![]() |
|














Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
Tarix 04.08.25, 22:13 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 4-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
İfadə verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində mülki şəxs kimi zərər çəkdiyini bildirib. İ.Məmmədov 2020-ci il oktyabrın 4-də raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı övladının dağıntılar altında qalaraq xəsarətlər aldıqlarını söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur. “Sonradan öyrəndik ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketidir”, - deyə o bildirib.
Elçin Bağırov da ifadəsində həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç” raketinin düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında hadisə nəticəsində özünün, anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki, dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.
Elməddin Əlişanov ifadəsində vurğulayıb ki, işğaldan azad edilmiş Qubadlı rayonunda 2021-ci il fevralın 26-da mina partlaması nəticəsində xəsarətlər alıb, nəticədə bir gözünü itirib.
Samir Sultanov ifadəsində söyləyib ki, 1994-cü ildə Füzuli rayonunda yaralanıb və əsir götürülüb. Ermənistanın Gorus rayonunda saxlanılıb, 1995-ci il aprelin 29-da Azərbaycana qaytarılıb.
Balaqardaş Məlikməmmədov qeyd edib ki, 2021-ci il fevralın 4-də mina partlaması nəticəsində xəsarət alıb. Hadisə zamanı daha bir hərbçi yaralanıb, digər hərbçi isə şəhid olub.
Nəzərəli Kərimov 2016-cı il mart ayında Tərtər rayonunun Qapanlı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
Samir Piriyev bildirib ki, hərbi xidmət zamanı 2007-ci il mayın 5-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
Zərərçəkmiş digər şəxslər Murad Babayev, Qismət Fərzalıyev, Rəşad Hacıyev, Ramazan Balakişiyev, Sakit Həsənov, Alim Əfəndiyev, Xəzri İsmayılov Nurlan Mansurov, Səməd İsgəndərov, Xətai Mansurov, Turac Nəzərov, Azad Mərdəliyev, Nizami Talıbov, İslam Tatayev, Əli Mehdiyev, Əliabbas Ələmov, Aqşin Ağayev, Samir Səmədov, Emil Məhərrəmov və Kənan Əhədov ifadələrində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar. K.Əhədov müharibədən sonra mina partlaması nəticəsində də xəsarətlər alıb.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ədalət Sultanov 2006-cı il sentyabrın 1-də Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə xəsarəti aldığını söyləyib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Səlim Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı girov götürüldüyünü qeyd edib. O, Xankəndiyə aparılıb, girovluq zamanı işgəncələrə məruz qalıb, döyülüb. Beş gün sonra Azərbaycan tərəfinə qaytarılıb.
Zərərçəkmiş şəxs Məhəmməd Məmmədlinin hüquqi varisi - anası Mehriban Məmmədova ifadəsində övladının Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.
Zərərəçəkmiş Elmar İbrahimovun hüquqi varisi - anası Ümmü İbrahimova övladı Elmar İbrahimovun Vətən müharibəsində, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu vurğulayıb.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Adilə Əliyeva bildirib ki, 1992-ci ildə Xocalı soyqırımı zamanı qohumları və həmyerliləri ilə birlikdə girov götürülərək Xankəndiyə aparılıb. Soyqırımı zamanı doğmaları Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Daha sonra məhkəmədə fasilə elan olundu.
Fasilədən sonra prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayana yeni vəkil təyin olunub. Levon Balayan ona yeni vəkil təyin olunmasına etiraz etmədiyini bildirib.
Ardınca məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilmələri ilə davam etdirilib.
Zərərçəkmiş Gəray Həşimov ifadəsində 1992-ci ildə Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə qəlpə yaraları aldığını diqqətə çatdırıb.
Zülfüqar Hüseynov ifadəsində söyləyib ki, 1991-ci il sentyabrın 8-də Ağdam şəhərindən Xocavənd rayonunun Qaradağlı kəndinə gedərkən rayonun Kiş kəndində idarə etdiyi “LAZ” markalı avtobus atəşə tutulub. Hadisə nəticəsində avtobusda olan mülki şəxslərdən 8-i həlak olub, onlarla şəxs, o cümlədən Z.Hüseynov özü yaralanıb.
Faiq Məmmədov ifadəsində 1992-ci il sentyabrın 2-də yaralanması nəticəsində əsir götürüldüyünü deyib. Əsirlikdə döyülüb, işgəncələrə məruz qalıb. Əsirliyinin 6 ay yarım müddətini İrəvanda saxlanılıb, həmin vaxt məcburi şəkildə müxtəlif işlərə cəlb olunub. 2 il 2 ay 14 gündən sonra əsirlikdən qaçıb. Həmin vaxt Şuşanın Xəlfəli kəndində saxlanılırmış.
Bəhram Səmədov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü il aprelin 20-də Füzuli rayonunda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib. O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın suallarına cavabında hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində baş verdiyini, qarşı tərəfin məqsədinin postu almaq olduğunu, lakin buna nail ola bilmədiyini qeyd edib.
Elşad Səmədov ifadəsində B.Səmədovun dediklərini təsdiqləyib. O, hadisə zamanı güllə yarası aldığını bildirib.
Tural Bəhrəmli ifadəsində 2020-ci il noyabrın 23-də Ağdam rayonunun işğaldan azad olunmuş hissəsində mina partlaması nəticəsində xəsarətlər aldığını diqqətə çatdırıb.
İlqar Səfərov ifadəsində hərbi xidmətdə olarkən 1995-ci il avqustun 17-də hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. O və digər əsirlər döyülüb. Sonradan pul müqabilində Azərbaycan tərəfə qaytarılıb.
Zaur Mahmudov 2023-cü il dekabrın 26-da Ağdamda mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
Rüfət Balaməmmədov 1992-ci il martın 19-da Qazax rayonunun Aşağı Əskipara kəndində Ermənistandan açılan artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib.
Zərərçəkmiş şəxs Anar Vəliyevin hüquqi varisi – atası Həmzə Vəliyev övladının Vətən müharibəsi zamanı Suqovuşanda şəhid olduğunu deyib.
Müşfik Əliyev ifadəsində bildirib ki, 1993-cü il avqustun 23-də Füzulidən Beyləqana qayıdarkən nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə nəqliyyat vasitəsinin sərnişinlərindən 5-i həlak olub. Hadisə zaman o, əsir götürülüb. 2 il 9 ay 17 gün müddətində Xocavənddə, Xankəndidə, Şuşa həbsxanasında və digər ərazilərdə saxlanılıb. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb.
Zərərçəkmiş şəxs Allahverdi Babayevin hüquqi varisi - atası Ələt Babayev övladının 2020-ci ildə Vətən müharibəsinin ilk günündə Suqovuşan istiqamətində şəhid olduğunu diqqətə çatdırıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Rəşad Həziyev 2021-ci il sentyabrın 30-da Ağdamın Şelli kəndində mina partlaması nəticəsində xəsarətlər aldığını bildirib.
Sahib Abdullayev ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı yaralandığını deyib.
Afiq Qasımov ifadəsində 1993-cü il yanvarın 4-də əsir götürüldüyünü, aprelin 26-da Azərbaycan tərəfinə qaytarıldığını söyləyib. Bildirib ki, əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb.
Elməddin Alışanov ifadəsində 1994-cü il aprelin 18-də yaralı vəziyyətdə əsir götürüldüyünü qeyd edib. Əsirlik müddətində Ağdamda, Xankəndidə, habelə digər ərazilərdə saxlanılıb, Samvel Babayan üçün evin tikilməsi işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən dişləri çıxarılıb.
Turan Məmmədovun hüquqi varisi Nağı Məmmədov qardaşının Vətən müharibəsində, 2020-ci il oktyabrın 7-də Suqovuşanda şəhid olduğunu vurğulayıb.
Yaşar Abdullayev 1994-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə əsir götürüldüyünü qeyd edib. Əsirlik zamanı Ağdərədə, Xankəndidə, Şuşa həbsxanasında və digər ərazilərdə saxlanılıb. Əsirlikdə mütəmadi olaraq döyülüb, işgəncələrə məruz qalıb.1996-ci il mayın 8-də Azərbaycan tərəfə təhvil verilib.
Kamil Babayev ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, 1 il 10 ay saxlanıldığını, əsirlik zamanı işgəncələrə məruz qaldığını bildirib.
Asif Bayramov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, bir həftədən sonra Azərbaycan tərəfə geri qaytarıldığını diqqətə çatdırıb.
Eyvaz Həbiyev ifadəsində 1993-cü ildə Murov istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, 2 il 8 ay müddətində işgəncələrə məruz qaldığını söyləyib.
Murad Əmirbəyov Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 22-də yaşadığı Qəbələ rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində yaralandığını deyib.
Rasif Kərimzadə ifadəsində bildirib ki, 2022-ci il oktyabrın 2-də Xocavənd rayonunun Böyük Tağlar kəndində şirkət əməkdaşı qismində yenidənqurma işləri ilə məşğul olarkən mina partlaması nəticəsində xəsarətlər alıb.
Zərərçəkmiş digər şəxslər - Rafael Xəlilov, Fuad Musayev, Salman Həsənov, Pünhan Əliyev, Niyad Əliyev, Emin Camalov, Məsim Əskərov, İbadət Yaqublu və Hüseyin Həmidov ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralandıqlarını vurğulayıblar.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 7-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

































Xəbərin oxunma sayı : 466
Hadisə
Xəbərlər
-
“NATO-nun müttəfiqləri Ukraynanı silahlandırmaq üçün bir milyard dollar ayırıblar“ - Rutte
-
“ABŞ Ayın ən yaxşı hissəsini tutmaq üçün reaktoru ilk çatdırmaq istəyir“ - NASA
-
Bülbülə sakinləri aylardır suzuzluqdan əziyyət çəkir - VİDEO
-
Xətaidə pilləkənlər sakinlərə problemlər yaradır - VİDEO
-
Türkiyə bu ölkədə kosmik baza qurur - 350 milyon dollarlıq layihə
-
Rusiya havada atəşkəs elan edə bilər - “Bloomberg”
-
Şagirdlərin elektron yerdəyişməsində üstünlük hüququ tətbiq ediləcək? - VİDEO
-
Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA
-
Ərdoğan onlara yüksək rütbələr verdi - ADLAR AÇIQLANDI
-
Vətəndaşalara pensiya “düzəldən“ “vəzifəli şəxs“ə HÖKM OXUNDU
-
Tender pulları şəxsi ehtiyaclara xərclənib - 16 şirkət üzrə cinayət işi
-
Azərbaycanlı müğənni küçədə hər kəsin göz önündə paltarını DƏYİŞDİ - VİDEO
-
Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü - Fotolar
-
DİN və FHN əhaliyə birgə çağırış etdi - VİDEO
-
Atasını öldürənin oğlunu avtobusda bıçaqladı - Çinarlıdakı qan davası
-
Bu qanunu pozan QHT-ləri cərimə gözləyir - Məbləğlər
-
Ötən ay ən çox yağıntı hara düşüb? - Açıqlama
-
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
-
“Əgər neft daha 10 dollar ucuzlaşsa, onun seçimi qalmayacaq...” - TRAMP
-
Rüşvətlə plastik cərrahiyyəyə icazə verənlərin işi çətinləşdi - Ağır ittihamlar
-
Zərərçəkənlərin ifadələri dinlənildi - Vardanyanın məhkəməsi + Fotolar
-
Əsədov Berdiməhəmmədov və Mirziyoyevlə üçtərəfli görüşdə - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM
-
Yoldan bank kartı tapdı: “28 Mall“da xərclədiyi üçün cəzalandırıldı
-
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
-
“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - VİDEO
-
Kredit kartı olanların diqqətinə: Yeni tələb var
-
Beynəlxalq axtarışda idi - Azərbaycanda tutuldu
-
Türkiyədə tarixi toplantı baş tutdu - Yeni dövr BAŞLAYIR
-
“Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir“ - Özbəkistan Prezidenti
-
Regionda ən bahalı mobil internet Azərbaycandadır - SİYAHI
-
Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
-
Türkmənistanda üçgünlük “Azərbaycan Milli Günləri“ keçirilir - FOTOLAR
-
Keçmiş nazirin şirkətinə 6,9 milyonluq sifariş - 360 min borcu var...
-
“Ai-95”in satışı dayandırılıb? - SOCAR-dan açıqlama
-
Baş mühasibsiz işləyən icra hakimiyyətləri - SİYAHI
-
Fövqəladə vəziyyət zamanı özünü düzgün aparmamaqda ittiham olundu - Həbs edildi
-
Azərbaycanda maraqlı olay: övladlarına aliment verməyən ana cəzalandırılıb
-
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - VİDEO
-
Tanınmış şirkətdə 2 milyonluq yeyinti - 3 qadına cinayət işi açılıb
-
Qurban Qurbanov Muaremlə zarafatlaşdı - “Bu nədi, ə?!” + VİDEO
-
Bakıda kişi öldürüldü - 39 yaşlı arvadı tutuldu
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - RƏSMİ
-
STP-nin Müşahidə Şurasında dəyişiklik - Mir Camal Paşayev sədr vəzifəsinə gətirildi
-
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü - FOTO
-
Bakıda mənzillər bahalaşa bilər - Bu tarixdən
-
“Özləri Rusiya ilə ticarəti davam etdirir” - Hindistandan Trampa cavab
-
ABŞ və İtaliya qırıcıları Qara dənizdə - Döyüş təlimləri keçirilib
-
Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
-
16 yaşlı itkin qızın ailəsindən tükürpərdici açıqlama: “Dedi ki, daha sənin kimi anam yoxdur“
-
“Sehirli Naftalan“ - Kurort mərkəzi, yoxsa ruhlar sanatoriyası?..
-
Azərbaycanda yeni qanun - Heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək
-
Mülki silahı necə əldə etmək olar? - Polisdən AÇIQLAMA
-
“3-4 gün meyitlə bir evdə qalıblar” - VİDEO
-
Bakı-Tiflis-Bakı aviabileti bahalaşıb? - VİDEO
-
Azərbaycan günəş enerji istehsalını artıra bildi - VİDEO
-
Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır - Amerikalı senator
-
İsmayıllıda yüzlərlə ailə içməli suya həsrətdir - VİDEO
-
Ermənilər tərəfindən başlarına gətirilənləri danışdılar - Arayik və dəstəsinin məhkəməsi
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır - Sabahdan
-
Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək - Çexiya Prezidenti
-
Baş nazir Türkmənistanda səfərdədir - FOTO
-
Azərbaycana istirahətə gələn ərəblər VİLLAnın altını-üstünə ÇEVİRDİ - VİDEO
-
Şahin Şıxlinski barəsində qiyabi həbs - Məhkəmədən qərar
-
Tramp Hindistan hədələdi: Rüsumları əhəmiyyətli dərəcədə artıracağam
-
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb - 4 yaralı var
-
“Azərbaycan Ordusunun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb” - MN
-
Dövlət Xidməti tender keçirmədən 7 satınalma müqaviləsi imzaladı - 5,8 milyonluq
-
Londonda “Əsrin oğurluğu”: Hava limanından bir maşın telefon qaçırıldı
-
“Bəqainin bu iddiaları əsassızdır” - XİN sözçüsü
-
Trampın siyasəti dolları risk altında qoyur - “Bloomberg“
-
“Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq“ - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
-
Prokurorluq işçisinin qulluqda olmasının yaş həddi artırıldı - Prezident təsdiqlədi
-
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
-
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib - Detallar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır
-
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
-
Vəhdət Partiyası Azərbaycan Dili Günü ilə bağlı konfrans keçirdi - Fotolar
-
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
-
“28 Mall“da qadının çantası oğurlandı: İki aylıq həbs edildi
-
“Mənim həyətimdən boru keçirmək istəyirlər” - Naxçıvanda özbaşınalıq
-
Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
-
İmişlidə 30-dən çox karxana bağlandı - Fotolar
-
Elçin Əfəndiyev atasının yanında dəfn olundu - Fotolar
-
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI
-
İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
-
Neft Fondundan 317 minlik qəribə tender: Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
-
“Putin Zelenski ilə görüşməyə hazırdır“ - Kreml
-
Mariyadasan Somsundaram hava limanında tutuldu - Saxta pasportla Bakıya necə gəlmişdi?
-
“Bakı Metropoliteni“ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
-
İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi
-
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
-
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - Siyahı
-
Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Əliyev və Paşinyan Ağ Evdə! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
-
Deputatlığa keçmiş namizəd tutuldu - Narkotik ittihamı ilə
-
Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? - MƏBLƏĞ
-
“Uğur Ocağı“ restoranından şikayət - Səsdən evdə oturmaq mümkün deyil
-
Sənədsiz evlər problemi qismən həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Azərbaycan güclü zəlzələ mümkündürmü? - AÇIQLAMA
-
İbtidai təhsilin beş il olması təklif edilir - Məktəb modeli dəyişəcək?
-
Mir Şahinin qəzəbli yazısı - “Kreml çaşıb“
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
ABŞ-ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
-
MİQ-də olan vakant yerlərlərlə bağlı növbəti şikayət - VİDEO
-
Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir? - VİDEO
-
Azərbaycanda 100-lərlə hektar ərazi bu səbəbdən becərilmir - VİDEO
-
Prezidentin sərəncamı ilə Bərdədə çəkilən yolda nə baş verir? -Başdansovdu işlər, silinən pullar...
-
Tərtərdə silahlı insident: Atəş açan şəxs həbs edildi
-
“Sea Breeze”də açılacaq kazinolarda yaş məhdudiyyəti - VİDEO
-
Bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA
-
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
-
Masazırda ana qızına işgəncə verib? - DİN-dən AÇIQLAMA
-
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? - Siyahı
-
Xırdalanın mərkəzi parkında olan yüzlərlə şam ağacını kəsiblər? - VİDEO
-
Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - Fotolar
TOP 10
ARXİV