GS1 sisteminin yeni istifadəçiləri üçün seminar-prezentasiya

Dünyada baş verən qapanmaların ardından, uzun fasilədən sonra “GS1 Azerbaijan” Cəmiyyəti yeni istifadəçiləri üçün təşkil etdiyi ənənəvi seminar-prezentasiyaya start verdi. 16.06.2022-ci il tarixdə “GS1 Azerbaijan” Cəmiyyətinin ofisində təşkil olunan seminarda müxtəlif istehsalat sahəsindən olan “Dr.Milk” MMC, “Sumqayıt Toxucu-Tikiş” MMC, “Grass” MMC və s. kimi 20-yə yaxın iri və xırda sahibkarlar və onların nümayəndələri iştirak etmişdir.
Seminarda GS1 sistemi, əmtəə ştrixkodları, onların iqtisadiyyatda rolu barəsində geniş məlumat verilmiş, ştrixkodun tərtibi zamanı diqqət edilməli nüanslar, tez-tez edilən səhvlər nümayiş lunmuşdur. Həmçinin GS1standartlarından istifadəyə dair dünya təcrübəsi və ölkəmizin bu standartlara uyğunlaşdırılması üçün atılmalı addımlar
müzakirə edilmişdir. Seminarın sonunda iştirakçıların GS1 sistemdə qeydiyyatdan keçdiyini təsdiqləyən Şəhadətnamələri təqdim edilmişdir.