![]() |
|














Kredit kartı olanların diqqətinə: Yeni tələb var
Tarix 05.08.25, 15:50 |
|

Mərkəzi Bankın limit qərarında məqsəd nədir?
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. Tənzimləyicinin qəbul etdiyi yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb. Həmçinin overdraft limitləri kredit xətləri anlayışına daxil edilib. İstehlak kredit kartlarının balansdan kənar hissəsi üzrə kreditə konvertasiya əmsalı 40 faiz müəyyən olunub.
Mərkəzi Bankın əsaslandırmasına görə, dəyişikliklərin məqsədi əhalinin həddindən artıq borclanmasının qarşısını almaq və bank sektorunun dayanıqlılığını qorumaqdır. AMB-nin təhlillərinə görə, son dövrlərdə kredit kartlarının həcmi sürətlə artıb və bu, borc yükünün də yüksəlməsi ilə müşayiət olunub.
Yeni qaydalara əsasən, nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitin hesablanmasından istisna edilir. Həmçinin bu limitdən artıq olan istehlak kredit xətlərinin ümumi məbləği bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən çox olmamalıdır.
Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Mərkəzi Bankın bu qərarının həm sosial, həm də iqtisadi səbəbləri var: “Əsas məqsəd istehlak kreditlərinin artımının qarşısını almaqdır. Bundan əlavə, bir neçə altməqsəd də var. Bunlardan biri sosial xarakterlidir. Mərkəzi Bank görür ki, əhali sürətlə borclanır, insanlar bir çox hallarda gəlirinin qaytarmağa yetməyəcək qədər kredit götürür, sonra da qaytara bilmirlər. Bu da son nəticədə sosial problemlərə səbəb olur. Buna görə də Mərkəzi Bank açıq şəkildə bəyan etdi ki, tutalım, xalis aylıq gəliri min manat olan adam bütün banklardan birlikdə 5 min manatlıq kredit kartı götürə bilər. Bundan artığı verilməyəcək”.
Ekspert bildirir ki, Azərbaycan bankları istehlak kreditlərini daha həvəslə verirlər: “Banklar üçün krediti biznesdənsə, vətəndaşdan almaq daha rahatdır. Əvvəla, istehlak kreditinin faizi yüksək, müddəti azdır - bank daha qısa müddətdə daha yüksək faiz gəliri əldə edir. İkincisi, qayatrılmasında problem yarandıqda, sadə vətəndaşın üstünə getmək, məhkəmədə özünə sərf edən qərar almaq daha asandır, kollektorlar adi vətəndaşı daha tez borcunu ödəməyə məcbur edə bilir. Biznesə münasibətdə bunları etmək mümkün olmur, yaxud çətin olur. Mərkəzi Bankın kredit kartlarına limit məhdudiyyəti qoymasının bir məqsədi də məhz bankları biznes kreditlərinə yönəltməkdir. İqtisadiyyatın inkişafı üçün belə kreditlərə ehtiyac var, banklar likvid vəsaitlərini bura yönəltməlidilər”.
Rəsmi məlumata görə, bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 3,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 faiz, son 1 ildə isə 16,75 faiz artıb. İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət mayın sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il iyunun sonuna isə 1,7 faiz olub.
Bir sıra mütəxəssislər problemli kreditlərin artmasında əsas rolun istehlak kreditlərinə məxsus olduğunu bildirirlər. 2015-2016-cı illərin devalvasiyalarından sonra yaranan problemli kredit böhranından sonra Mərkəzi Bank istehlak kreditlərinin sərtləşdirilməsi üçün banklarla iş apardı. Bir neçə ildən sonra belə kreditlərin ümumi kredit portfelindəki payını azaltmaq mümkün oldu. Lakin son illərdə Azərbaycanda yenidən istehlak kreditlərinin davamlı artımı diqqəti cəlb edir. Rəsmi statistikaya nəzər salsaq görərik ki, 2020-ci illə müqayisədə belə kreditlərin ümumi məbləği 3 dəfəyə yaxın artıb.
Göstəricilərin illik müqayisəsi göstərir ki, son bir ildə bankların kredit portfelindəki artımın hərəkətverici qüvvəsi istehlak kreditləri olub. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən 2025-ci ilin iyun ayında may ayı ilə müqayisədə bankların kredit portfeli 0.3 faiz və ya 85,6 milyon manat artaraq 28 milyard 472,1 milyon manata çatıb. 30 iyun 2025-ci il tarixində bankların kredit portfelinin strukturu belə olub: biznes kreditləri 53,2 faiz və ya 15 milyard 143,7 milyon manat (2024-cü ilin eyni dövründə 54,6 faiz və ya 13 milyard 874,8 milyon manat); istehlak kreditləri - 31,3 faiz və ya 8 milyard 898,3 milyon manat (30 faiz və ya 7 milyard 633,8 milyon manat); ipoteka kreditləri - 15,5 faiz və ya 4 milyard 430,2 milyon mana (15,4 faiz və ya 3 milyard 920,8 milyon manat).
