Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb - Nazir müavini

Tarix 17.10.25, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, son on ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı 6 dəfə artıb. Meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb. Yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.

“Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır”, – deyə Umayra Tağıyeva vurğulayıb.

O, əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb: “Bu ilin aprel ayında Bakıda bir sutkada yağan yağıntının miqdarı üç aylıq normanı ötüb və nəticədə iki nəfər həyatını itirib. 2019-cu ildə isə güclü külək paytaxtın infrastrukturuna zərər vurub. Belə halların qarşısını almaq üçün dövlət qurumları arasında koordinasiyalı fəaliyyət və hava proqnozlaşdırma sistemlərinin inkişafı vacibdir”.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap