Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Elvin Cəfərquliyev davadan danışdı: “Üzümə zərbə endirdi“

Tarix 09.03.25, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


"Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".

AzFakt.com Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.

25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:

"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".

Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.



Xəbərin oxunma sayı : 190




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap