Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Bu maşınların qiyməti ucuzlaşacaq - Rəsmi qərar

Tarix 08.03.25, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin 01.01.2028 tarixinədək 0% təyin edilməsi (mövcud rüsum dərəcəsi 5%-dir) ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul edilib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu qərar qiymətləri alıcının xeyrinə dəyişdirəcək:

“Əvvəlki qərarlarla ölkəyə idxal olunan elektrik mühərrikli minik avtomobilləri həm gömrük, həm də vergidə rüsumlardan artıq azad edilib. İndi də elektrik mühərrikli yük maşınlarının gömrük rüsumlarından azad olunması həmin avtomobillərin ölkə daxilində qiymətinin həm sahibkarlar, həm də vətəndaşlar üçün daha əlçatan edir. Təbii ki, rüsumlardan azadolma varsa, qiymət alıcının xeyirinə dəyişəcək. Həmçinin ölkənin avtomobil parkında elektrik mühərrikli nəqliyyat vasitələrinin payını artıracaq”. 

Ekspert qeyd edib ki, ilin sonunadək paytaxtda elektrobusların sayının artımı da gözləniləndir:

“Məlum olduğu kimi, minik avtomobilləri ilə yanaşı, paytaxt Bakıda ictimai nəqliyyatda da elektrobuslar artıq istismar olunur. Ölkəmizə 161 ədəd elektrobus gətirilib. Bu ilin sonunadək isə təxminən 200-250 ədəd yeni elektrobusun istehsalı gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan atmosferə buraxılan zəhərli qazlarının miqdarının azaldılması, o cümlədən, karbon qazı tullantılarının qarşısını almaq üçün tədbirlərin görülməsinə sadiqdir. Əsas prioritetlərdən biri, ölkənin ekosisteminin yaxşılaşdırılmasıdır”.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap