“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR

Tarix 05.08.25, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə Komissiyası”nın ilk iclasını keçirib.TBMM sədri Numan Kurtulmuşun rəhbərliyi ilə baş tutan toplantı saat 11:00-da başlayıb.

İclasın açılış nitqində çıxış edən N.Kurtulmuş bu prosesin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu komissiya sıradan bir komitə deyil, yeni bir dövrün başlanğıcıdır. Bu, tək bir qurumun və ya şəxsin deyil, bütün millətin qayğısıdır", – deyə o bildirib.

N.Kurtulmuş terrorla mübarizənin yalnız ölkə daxilində deyil, bütün bölgədə sabitliyə xidmət etdiyini deyib: "Terror təkcə canımızı deyil, ümidlərimizi də oğurlayıb. Biz bu yolda şəffaf şəkildə irəliləyəcəyik. Terrorsuz Türkiyə həm də terrordan azad bölgə deməkdir. Bu prosesdə heç bir sövdələşmə yoxdur".


Qeyd edək ki, komissiya 51 nəfərlik tərkiblə planlaşdırılsa da, İYİ Partiya üzv təqdim etmədiyi üçün hazırda 48 deputatdan ibarətdir. Komissiyada yer alan partiya və üzvlər:

AK Partiya:
Abdulhamit Gül, Mustafa Şen, Hüseyin Yayman, Selami Altınok, Ayşe Böhürler və digərləri.

CHP:
Murat Emir, Sezgin Tanrıkulu, Türkan Elçi, Gökçe Gökçen və b.

DEM Partiyası:
Gülistan Kılıç Koçyiğit, Meral Danış Beştaş, Saruhan Oluç və Cengiz Çiçək.

MHP:
Feti Yıldız, Levent Bülbül, Halil Öztürk və Yücel Bulut.

Yeni Yol Partiyası:
Bülent Kaya, Emin Ekmen, Mustafa Bilici.

Digər partiyalardan:

HÜDA-PAR: Zekeriya Yapıcıoğlu

TİP: Ahmet Şık

Yeni Rifah Partiyası: Fatih Erbakan, Doğan Bekin

EMEP: İskender Bayhan

Demokrat Partiyası: Haydar Altıntaş

DSP: Önder Aksakal  (musavat.com)



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap