Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? - ŞOK FAKT

Tarix 17.10.25, 17:18

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Adminstrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gəlib.

Bir neçə gündür ki, media Ramiz Mehdiyevin oğlunun, qızının, qardaşı oğlunun və digər yaxınlarının yüksək vəzifələrdə təmsil olunması ilə bağlı məlumatlar yayır.

AzFakt.com xəbər verir ki, "Qaynarinfo"-nun yaydığı məlumata görə, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız "Bank BTB"nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır.

Nigar Mehdiyeva 1993-1999-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Məlumatlarda iddia edilir ki, o, bir həkim kimi karyera yüksəlişində ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub.


Nigar Mehdiyevanın ATU-nun klinikasında yüksək vəzifələrə təyinat illəri Əhliman Əmiraslanovun rektor olduğu illərlə üst-üstə düşür. Bundan başqa, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dostdur. Onların hər ikisi fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.

Əhliman Əmiraslanov hazırda deputatdır. O, Milli Məclisdə 67 saylı Sabirabad seçki dairəsini təmsil edir.

Yazıdakı iddialarla bağlı Əhliman Əmiraslanovun mövqeyini öyrənmək üçün deputata zəng etsək də, telefonu açmadı./Qaynarinfo.az/





Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap