![]() |
|














Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
Tarix 04.08.25, 11:19 |
|

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.
Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq: "Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır”.
Amnistiya hansı evlərə şamil olunacaq?
Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır. Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?
Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport (texpasport) sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.
"Bu, amnistiya deyil”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qəbul olunana qədər -yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq”.
"Qeyd olunan 500 min rəqəmi də real deyil”
Əmlak eksperti "100 min evə sənəd veriləcək” fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır”.
"Vətəndaşın gözləntisi başqadır”
Həmsöhbətimiz sonda vurğuladı ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır: "Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər”.
Hansı torpaqlara çıxarış verilməyəcək?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər. Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq: "Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək. Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir”.
Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir. Məsələn, üzərindən yüksək gərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir”.
"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək”
Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək: "Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır”.
Vətəndaşlar hara müraciət etməlidirlər?
Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 394
Sosial
Xəbərlər
-
“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir“ - NASA
-
Bülbülə sakinləri aylardır suzuzluqdan əziyyət çəkir - VİDEO
-
Xətaidə pilləkənlər sakinlərə problemlər yaradır - VİDEO
-
Türkiyə bu ölkədə kosmik baza qurur - 350 milyon dollarlıq layihə
-
Rusiya havada atəşkəs elan edə bilər - “Bloomberg”
-
Şagirdlərin elektron yerdəyişməsində üstünlük hüququ tətbiq ediləcək? - VİDEO
-
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA
-
Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI
-
Vətəndaşalara pensiya “düzəldən“ “vəzifəli şəxs“ə HÖKM OXUNDU
-
Tender pulları şəxsi ehtiyaclara xərclənib - 16 şirkət üzrə cinayət işi
-
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ - VİDEO
-
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar
-
DİN və FHN əhaliyə birgə çağırış etdi - VİDEO
-
Atasını öldürənin oğlunu avtobusda bıçaqladı - Çinarlıdakı qan davası
-
Bu qanunu pozan QHT-ləri cərimə gözləyir - Məbləğlər
-
Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama
-
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
-
“Əgər neft daha 10 dollar ucuzlaşsa, onun seçimi qalmayacaq...” - TRAMP
-
Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi - Ağır ittihamlar
-
Zərərçəkənlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Əsədov Berdiməhəmmədov və Mirziyoyevlə üçtərəfli görüşdə - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
-
Yoldan bank kartı tapdı: “28 Mall“da xərclədiyi üçün cəzalandırıldı
-
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - VİDEO
-
Kredit kartı olanların diqqətinə: Yeni tələb var
-
Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu
-
Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR
-
“Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir“ - Özbəkistan Prezidenti
-
Regionda ən bahalı mobil internet Azərbaycandadır - SİYAHI
-
Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
-
Türkmənistanda üçgünlük “Azərbaycan Milli Günləri“ keçirilir - FOTOLAR
-
Keçmiş nazirin şirkətinə 6,9 milyonluq sifariş - 360 min borcu var...
-
“Ai-95”in satışı dayandırılıb? - SOCAR-dan açıqlama
-
Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI
-
Fövqəladə vəziyyət zamanı özünü düzgün aparmamaqda ittiham olundu - Həbs edildi
-
Azərbaycanda maraqlı olay: övladlarına aliment verməyən ana cəzalandırılıb
-
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO
-
Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açılıb
-
Qurban Qurbanov Muaremlə zarafatlaşdı - “Bu nədi, ə?!” + VİDEO
-
Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - RƏSMİ
-
STP-nin Müşahidə Şurasında dəyişiklik - Mir Camal Paşayev sədr vəzifəsinə gətirildi
-
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü - FOTO
-
Bakıda mənzillər bahalaşa bilər - Bu tarixdən
-
“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab
-
ABŞ və İtaliya qırıcıları Qara dənizdə - Döyüş təlimləri keçirilib
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
-
“28 Mall“da qadının çantası oğurlandı: İki aylıq həbs edildi
-
“Mənim həyətimdən boru keçirmək istəyirlər” - Naxçıvanda özbaşınalıq
-
Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
-
İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar
-
Elçin Əfəndiyev atasının yanında dəfn olundu - Fotolar
-
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI
-
İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
-
Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
-
“Putin Zelenski ilə görüşməyə hazırdır“ - Kreml
-
Mariyadasan Somsundaram hava limanında tutuldu - Saxta pasportla Bakıya necə gəlmişdi?
-
“Bakı Metropoliteni“ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
-
İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi
-
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
-
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - Siyahı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əliyev və Paşinyan Ağ Evdə! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
-
Deputatlığa keçmiş namizəd tutuldu - Narkotik ittihamı ilə
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - MƏBLƏĞ
-
“Uğur Ocağı“ restoranından şikayət - Səsdən evdə oturmaq mümkün deyil
-
Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Azərbaycan güclü zəlzələ mümkündürmü? - AÇIQLAMA
-
İbtidai təhsilin beş il olması təklif edilir - Məktəb modeli dəyişəcək?
-
Mir Şahinin qəzəbli yazısı - “Kreml çaşıb“
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
ABŞ-ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
-
MİQ-də olan vakant yerlərlərlə bağlı növbəti şikayət - VİDEO
-
Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir? - VİDEO
-
Azərbaycanda 100-lərlə hektar ərazi bu səbəbdən becərilmir - VİDEO
-
Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? -Başdansovdu işlər, silinən pullar...
-
Tərtərdə silahlı insident: Atəş açan şəxs həbs edildi
-
“Sea Breeze”də açılacaq kazinolarda yaş məhdudiyyəti - VİDEO
-
Bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA
-
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
-
Masazırda ana qızına işgəncə verib? - DİN-dən AÇIQLAMA
-
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? - Siyahı
-
Xırdalanın mərkəzi parkında olan yüzlərlə şam ağacını kəsiblər? - VİDEO
-
Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar
-
Su borcu olanların nəzərinə: Hissə-hissə ödəmək mümkün olacaq
TOP 10
ARXİV