Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Gömrük Komitəsinin “avtoşluq“ edən vəzifəli şəxsi: “Yeyib-içməyə tələsirəm“

Tarix 10.03.25, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin (DGK) "avtoşluq" edən vəzifəli şəxsi saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1980-ci il təvəllüdlü, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə, saat 21.00 radələrində Astara şəhərində "Mercedes" markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.

O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıb. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək "sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır", "gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm" kimi ifadələr işlədib.

S.F. məhkəmədə avtomobili yüksək sürətlə idarə etdiyini təsdiqləyib: "İşdən gec çıxdığım üçün yorğun idim. Əsəblərimə hakim ola bilmədiyimdən sözügedən hadisə baş verdi".

S.F. bir daha belə hərəkətlərə yol verməyəcəyini, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib. 

Məhkəmənin qərarı ilə S.F. 200 manat məbləğində cərimə edilib. 



Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap