Oferta müqaviləsinə aid İZAHLAR

Oferta müqaviləsinə aid

İZAHLAR

 

1. Hazırkı oferta  "GS1 Azerbaijan" MMC-nin (VÖEN 1400106351) rəsmi təklifidir. Təklif  Beynəlxalq GS1 sisteminin İstifadəçisinə göstərilən xidmətlər haqqında bütün mühüm şərtləri əks edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində “oferta” anlayışı və onunla bağlı normalar qeyd olunub.

AR-nın MM-nin 408.1-ci maddəsinə əsasən ofertanın aksepti ofertada göstərilən şərtlərlə müqavilənin bağlanması deməkdir.

2. Göstərilən şərtləri qəbul və ödəniş etdiyi halda hüquqi və ya fiziki şəxs GS1 sisteminin İstifadəçisi olur.

3. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq hazırkı ofertanın mətnini diqqətlə oxuyun və tanış olun. Əgər ofertanın hər hansı bəndi ilə razı deyilsinizsə, "GS1 Azerbaijan" MMC-nin xidmətlərin istifadəsindən imtina etməyinizi təklif edirik.

4. Oferta – hazırkı sənəd İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunan GS1 beynəlxalq sisteminin istifadəçilərinə xidmətlərin göstərilməsinə dair “Oferta müqaviləsidir”.

5. Ofertanın aksepti – İstifadəçinin hazırkı ofertanın 16-cı bəndində göstərilən hərəkətləri etməsi ofertanın tam və qeyri-şərtsiz olaraq qəbulu deməkdir. Təklif olunan ofertanın aksepti müqavilənin yaranması deməkdir.  

6. İstifadəçi  – ofertanı aksept edən və beləliklə, "GS1 Azerbaijan" MMC–nin təklif olunan xidmətlərinin sifarişçisi olan şəxsdir.

7. Aksept edilmiş Oferta  – "GS1 Azerbaijan" MMC və GS1 sisteminin- İstifadəçisi arasında avtomatik identifikasiya sahəsində xidmətlərin göstərilməsinə dair ofertanın aksepti vasitəsilə bağlanan müqavilədir.  

8. Avtomatik identifikasiya sahəsində Xidmətlərin Qiymət Cədvəli  – İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunan və hazırkı ofertanın əlavəsində "GS1 Azerbaijan" MMC –nin xidmətlərin qiymətlərin qüvvədə olan siyahısıdır.

9. Hazırkı ofertanın predmeti təklif olunan ofertanın və  "GS1 Azerbaijan" MMC-nin şərtlərinə uyğun olaraq İstifadəçiyə xidmətlərin göstərilməsidir.

10. "GS1 Azerbaijan" MMC-nin göstərilən Xidmətlərin Qiymət Cədvəli hazırkı ofertanın ayrılmaz hissəsi hesab olunur.

11. Oferta və onun əlavələri rəsmi sənəd hesab olunur və İnternet şəbəkəsində www.gs1az.org ünvanında dərc olunur.

12. "GS1 Azerbaijan" MMC hazırkı ofertanın şərtlərini birtərəfli qaydada İstifadəçi ilə əvvəlcədən razılaşdırmadan istənilən an dəyişdirmək hüququna malikdir və "GS1 Azerbaijan" MMC bu dəyişikliklər qüvvəyə minməmişdən minimum bir gün əvvəl  www.gs1az.org  ünvanındakı İnternet resursunda dəyişdirilən şərtlərin dərc olunmasını təmin etməlidir.

13. Xidmətlər İstifadəçi tərəfindən əvvəlcədən 100% ödənişdən sonra "GS1 Azerbaijan" MMC tərəfindən tam həcmdə yerinə yetirilir.

14. Ofertanın mətni ilə razı olduğu halda İstifadəçi   "GS1 Azerbaijan" MMC-ə Ərizə ilə müraciət edir.

15. Alınan Ərizə əsasında "GS1 Azerbaijan" MMC  seçilən xidmətin ödənişi üçün İstifadəçiyə hesab təqdim edir. 

16. İstifadəçi "GS1 Azerbaijan" MMC-nin  bank hesabına ödənişi daxil edir.

17. İstifadəçi  "GS1 Azerbaijan" MMC-nin bank hesabına ödəniş etdikdən sonra Oferta qüvvəyə minir.

18. Ofertanın aksept(razılıq) vaxtından etibarən 3 (Üç) iş günü ərzində "GS1 Azerbaijan" MMC İstifadəçinin xidmətlərinin yerinə yetirilməsini təmin edir.

19. İstifadəçinin yazılı müraciəti əsasında "GS1 Azerbaiajn" MMC ofertanın Tərəflərin imzaladığı hazırkı oferta müqaviləsi ilə eyni hüquqi qüvvəyə malik olan çap versiyasını tərtib edə bilər. 

20. Hazırkı Ofertanın "GS1 Azerbaijan" MMC-nin rekvizitlərinin göstərildiyi çap versiyasının İstifadəçinin imzaladığı iki nüsxəsinin "GS1 Azerbaijan" MMC-nin ofisinə İstifadəçi tərəfindən çatdırılması həmin ofertanın kağız nüsxəsinin imzalanması barədə İstifadəçinin yazılı tələbi deməkdir. Çap versiyanın göndərildiyi ünvan: Azərbaycan, Bakı şəhəri AZ1010, Xaqani küçəsi, 90A.

21. Oferta müqaviləsinin şərtləri fors-major hallarına görə, o cümlədən, dövlət hakimiyyət orqanlarının hərəkətləri, yanğın, daşqın, zəlzələ, digər təbii fəlakətlər, elektrik enerjisinin olmaması və ya kompüter şəbəkəsinin işində  nasazlıqlar, işə çıxmama, mülki iğtişaşlar, qarışıqlıq, sadalananlarla məhdud olmayan İstifadəçinin hazırkı ofertanın şərtlərini icra etməsinə təsir göstərən və İstifadəçinin nəzarəti altında olmayan istənilən digər hallara görə pozulubsa "GS1 Azerbaijan" MMC buna görə məsuliyyət daşımır.

22. Hazırkı oferta üzrə öhdəliklərin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

Müqavilə ofertanın aksept olunan gündən etibarən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini icra edənə qədər qüvvədə qalır. Bütün mübahisələr Tərəflər arasında danışıqların aparılması yolu ilə həll olunur. İradlara baxılması müddəti otuz gün təşkil edir.