Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Fransa rəsmiləri Azərbaycanda istintaqa cəlb olunub - Şok faktların üstü açıldı + FOTO

Tarix 17.02.25, 21:53

Font ölçüsü : - / +
bitmap-img6


Fransa rəsmilərinin Azərbaycanda istintaq cəlb olunduğu bildirilir.

AzFakt.com xəbər verir ki, bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gaztesi” özəl mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Fransa Prezidentinin Mühafizə Xidmətinin rəhbəri Aleksandr Benalla və Fransanın “Saur” şirkətinin Azərbaycanda istintaq altında olan vitse-prezidenti Anass Derrazın Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət aldıqları üzə çıxıb.

Sənədlərə görə, Fransa rəsmiləri Fərhad Əhmədovdan 2018-ci ildə rüşvət tələb ediblər. Bunun müqabilində onlar Əhmədovun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad edilməsini təmin edəcəkləri vədini veriblər.

Əhmədov bu milyonlarla dollarlıq rüşvətin bir hissəsini Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına və Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına köçürüb.

Nəşrə danışan diplomatik mənbələrdən verilən məlumata görə, Azərbaycan təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq nəticəsində Anass Derraz saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb. Digər tərəfdən, Aleksandr Benallanın beynəlxalq axtarışa verildiyi bildirilib.







Xəbərin oxunma sayı : 1435




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap