı hücum - VİDEO
-
Əhəd Abıyev villasını satışa çıxardı - 2 milyon dollara
-
Trampla mübahisə Zelenskinin reytinqini artırdı - FOTO
-
Boşanmaların artmasında əsas səbəbkar kimlərdir: Kişilər, yoxsa qadınlar?
-
Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə
-
“Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır” - Hikmət Hacıyev
-
Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir - Məhkəməyə müraciət edib
-
Bu yolda hərəkət məhdudlaşdırılıb - Sürücülərə xəbərdarlıq
-
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir - CNN
-
Türkiyə və İranın XİN rəhbərləri görüşdü - Ciddə şəhərində
-
“Sizə tükənməz sevgi arzulayıram“ - Mehriban Əliyeva
-
Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi - 8 maddə ilə ittiham olunur
-
Beyləqanda Qadınlar Günü təntənəli qeyd olundu - FOTOLAR
-
Zelenskini şantaj edən Tramp... - Putini nə gözləyir?
-
14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı
TOP 10
ARXİV