Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“ELMED” klinikasında stomatoloq Afət Ağayevadan şikayət - VİDEO

Tarix 17.10.25, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


“Karona LTD” MMC-yə məxsus ELMED özəl Tibb Mərkəzində həkim-stomatoloq Ağayeva Afət Məmmədağa qızı müalicə zamanı səhlənkarlığa yol verərək, vətəndaşın üzündəki sinir toxumalarını sıradan çıxarıb. 

Bu barədə Unikal.az-a vətəndaş Ruslanə Zaxarova müraciət edib.

Onun sözlərinə görə, bu ilin aprel ayında diş kanalının müalicəsi zamanı adıçəkilən həkim tərəfindən istifadə olunan formaldehit tərkibli dərman maddəsi düzgün tətbiq edilməyib: “Bu səbəbdən dərman kanaldan kənara sızıb, üzümdəki sinir toxumalarına ciddi zərər verib.

Açıklama yok.
Fotoda:həkim-stomatoloq Ağayeva Afət Məmmədağa qızı

Hadisədən dərhal sonra üzümdə və dodaqlarımda hissiyyatsızlıq yarandı. Buna baxmayaraq, həkim vəziyyəti ciddiyə almaraq “yod çək, keçəcək” deyib, məni evə göndərdi. Bundan sonra vəziyyətim sürətlə pisləşdi. Digər tibb müəssisəsində təcili əməliyyat edərək həmin zərərli maddəni orqanizmdən xaric etdilər. Bir gün geciksəydim, sinir toxumamda daimi iflic riski yaranacaqdı. Hazırda üzümdə hissiyyat hələ tam bərpa olunmayıb, bunun uzun müddət davam edəcəyi bildirilib”.


R.Zaxarova bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdiyini, lakin özəl müəssisə olduğu üçün məsələyə laqeyd yanaşıldığını deyib: “Bütün bu müddət ərzində məsuliyyət daşıyan tərəf mənə heç bir köməklik göstərmədi. Həkim məni başqa bir həkimə yönləndirəcəyini dedi, lakin onu da etmədi. Əlimdə rentgen görüntüləri və əməliyyat sənədləri var”.

Açıklama yok.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən verilən cavabda isə qeyd olunub ki, həkim Afət Ağayevanın dövlət sertifikasiya şəhadətnaməsi var, buna görə də onun tibbi praktiki fəaliyyəti məqsədəuyğun hesab edilir. Həmçinin vətəndaşın səhhətində yaranmış problemin Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığı və problemin mülki məsələ olduğu bildirilib.

Onu da deyək ki, ELMED klinikası bundan əvvəl də bir neçə dəfə həkim səhlənkarlığı ilə gündəmə gəlib.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap