![]() |
|














Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? - Analiz
Tarix 18.06.25, 12:44 |
|

Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin artması dünya birjalarının, enerji bazarlarının və geosiyasi analitiklərin diqqətini yenidən Hörmüz boğazına yönəldib.
Yeniavaz.com xəbər verir ki, bu strateji dəniz keçidi bütün dünyanın iqtisadi sabitliyi üçün həyati əhəmiyyət daşıyır. Əgər İran müharibə şəraitində boğazı bağlamağa qərar verərsə, nəticələr qlobal səviyyədə ağır və çoxşaxəli olacaq.
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən, təxminən 40-95 kilometr enində olan dəniz keçididir. O, enerji bazarlarının “aorta damarı” hesab olunur. Çünki dünya üzrə qlobal dəniz neft ticarətinin 30%-i və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-i bu boğazdan keçir. Təkcə 2024-cü ildə gündəlik orta tranzit həcmi 20,3 milyon barel neft və 290 milyon kubmetr LNG olub. Bu rəqəmlər, təkcə Yaxın Şərq ölkələrinin deyil, həm də qlobal sənaye və enerji istehlakçılarının bu boğaza necə bağlı olduğunu açıq şəkildə göstərir.
Ən çox ixrac edən ölkələrdən Səudiyyə Ərəbistanı gündəlik milyonlarla barel xam neftini bu marşrutla dünya bazarlarına göndərir. Qətər isə LNG ixracatında liderdir. Onun göndərdiyi maye qazın 80%-i Asiyaya, 20%-i isə Avropaya istiqamətlənir. Bu, Asiya ölkələrinin enerji təhlükəsizliyinin böyük ölçüdə Hörmüzdən asılı olduğunu göstərir.
İran, tarixi olaraq bu boğazı öz təsir zonası hesab edir. Keçmişdə, xüsusən də ABŞ sanksiyalarına cavab olaraq, İran dəfələrlə Hörmüzü bağlamaqla hədələyib. Əgər İsrail–İran müharibəsi uzun müddət davam edərsə və bu dəfə İran hədə-qorxunu gerçəyə çevirərsə, bunun nəticəsində enerji qiymətləri kəskin yüksələcək, qlobal inflyasiya artacaq, beynəlxalq tədarük zəncirləri pozulacaq, xüsusən də Asiya və Avropa ölkələri enerji böhranı ilə üz-üzə qalacaq.
Müharibənin uzanması xam neftin bir barelinin 150 dolları keçməsi ssenarisini real edə bilər. LNG bazarlarında isə qiymət sıçrayışları sənaye istehsalının azalmasına, hətta bəzi ölkələrdə enerji çatışmazlığına səbəb ola bilər. Bu, inkişaf etməkdə olan ölkələr üçün xüsusilə təhlükəlidir.
Ən böyük zərbəni İran özü alar
Hörmüz boğazı bağlanarsa, ən böyük zərbəni Asiya ölkələri alar. Çin, Hindistan, Yaponiya və Cənubi Koreya neft və LNG ehtiyaclarının mühüm hissəsini Yaxın Şərqdən, məhz Hörmüz boğazından keçməklə təmin edir. Təkcə Çin gündəlik milyonlarla barel nefti bu marşrutla idxal edir və enerji sektorundakı hər hansı kəsinti onun sənaye istehsalına, tədarük zəncirlərinə və iqtisadi artımına birbaşa təsir edər. Hindistanın idxal balansı və rupinin məzənnəsi boğazdakı sabitlikdən birbaşa asılıdır. Yaponiya və Cənubi Koreya isə resurs baxımından tamamilə xaricə bağlı ölkələr olaraq enerji çatışmazlığı və qiymət şokları ilə üzləşə bilər. Boğazın bağlanması bu ölkələrdə enerji böhranına və iqtisadi durğunluğa yol aça bilər.
Avropa İttifaqı ölkələri, xüsusilə LNG idxalında Qətərə bağlı olan İtaliya, İspaniya və Fransa da ciddi təzyiq altında qala bilər. Qərbi Avropa alternativ enerji marşrutlarına malik olsa da, qiymət artımı və təchizat sıxlığı bu ölkələrin sənaye və nəqliyyat sektorlarında dalğalanmalara səbəb olar. Türkiyə kimi region ölkələrində isə bu vəziyyət inflyasiyanı daha da kəskinləşdirə, enerji subsidiyalarını artıraraq büdcəyə təzyiq göstərə bilər.
