Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - Fotolar

Tarix 10.03.25, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.  

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

Qonaqları salamlayan general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.  

O, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Toşkovski rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə olunan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinin fəaliyyəti ilə tanış olublar.







Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap