“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama

Tarix 05.08.25, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


İyulda bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub.

AzFakt.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə iyul ayının əsasən birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub:
“Ümumi olaraq bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb”.
Mahmudov qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.

Bildirilib ki, iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu isə iyulun 10-da Bakıda və Abşeron yarımadasında 18.7 dərəcə isti (Binə), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4.8 dərəcə isti (Şahdağ) qeydə alınıb.



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap