“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab

Tarix 05.08.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın Dehlinin Rusiya neftini almağı dayandırmasını tələb etməsi fonunda Hindistan ABŞ və Avropa İttifaqını Rusiya ilə ticarətə görə tənqid edib.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Hindistan Rusiyanın enerji resurslarını almağa başlayıb, çünki ənənəvi təchizatçılar genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan sonra öz neftini Avropaya yönləndiriblər.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, həmin dövrdə ABŞ qlobal bazarların sabitliyini gücləndirmək üçün Hindistanı Rusiyadan neft almağa fəal şəkildə təşviq edib.
XİN onu da qeyd edib ki, ABŞ və Avropa İttifaqı arasında Rusiya ilə ticarət dövriyyəsi Rusiya-Hindistan ticarətinin həcmini xeyli üstələyir:
“Maraqlıdır ki, Hindistanı tənqid edən ölkələrin özləri də Rusiya ilə ticarəti davam etdirirlər. Bizim vəziyyətimizdən fərqli olaraq, onların ticarəti həyati vacib milli ehtiyaclarla diktə olunmur”.
Xatırladaq ki, Donald Tramp, Moskva avqustun 8-dək atəşi dayandırmasa, Rusiyadan enerji alan ölkələrdən ABŞ-nin idxalına üç rəqəmli tariflər tətbiq edəcəyi ilə hədələyir. Tramp son günlərdə bir neçə dəfə Hindistanın adını çəkib. O, avqustun 4-də sosial şəbəkəsində bu ölkəyə əhəmiyyətli tariflər tətbiq edəcəyini yazıb. Hindistan hökuməti avqustun 2-də Trampın təhdidlərinə baxmayaraq Rusiyadan neft almağa davam edəcəyini açıqlayıb.



Xəbərin oxunma sayı : 298




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap