“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI

Tarix 05.08.25, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Respublikasında Yüksək Hərbi Şuranın (YHŞ) 2025-ci il üçün müntəzəm iclası bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Prezidentlik Kompleksində baş tutan iclasa vitse-prezident Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek, daxili işlər naziri Ali Yerlikaya, təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi general-polkovnik Metin Gürak və digər yüksək rütbəli hərbi rəhbərlər qatılıblar.

İclasda bir sıra general və polkovniklərin bir üst rütbəyə yüksəldilməsi, xidmət müddətlərinin uzadılması və təqaüdə göndərilmələri ilə bağlı qərarlar qəbul olunub. Bütün qərarlar Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə rəsmiləşdirilib.

Qərarlar aşağıdakı kimidir:

32 general və admiral bir üst rütbəyə, 61 polkovnik isə general və admiral rütbəsinə yüksəldilib.

29 generalın xidmət müddəti 1 il, 478 polkovnikin xidmət müddəti isə 2 il uzadılıb.

2 general yaş həddi səbəbilə 1 sentyabr 2025-ci ildən, 43 general və admiral isə vəzifə çatışmazlığı səbəbilə 30 avqustdan etibarən təqaüdə göndərilib.

Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib, onun yerinə Quru Qoşunları Komandanı Səlçuk Bayraktaroğlu təyin olunub. Boşalan Quru Qoşunları Komandanlığına isə 1-ci Ordu Komandanı Metin Tokel gətirilib.

Dəniz Qüvvələri Komandanı Ərcüment Tatlıoğlu və Hava Qüvvələri Komandanı Ziya Cemal Kadıoğlunun xidmət müddətləri bir il uzadılıb.

Hazırda 316 olan general və admiral sayı 30 avqust 2025-dən etibarən 332-yə yüksələcək.

Yeni rütbə alan bəzi yüksək rütbəli zabitlər:
General-polkovnik rütbəsinə yüksələnlər:

Bəxtiyar Ersay (Quru Qoşunları)

Rafet Dalkıran (Hava Qüvvələri)

General-leytenant rütbəsinə yüksələnlər:
İlkay Altındağ, Səbaheddin Kılınç, Rasim Yaldız, Fedai Ünsal, Muammer Alper, Tuncay Altuğ, Ahmet Kurumahmut (Quru Qoşunları)

Ergin Dinç (Hava Qüvvələri)

Vitse-admiral rütbəsinə yüksələn:
Rafet Oktar (Dəniz Qüvvələri)

General-mayor və kontr-admiral rütbəsinə yüksələnlər:
Aydın Kılıç, Süleyman Akbay, Tolqa Genç, Gökhan Çelik və daha 10 nəfər (Quru Qoşunları)

Mehmet Savaş Eser, Aziz Bakıoğlu, Timur Yılmaz (Dəniz Qüvvələri)

Ertan Uzun, Vedat Önçel, Serkan Gökhan Can (Hava Qüvvələri)

Musavat.com



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap