Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO

Tarix 18.10.25, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Bir yandan kanalizasiya suları, digər yandan yağış...Bura paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsidir.

“Xəzər Xəbər”ə müraciət edən sakinlər deyir ki, küçəni ilin bütün fəsillərində bu vəziyyətdə görmək mümkündür. Lakin problem ondadır ki, kanalizasiya sistemlərinin tutulması yağış suları ilə əlaqədar deyil. Onlar iddia edir ki, yolun kənarında yerləşən “SOCAR”ın Geofizika və Geologiya idarəsindən axıdılan sular səbəbindən küçələri bu haldadır.

Yoldan istifadə edən sürücülər də təngə gəldiklərini bildiriblər. Onların sözlərinə görə küçənin girişində asvaltlanma işlərinə başlanılıb. Lakin bu hissədəki su heç vaxt qurumadığından işlər yarımçıq qalıb. Bu səbəbdən də nəqliyyat vasitələrinə xeyli ziyan dəyir.

Sakinlər bildirib ki, üzləşdikləri çətinliklə bağlı nə sözügedən idarə ilə əlaqə saxlaya bilirlər, nə də məsul qurumlardan kömək ala.

Mövcud vəziyyətlə bağlı biz də “SOCAR”a sorğu ünvanladıq. Lakin, mövqe bildirilmədi. İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə qeyd olundu ki, həmin ünvanda tullantı su xəttinin dəfələrlə artıq yüklənməsi mövcud problemə səbəb olur. Məsələ Bakı Sukanal İdarəsinin diqqətindədir, həlli istiqmətində müvafiq işlər görüləcək.




Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap