Haqqımızda

 

GS1 Azerbaijan

 

1999-cu ilin may ayının 11-də Berlində EAN-International (hal-hazırda GS1 adlanan) Assosiasiyasının Baş Assambleyasında EAN-Azərbaycan (hal-hazırda GS1 Azerbaijan adlanan) yekdilliklə bu təşkilata üzv qəbul olunmuşdur və ona 476 prefiksi ayrılmışdır. 

Bu prefiks "GS1 Azerbaijan" Cəmiyyətinə Respublika üzrə "Ştrixkod Depozitariyasının" aparılmasına imkan yaradır.  GS1 təşkilatı "EAN" və "GS1" əmtəə nişanların Azərbaycan Respublikasında istifadə hüquqlarını "GS1 Azərbaycan" Cəmiyyətinə vermişdir. 

"GS1 Azərbaycan" avtomatik identifikasiya Cəmiyyəti GS1 beynəlxalq Assosiasiyasının tam hüquqlu üzvüdür.

 
Tam adı - “GS1 Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyət

Statusu - Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir.

GS1 Azerbaijan Respublika ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrixkod nömrələrin beynəlxalq standartlara uyğun paylanmasına və qaydalara riayət edilməsi xidmətini göstərir. Belə əmtəə nömrələmə ştrixkod standartları beynəlxalq GS1 təşkilatı tərəfindən hazırlanır və dəstəklənir.
Qeyd etmək lazımdır ki, GS1 Azerbaijan ölkəmizdə GS1 Beynəlxalq Assosiasiyasının üzvü kimi çıxış edən və müəssisələrin GS1 beynəlxalq sistemdə qeydiyyatını təmin edən yeganə təşkilatdır.

 

      

 

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə 2022-ci ilin fevral ayının sonunda “GS1 sistemində əmtəə nömrələrinin formalaşdırılması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları” dövlət standartı təsdiq edilib. Standarta 907:2022 AZS nömrəsi verilib.