Hörmüz boğazı ətrafındakı ölkələr – Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman və Qətər — iqtisadiyyatlarını əsasən enerji ixracına əsaslandırıblar. Boğazın bağlanması onların ixrac kanalını tamamilə bağlayacaq, büdcə gəlirlərini kəskin azaldacaq və sosial-iqtisadi sabitliyi pozacaq. Ən həssas ölkə isə bəlkə də Qətərdir, çünki onun qaz ixracının 100%-ə yaxını bu boğazdan keçir.
Amma ən böyük zərbəni isə heç şübhəsiz ki, İran özü alar. Hörmüz boğazını bağlamaq taktiki olaraq Qərbə və İsrailə təzyiq vasitəsi kimi görünsə də, İranın iqtisadiyyatının özəyini təşkil edən neft ixracını da eyni şəkildə dayandıracaq. Onsuz da sanksiyalar altında əziyyət çəkən İran üçün bu, neftdən gələn məhdud gəlirlərin də sıfırlanması, milli valyutanın daha da zəifləməsi, inflyasiyanın yüksəlməsi və daxili sosial narazılığın artması deməkdir.
Xəbərin oxunma sayı : 1357
Analiz
Xəbərlər
-
“Moskvanın bizə diktə etdiyi vaxtlar çoxdan keçib“ - Moldova XİN rəhbəri
-
“Ukrayna böhranının həlli prosesi kritik həddə çatıb” - ÇİN XİN
-
Bakıda köşk işçisini aldatdılar: Üzərində “etibarsızdır” yazılan dollarlar alıb
-
Putinlə Uitkoffun görüşü başa çatdı - Danışıqlar 3 saata yaxın davam edib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident ABŞ-a yola düşür - Dövlət agentliyi səfərin detallarını açıqladı
-
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
-
Bakıda qotur küçə itləri çoxalır - Hər il 425 min manat hara xərclənir?
-
Onlayn mərc və qumar oyunları təşkil edən şəbəkənin üzvləri həbs edilib - VİDEO
-
Konstitusion quruluşa qarşı cinayət törətməyə cəhd etdi - 10 illik həbs olundu
-
“Sənin gözünün qabağında onun başını kəsəcəyəm” - Şahid bacısının qətlindən danışdı
-
Uşaqların çimərliklərdə infeksion xəstəliklərə yoluxması məsələsinə RƏSMİ CAVAB
-
Bakıda bu mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
ADNSU 53 minə “Arash Medical Company“dən nə alacaq? - TAM SİYAHI
-
“Qarabağ“ Çempionlar Liqasının qruplarına qalsa, nə qədər gəlir əldə edəcək? - Rekord məbləğ məlum oldu
-
Binəqədi rayonunda qanunsuz yaşayış binası inşa edilir? - FOTO/VİDEO
-
Polis əməliyyat keçirdi: Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
-
Xocalıya qonaq getmişdi - Yanğın törətdi
-
BP bu il 6 min 200 nəfəri işdən azad edəcək - “Financial Times”
-
Sabah dəhşətli isti olacaq - 41 dərəcə tempratur
-
Azərbaycan və Pakistan HDQ komandanları görüşdü - VİDEO
-
Bakıda imkanlı xanımlar Xəyyamın toruna düşüb: Lüks maşınlar, vəzifəli ata, baş həkim olan ana…
-
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşdü - 5 hərbçi xəsarət aldı
-
Aybəniz Haşımovanın, Rəqsanənin bloger qızları...- Bir paylaşıma 1500-dən 5000 manata qədər reklam + VİDEO
-
İlqar Mustafayev “əmlak kralı” imiş - Ağ Şəhərdən Şüvəlana qədər...
-
Populyarlaşan “nağd pul tələsi” - ATM-dən pulumuzu necə çəkə bilərlər?
-
Agentlik sertifikatlı, analizli tingdən müxtəlif adlarla pul tələb edir? - Sahibkar şikayətlənir
-
Təhsil nazirinin müavini vəzifəsindən azad edilib - Naxçıvanda
-
Dövlət qurumlarının qaynar xətlərini niyə “don vurub”? - VİDEO
-
Son günlər insanlar arasında çoxalan başağrısı nədir? - VİDEO
-
Federasiya prezidenti qəfil vəfat etdi - Məmmədovun ölümünə səbəb nə olub?
-
Gömrükçülər rüşvət alıb qaçaqmalçılığa göz yumublar? - Məhkəmə başlayır
-
Avtomobilin nömrə nişanını gizlədən sürücülərə - XƏBƏRDARLIQ
-
Şıxlinski təkadamlıq kameraya salınıb - Kreml çirkin təzyiq metodlarından əl çəkmir
-
Yas məclislərinin sadə formada keçirilməsi təşəbbüsü bəzi rayonlarda müsbət qarşılanır - VİDEO
-
Qəbələdə dağda köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - Video
-
Rusiya 10 yeni diviziya formalaşdırır - Aleksandr Sirskiy
-
Xətaidə pilləkənlər sakinlərə problemlər yaradır - VİDEO
-
Onlarla “TIR” sürücüsü çarəsiz vəziyyətdə - Yüklərin sahibi ortalıqda yoxdur
-
“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir“ - NASA
-
Bülbülə sakinləri aylardır suzuzluqdan əziyyət çəkir - VİDEO
-
Şagirdlərin elektron yerdəyişməsində üstünlük hüququ tətbiq ediləcək? - VİDEO
-
Çempionlar Liqası: “Qarabağ“ səfərdən qələbə ilə dönür
-
“NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar“ - Rutte
-
Türkiyə bu ölkədə kosmik baza qurur - 350 milyon dollarlıq layihə
-
Rusiya havada atəşkəs elan edə bilər - “Bloomberg”
-
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA
-
Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI
-
Vətəndaşalara pensiya “düzəldən“ “vəzifəli şəxs“ə HÖKM OXUNDU
-
Tender pulları şəxsi ehtiyaclara xərclənib - 16 şirkət üzrə cinayət işi
-
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ - VİDEO
-
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar
-
DİN və FHN əhaliyə birgə çağırış etdi - VİDEO
-
Atasını öldürənin oğlunu avtobusda bıçaqladı - Çinarlıdakı qan davası
-
Bu qanunu pozan QHT-ləri cərimə gözləyir - Məbləğlər
-
Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama
-
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
-
“Əgər neft daha 10 dollar ucuzlaşsa, onun seçimi qalmayacaq...” - TRAMP
-
Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi - Ağır ittihamlar
-
Zərərçəkənlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Əsədov Berdiməhəmmədov və Mirziyoyevlə üçtərəfli görüşdə - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
-
Yoldan bank kartı tapdı: “28 Mall“da xərclədiyi üçün cəzalandırıldı
-
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - VİDEO
-
Kredit kartı olanların diqqətinə: Yeni tələb var
-
Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu
-
Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR
-
“Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir“ - Özbəkistan Prezidenti
-
Regionda ən bahalı mobil internet Azərbaycandadır - SİYAHI
-
Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
-
Türkmənistanda üçgünlük “Azərbaycan Milli Günləri“ keçirilir - FOTOLAR
-
Keçmiş nazirin şirkətinə 6,9 milyonluq sifariş - 360 min borcu var...
-
“Ai-95”in satışı dayandırılıb? - SOCAR-dan açıqlama
-
Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI
-
Fövqəladə vəziyyət zamanı özünü düzgün aparmamaqda ittiham olundu - Həbs edildi
-
Azərbaycanda maraqlı olay: övladlarına aliment verməyən ana cəzalandırılıb
-
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO
-
Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açılıb
-
Qurban Qurbanov Muaremlə zarafatlaşdı - “Bu nədi, ə?!” + VİDEO
-
Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - RƏSMİ
-
STP-nin Müşahidə Şurasında dəyişiklik - Mir Camal Paşayev sədr vəzifəsinə gətirildi
-
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü - FOTO
-
Bakıda mənzillər bahalaşa bilər - Bu tarixdən
-
“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab
-
ABŞ və İtaliya qırıcıları Qara dənizdə - Döyüş təlimləri keçirilib
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
TOP 10
ARXİV