Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Avrasiya klinikası”na 16500 manat xərclədik, ancaq...“ - Məhkəmə prosesi

Tarix 07.03.25, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Mərhum ölmədən əvvəl Bakıda klinikalardan birində bir həftə müalicə alıb. Müalicə xərcləri 16500 manat tutub.

Musavat.com xəbər verir ki, hadisə Beyləqanda magistral küçənin 16-cı kilometrliyindən Yuxarı Qarabağ kanalı istiqamətində qeydə alınıb.

Nağıyev Akif Xanağa oğlu özünə məxsus "VAZ 2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hissəsinin sol kənarında dayanan piyada Şirinov Səyyaf Qədir oğlunu vurub.

Səyyaf Şirinov hadisədən sonra Bakıya gətirilib. Bir həftə xəstəxanada müalicə alsa da həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən 46 yaşlı Akif Nağıyev bildirib ki, qəza baş verən yoldan ilk dəfə imiş istifadə edirmiş. Buna görə də yolun həmin hissəsində kəskin döngə olduğunu bilməyib. O, döngədə idarətetməni itirərək yol kənarında dayanmış Səyyaf Şirinovu vurduğunu deyib.

A.Nağıyev əməlindən peşman olduğunu, mərhumun oğlu ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Mərhumun hüquqi varisi deyib ki, təqsirləndirilən şəxsi bağışlayıb. Onun ifadəsindən məlum olub ki, atası bir həftə “Avrasiya klinikası”nda müalicə alıb və buna görə 16500 manat xərc çəkiblər.

Məhkəmənin hökmü ilə Akif Nağıyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəssində çəkəcək. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri qüvvədə saxlanıb.



Xəbərin oxunma sayı : 832




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap