![]() |
|














Fransız müstəmləkəçiliyinin mirası:Tailand və Kamboca arasında münaqişə
Tarix 03.08.25, 19:30 |
|

Tailand və Kamboca arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır. Vaxtilə fransız topoqrafların bilərəkdən buraxdığı səhv nəticəsində bu gün minlərlə insan silahlı toqquşmalardan əziyyət çəkir.
Tailand və Kamboca arasında hərbi qarşıdurma Cənub-Şərqi Asiyanın silahlı qeyri-sabitlik ocağına çevrilmə təhlükəsini artırır. İyulun 24-də tərəflər arasında sərhəd münaqişəsi yaşanıb, 300 minə yaxın insan ərazidən təxliyə edilib, ölən və yaralananlar olub.
AzFakt.com bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Tramp bu problemi də həll etdiyini deyir
İyulun 28-də Malayziyanın hökumət başçısı Ənvər İbrahim Kuala-Lumpurda Tailandın səlahiyyətli Baş naziri Pumtam Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manetin danışıqlarının nəticəsinə əsasən ölkələr arasında atəşkəs elan edib. Ənvər İbrahim bildirib ki, tərəflər qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub.
Lakin anlaşmanın nə qədər sürəcəyi bəlli deyil. ABŞ Prezidenti Donald Tramp dərhal Tailand və Kamboca arasındakı sərhəd münaqişəsinin Vaşinqtonun vasitəçiliyi ilə həll olunduğunu iddia edib. Tramp daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın səlahiyyətli Baş naziri Phumtham Vechayachai ilə telefon danışıqları aparıb. ABŞ lideri xəbərdarlıq edib ki, əgər döyüş əməliyyatları dayandırılmasa, ölkəsi Tailand və Kamboca ilə ticarət danışıqları aparmayacaq.
Qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi düşəcək
Qeyd edək ki, bu, iki dövlət arasında ilk silahlı toqquşma deyil. Lakin bu dəfə döyüş əməliyyatları miqyasına görə əvvəlki bütün toqquşmaları üstələyib. Budəfəki qanlı münaqişə tarixə "məbəd müharibəsi" kimi də düşəcək. Banqkok və Pnompen məbəd komplekslərinin ərazilərinin mənsubiyyətini yüz ildən çoxdur ki, mübahisə edirlər. Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai deyib ki, Kamboca ilə münaqişə həssas məsələdir və ona ehtiyatla, beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. "Kamboca həmişə problemlərin sülh yolu ilə həlli mövqeyini tutub, lakin bu halda silahlı təcavüzə cavab verməkdən başqa seçimimiz yoxdur", - o, "Facebook"da yazıb.
Tərəflər hərbi toqquşmada maraqlı idi?
Tailand və Kamboca arasındakı ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib. Bəzi ekspertlərin fikrincə, hazırkı vəziyyət Tailandın hakim elitasına bu qarşıdurma ilə daxili siyasi böhrandan diqqəti yayındırmağa imkan verir. Ölkədəki vəziyyət normallaşma istiqamətində getdikcə, gərginlik də səngiyəcək. Digər ekspertlər isə hesab edirlər ki, hər iki tərəf əvvəlcədən bu münaqişəyə rasional şəkildə gedib, onun genişmiqyaslı qarşıdurmaya çevrilməməli olduğunu anlayıblar. Gərginliyin davam etdirilməsində də heç kim maraqlı deyil. Belə bir fikir də var ki, hazırda hər iki ölkədə qarşıdurmadan qaçmaq üçün kifayət qədər nüfuza və əminliyə malik liderlərin çatışmazlığı var.
Analitik Aleksandr Korolyov da hesab edib ki, münaqişənin hazırkı gərginləşməsi əslində Tailanddakı daxili siyasi böhranla bağlıdır. Onun sözlərinə görə, Kamboca hakimiyyəti də belə bir eskalasiyada maraqlı idi.
Qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır
Münaqişənin predmeti hindu məbədi və onun yerləşdiyi 4.6 kvadrat kilometrlik ərazidir. XI əsrdə inşa edilən bu məbəd Kamboca-Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. İki ölkə arasında qarşıdurmanın tarixi XX əsrin əvvəllərinə gedib çıxır. 1904-cü ildə Siam (Tailandın əvvəlki adı) Fransa nəzarəti altında olan Kamboca ilə aydın sərhəd çəkməli olan demarkasiya komissiyasının yaradılmasına razılıq verib. Tərəflər ilkin olaraq, Dangrek silsiləsi boyunca sərhəd xətti çəkməyi razılaşıblar. Bu isə Preahvihea məbədinin Siamın nəzarətinə keçməsi demək idi. Lakin 1907-ci ildə fransız coğrafiyaçıları məbədin Kamboca ərazisi kimi göstərildiyi xəritə dərc ediblər. Yalnız 1930-cu illərdə Tailandda xəritədəki uyğunsuzluğu fərq ediblər. Tailand coğrafiyaçıları öz topoqrafik ölçmələrini aparıblar və 1953-cü ildə fransız qoşunlarının Kambocadan çıxarılmasından sonra krallıq məbədin yerləşdiyi əraziyə öz hərbçilərini göndərib. 1959-cu ildə Kamboca Tailanda qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Məhkəmə 1962-ci ildə Tailanddan məbədi Kamboca tərəfinə güzəştə getməyi tələb edib. 2008-ci ildə Tailand hakimiyyəti Kambocanın məbəd kompleksini UNESCO-nun Dünya İrsi siyahısına daxil etmək üçün atdığı addımlara etiraz edib. Beləliklə, əminliklə deyə bilərik ki, iki ölkə arasında yüz ildən çox davam edən münaqişə fransız müstəmləkəçiliyinin mirasıdır.
Rusiya və ABŞ silahlarının mübarizəsi
Son illərdə hər iki ölkə gözlənilən təhlükəyə görə hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti aparır. Tailand ordusu əsas etibarı ilə ABŞ silah və sursatı ilə təchiz edilib. Tailandın "Leopard" tankları, "F-16" təyyarələri mövcuddur. Arsenalında əsasən rus silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var.
Bəs bu münaqişənin perspektivi necə olacaq və regional təsirləri nə ola bilər? Siyasi ekspertlər qarşıdurmanın yaxın zamanda yenidən başlaya biləcəyini düşünürlər.
Xəbərin oxunma sayı : 580
Analiz
Xəbərlər
-
Çempionlar Liqası: “Qarabağ“ səfərdən qələbə ilə dönür
-
“NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar“ - Rutte
-
“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir“ - NASA
-
Bülbülə sakinləri aylardır suzuzluqdan əziyyət çəkir - VİDEO
-
Xətaidə pilləkənlər sakinlərə problemlər yaradır - VİDEO
-
Türkiyə bu ölkədə kosmik baza qurur - 350 milyon dollarlıq layihə
-
Rusiya havada atəşkəs elan edə bilər - “Bloomberg”
-
Şagirdlərin elektron yerdəyişməsində üstünlük hüququ tətbiq ediləcək? - VİDEO
-
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA
-
Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI
-
Vətəndaşalara pensiya “düzəldən“ “vəzifəli şəxs“ə HÖKM OXUNDU
-
Tender pulları şəxsi ehtiyaclara xərclənib - 16 şirkət üzrə cinayət işi
-
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ - VİDEO
-
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar
-
DİN və FHN əhaliyə birgə çağırış etdi - VİDEO
-
Atasını öldürənin oğlunu avtobusda bıçaqladı - Çinarlıdakı qan davası
-
Bu qanunu pozan QHT-ləri cərimə gözləyir - Məbləğlər
-
Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama
-
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
-
“Əgər neft daha 10 dollar ucuzlaşsa, onun seçimi qalmayacaq...” - TRAMP
-
Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi - Ağır ittihamlar
-
Zərərçəkənlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Əsədov Berdiməhəmmədov və Mirziyoyevlə üçtərəfli görüşdə - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
-
Yoldan bank kartı tapdı: “28 Mall“da xərclədiyi üçün cəzalandırıldı
-
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - VİDEO
-
Kredit kartı olanların diqqətinə: Yeni tələb var
-
Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu
-
Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR
-
“Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir“ - Özbəkistan Prezidenti
-
Regionda ən bahalı mobil internet Azərbaycandadır - SİYAHI
-
Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
-
Türkmənistanda üçgünlük “Azərbaycan Milli Günləri“ keçirilir - FOTOLAR
-
Keçmiş nazirin şirkətinə 6,9 milyonluq sifariş - 360 min borcu var...
-
“Ai-95”in satışı dayandırılıb? - SOCAR-dan açıqlama
-
Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI
-
Fövqəladə vəziyyət zamanı özünü düzgün aparmamaqda ittiham olundu - Həbs edildi
-
Azərbaycanda maraqlı olay: övladlarına aliment verməyən ana cəzalandırılıb
-
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO
-
Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açılıb
-
Qurban Qurbanov Muaremlə zarafatlaşdı - “Bu nədi, ə?!” + VİDEO
-
Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - RƏSMİ
-
STP-nin Müşahidə Şurasında dəyişiklik - Mir Camal Paşayev sədr vəzifəsinə gətirildi
-
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü - FOTO
-
Bakıda mənzillər bahalaşa bilər - Bu tarixdən
-
“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab
-
ABŞ və İtaliya qırıcıları Qara dənizdə - Döyüş təlimləri keçirilib
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
-
“28 Mall“da qadının çantası oğurlandı: İki aylıq həbs edildi
-
“Mənim həyətimdən boru keçirmək istəyirlər” - Naxçıvanda özbaşınalıq
-
Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
-
İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar
-
Elçin Əfəndiyev atasının yanında dəfn olundu - Fotolar
-
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI
-
İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
-
Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
-
“Putin Zelenski ilə görüşməyə hazırdır“ - Kreml
-
Mariyadasan Somsundaram hava limanında tutuldu - Saxta pasportla Bakıya necə gəlmişdi?
-
“Bakı Metropoliteni“ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
-
İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi
-
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
-
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - Siyahı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əliyev və Paşinyan Ağ Evdə! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
-
Deputatlığa keçmiş namizəd tutuldu - Narkotik ittihamı ilə
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - MƏBLƏĞ
-
“Uğur Ocağı“ restoranından şikayət - Səsdən evdə oturmaq mümkün deyil
-
Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Azərbaycan güclü zəlzələ mümkündürmü? - AÇIQLAMA
-
İbtidai təhsilin beş il olması təklif edilir - Məktəb modeli dəyişəcək?
-
Mir Şahinin qəzəbli yazısı - “Kreml çaşıb“
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
ABŞ-ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
-
MİQ-də olan vakant yerlərlərlə bağlı növbəti şikayət - VİDEO
-
Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir? - VİDEO
-
Azərbaycanda 100-lərlə hektar ərazi bu səbəbdən becərilmir - VİDEO
-
Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? -Başdansovdu işlər, silinən pullar...
-
Tərtərdə silahlı insident: Atəş açan şəxs həbs edildi
-
“Sea Breeze”də açılacaq kazinolarda yaş məhdudiyyəti - VİDEO
-
Bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA
-
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
-
Masazırda ana qızına işgəncə verib? - DİN-dən AÇIQLAMA
-
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? - Siyahı
-
Xırdalanın mərkəzi parkında olan yüzlərlə şam ağacını kəsiblər? - VİDEO
TOP 10
ARXİV