Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb - Fonddakı fəaliyyətinə görə...

Tarix 05.03.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldı. 
 
AzFakt.com xəbər verir ki, Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi. 
 
Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb. 

bitmap-img6
 
Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi yüksək təqdimata görə qınanılıb.
 
Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb. 

Açıklama yok.
 
Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.

Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. 
 
Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib. 



Xəbərin oxunma sayı : 1702




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap