GS1 sistemi


GS1 - dünyanın 115 ölkəsində milli təşkilatları ilə təmsil olunan, könüllü qeyri-kommersiya Assosiasiyasıdır. 2005-ci ildə EAN İnternational (European Article Numbering) və UCC (Uniform Code Council) təşkilatlarının birləşməsindən sonra, Assosiasiya GS1 adlandırıldı. Hazırda, bu vahid standartdan dünyanın 150 ölkəsində 2 milyondan çox şirkət istifadə edir, hər gün 6 milyarddan çox ştrixkod skan edilir.



GS1 - məhsul xidmət,müəssisə, nəqliyyat vahidi, ünvan məlumatları haqqında informasiyanı identifikasiya etməyə və göndərməyə imkan verən, əmtəə nömrələnməsi və ştrixli kodlaşdırma standartlarının beynəlxalq çoxsahəli sistemini idarə edir.


GS1 təşkilatı haqqında daha ətraflı məlumatla www.gs1.org saytında tanış olmaq olar.

GS1 sistemi haqqında