Son 12 ay ərzində bankların kredit portfelinda biznes kreditlərinin xüsusi çəksi 54,6 faizdən 53,2 faizə düşüb, istehlak kreditlərinin xüsusi çəkisi 30 faizdən 31.3 faizə yüksəlib.

Samir Əliyev
İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, AMB kredit kartlarına limiti borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə edildiyini açıqlayıb: “Bankın gözləntisinə görə, edilmiş dəyişiklik əhalinin izafi borclanmasının qarşısını alacaq. Mərkəzi Bank hesab edir ki, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilir. Əlbəttə, baş tənzimləyicinin borclanma məsələsinə həssas yanaşması və lazım olduqda kredit təşkilatlarını və əhalini məsuliyyətsiz borclanmadan çəkindirəcək qərarlar verməkdə haqlıdır. Ancaq qurumun özünün dərc etdiyi statistika fərqli mənzərəni göstərir. Məsələn, ödəniş kartları ilə verilmiş kreditlərin ümumi həcmində ilin ilk yarısında 3,2 faiz artım olsa da, son ay azalma qeydə alınıb. May-iyun aylarında belə kredit kredit qoyuluşunun həcmi 1,42 milyard manatdan 1,39 milyard manata düşüb. Azalma digər göstəricilərdə də qeydə alınıb. Kredit kartlarının sayı cari ilin yanvar-iyun aylarında 2256 mindən 2118 minə düşüb. Ümumi ödəniş kartlarında isə belə kartların payı 11,3 faizdən 10,3 faizə düşüb. Bu müddətdə kredit kartları üzrə əməliyyatların sayı 14 milyondan 13,8 milyona, əməliyyatların ümumi həcmi isə 893 milyon manatdan 800 milyon manata düşüb. Yəni ümumi mənzərə kredit kartlarına əvvəlki marağın olmamasını göstərir”.
Ekspertə görə, Mərkəzi Bankın “istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilir” fikri də nisbidir: “Çünki bu ilin ilk yarısında ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi 4,8 faiz artdığı halda kartlarla verilmiş kreditlərin artımı 3,2 faiz olub. Ümumi istehlak kreditlərində ödəniş kartları ilə verilmiş kreditlərin payı 8,1 faiz təşkil edir. Hərçənd bu göstərici 2024-cü ildə 8,2 faiz olub və 2022-ci ildən sonra ən aşağı göstəricidir.
Hər bir halda bəzi ziqzaqlara rəğmən ümumi tendensiya azalma üzrə gedir. Belə vəziyyətdə şərtləri sərtləşdirmək nə dərəcədə vacibdir? Yaxşı olardı ki, əsas diqqət istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınmasına yönəldilsin. Müştərinin icazəsi olmadan əmək haqqı kartından avtomatik olaraq kredit kartı üzrə borcun silinməsi, eyni zamanda kredit kartı üzrə gecikmə başlanan növbəti gündən başlayaraq hər gün müştəriyə zəng vuraraq onlara psixoloji təzyiq edilməsi praktikasına son qoyulsun".
Qeyd edək ki, Mərkəzi Bankın bu addımının bir məqsədi də ölkədə inflyasiyanın qarşısının alınması ola bilər. Belə ki, ölkə əhalisinin gəlirləri istirahət, gəzinti, həmçinin bir çox hallarda məişət xarakterli alışların həyata keçirilməsinə imkan vermir. Son illərdə kredit kartları ilə iri məişət texnikasının alınması, həmçinin xarici ölkələrə turist səfərlərinin, hətta müalicə xərclərinin ödənməsi praktikası sürətlə genişlənir. Bu isə əvvəla, idxalı stimullaşdırmaqla(alınan elektronik əşyaların hamısı xaricdən idxal olunur) valyutanın xaricə axınına, eyni zamanda idxal inflyasiyasının təsirinin artmasına səbəb olur. Belə ki, AMB-nin hesablamalarına əsasən ölkədə inflyasiyaya əsas artırıcı təsir - 60 faiz olmaqla idxaldan qaynaqlanır. Tənzimləyici qeyd edir ki, qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır: “Bu şəraitdə inflyasiyanın başlıca xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır”.
AMB-yə görə, İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər: “Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır”.
Taleh Kazımov ilk dəfə bank rəhbərlərini toplayır

Taleh Kazımov
MB İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, istehlak kreditlərinin həcminin 10 faiz artımı ölkədə inflyasiyanı 0,34 faiz artırır: “Bizim proqnozlarımıza görə bu ilin sonuna Azərbaycanda istehlak kredit portfelinin artımı 13 faiz ətrafında olacaq. Bu isə inflyasiyaya, ev təsərüfatlarının istehlakı vasitəsi ilə 0.43 faiz bəndi artırıcı təsir göstərəcək. 2026-cı ildə isə istehlak kredit portfelinin artımı 16 faiz artıma ətrafında olacaq, bu da inflyasiyaya 0.56 faiz bəndi artırıcı təsir edəcək”.
Xəbərin oxunma sayı : 379
Sosial
Xəbərlər
-
Xətaidə pilləkənlər sakinlərə problemlər yaradır - VİDEO
-
Türkiyə bu ölkədə kosmik baza qurur - 350 milyon dollarlıq layihə
-
Rusiya havada atəşkəs elan edə bilər - “Bloomberg”
-
Şagirdlərin elektron yerdəyişməsində üstünlük hüququ tətbiq ediləcək? - VİDEO
-
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA
-
Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI
-
Vətəndaşalara pensiya “düzəldən“ “vəzifəli şəxs“ə HÖKM OXUNDU
-
Tender pulları şəxsi ehtiyaclara xərclənib - 16 şirkət üzrə cinayət işi
-
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ - VİDEO
-
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar
-
DİN və FHN əhaliyə birgə çağırış etdi - VİDEO
-
Atasını öldürənin oğlunu avtobusda bıçaqladı - Çinarlıdakı qan davası
-
Bu qanunu pozan QHT-ləri cərimə gözləyir - Məbləğlər
-
Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama
-
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
-
“Əgər neft daha 10 dollar ucuzlaşsa, onun seçimi qalmayacaq...” - TRAMP
-
Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi - Ağır ittihamlar
-
Zərərçəkənlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Əsədov Berdiməhəmmədov və Mirziyoyevlə üçtərəfli görüşdə - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
-
Yoldan bank kartı tapdı: “28 Mall“da xərclədiyi üçün cəzalandırıldı
-
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - VİDEO
-
Kredit kartı olanların diqqətinə: Yeni tələb var
-
Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu
-
Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR
-
“Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir“ - Özbəkistan Prezidenti
-
Regionda ən bahalı mobil internet Azərbaycandadır - SİYAHI
-
Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
-
Türkmənistanda üçgünlük “Azərbaycan Milli Günləri“ keçirilir - FOTOLAR
-
Keçmiş nazirin şirkətinə 6,9 milyonluq sifariş - 360 min borcu var...
-
“Ai-95”in satışı dayandırılıb? - SOCAR-dan açıqlama
-
Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI
-
Fövqəladə vəziyyət zamanı özünü düzgün aparmamaqda ittiham olundu - Həbs edildi
-
Azərbaycanda maraqlı olay: övladlarına aliment verməyən ana cəzalandırılıb
-
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO
-
Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açılıb
-
Qurban Qurbanov Muaremlə zarafatlaşdı - “Bu nədi, ə?!” + VİDEO
-
Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - RƏSMİ
-
STP-nin Müşahidə Şurasında dəyişiklik - Mir Camal Paşayev sədr vəzifəsinə gətirildi
-
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü - FOTO
-
Bakıda mənzillər bahalaşa bilər - Bu tarixdən
-
“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab
-
ABŞ və İtaliya qırıcıları Qara dənizdə - Döyüş təlimləri keçirilib
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
-
“28 Mall“da qadının çantası oğurlandı: İki aylıq həbs edildi
-
“Mənim həyətimdən boru keçirmək istəyirlər” - Naxçıvanda özbaşınalıq
-
Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
-
İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar
-
Elçin Əfəndiyev atasının yanında dəfn olundu - Fotolar
-
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI
-
İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
-
Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
-
“Putin Zelenski ilə görüşməyə hazırdır“ - Kreml
-
Mariyadasan Somsundaram hava limanında tutuldu - Saxta pasportla Bakıya necə gəlmişdi?
-
“Bakı Metropoliteni“ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
-
İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi
-
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
-
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - Siyahı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əliyev və Paşinyan Ağ Evdə! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
-
Deputatlığa keçmiş namizəd tutuldu - Narkotik ittihamı ilə
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - MƏBLƏĞ
-
“Uğur Ocağı“ restoranından şikayət - Səsdən evdə oturmaq mümkün deyil
-
Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Azərbaycan güclü zəlzələ mümkündürmü? - AÇIQLAMA
-
İbtidai təhsilin beş il olması təklif edilir - Məktəb modeli dəyişəcək?
-
Mir Şahinin qəzəbli yazısı - “Kreml çaşıb“
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
ABŞ-ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
-
MİQ-də olan vakant yerlərlərlə bağlı növbəti şikayət - VİDEO
-
Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir? - VİDEO
-
Azərbaycanda 100-lərlə hektar ərazi bu səbəbdən becərilmir - VİDEO
-
Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? -Başdansovdu işlər, silinən pullar...
-
Tərtərdə silahlı insident: Atəş açan şəxs həbs edildi
-
“Sea Breeze”də açılacaq kazinolarda yaş məhdudiyyəti - VİDEO
-
Bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA
-
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
-
Masazırda ana qızına işgəncə verib? - DİN-dən AÇIQLAMA
-
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? - Siyahı
-
Xırdalanın mərkəzi parkında olan yüzlərlə şam ağacını kəsiblər? - VİDEO
-
Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar
-
Su borcu olanların nəzərinə: Hissə-hissə ödəmək mümkün olacaq
-
Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir - Məktəblərin siyahısı və qiymətlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
TOP 10
ARXİV