Oferta - müqavilə bağlanması haqqında təklif

 

Beynəlxalq GS1 sistemində avtomatik identifikasiya sahəsində

hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi haqqında

təklif (oferta) elanı

 

                                                                                                           qüvvəyə minib 24.06. 2020

Bakı şəhəri 

 

«GS1 Azerbaijan» Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanan) mühüm və zəruri adlandırılmış şərtləri açıqlayan Beynəlxalq GS1 sisteminin İstifadəçisinə (bundan sonra İstifadəçi adlanan) Xidmətlərin Qiymət Cədvəlində (1№-li Əlavə) qeyd olunan unikal GS1 əmtəə identifikasiya nömrələrinin verilməsi və avtomatik identifikasiya sistemində xidmətlərin göstərilməsi haqqında oferta (müqavilə bağlamaq təklifi) elan edir və www.gs1az.org internet saytında yerləşdirilir.

 

TAM İXTİSARLAR VƏ QISALTMALAR

GCP(Global Company Prefix,ing.) – İstifadəçinin Qlobal Prefiksi (nömrəsi)

GLN(Global Location Number, ing.) – İstifadəçinin və onun strukturlarının Qlobal Yerləşmə Nömrəsi

GTİN (Global Trade İtem Number, ing.) - Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi 

GEPİR(Global Electronic Party İnformation Register, ing.) - Qlobal Elektron İnformasiya Registri

Sifariş – İstifadəçinin GTİN üçün kağız daşıyıcıda və ya online müraciəti  

 

1.1. İstifadəçiyə Beynəlxalq Global GS1 sistemində GCPGLN ayırır.

1.2. İstifadəçinin Beynəlxalq GS1 Əmtəə Nömrələmə sisteminə daxil olunmasını və ona ayrılan GCP-nin müddətli qüvvədə saxlanılmasını təmin edir.

1.3.  Sifarişlər kağız daşıyıcıda təqdim edilməklə və ya elektron qaydada aparılır. Sifarişlərin elektron qeydiyyatı üçün www.gs1az.org saytında İstifadəçiyə Şəxsi Kabinet yaradılır. Şəxsi Kabinetinin login və parolu verir.

1.3.1. İstifadəçi tərəfindən yeni məhsul çeşidlərinə GTİN üçün kağız daşıyıcıda müraciət edilərsə, onda İstifadəçi Razılıq protokolunda (1№-li Əlavə) göstərilən məbləği ödəyir.

1.4. İstifadəçi tərəfindən təqdim edilən məhsulların Sifarişlərinə əsasən əmtəə məhsullarının hər növü üçün unikal GTİN ayırır.

1.4.1. Bir ay ərzində İstifadəçi tərəfindən Sifariş olunan 15 növədək GTİN ödənişsiz ayrılır.

1.5. İstifadəçiyə ayrılan GTİN-lər başqa İstifadəçilərə vermir.

1.5.1. İstifadəçinin təşkilati-hüquqi forması dəyişərsə, əvvəlcədən ona ayrılmış GTİN-ləri yeni təşkilati-hüquqi formaya sahib İstifadəçiyə verir.

1.6. GS1 sistemində İstifadəçiyə ayrılan GTİN-lərin unikal və təkrarolunmazlığına zəmanət verilir.

1.7. İstifadəçinin əmtəə məhsullarına ayrılan GTİN-ləri «GS1 Azərbaycan» Depozitarisinə (komputer məlumat bazasına) daxil edir.

1.8.  Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində  GCP  GLN ilə qeydiyyata alınması Şəhadətnamə ilə təsdiqlənir.

1.9. İstifadəçi və ona ayrılan GTİNhaqqında İnternetdə GS1 sisteminin «GEPIR» Beynəlxalq Elektron kataloqunda, «GS1 Azerbaijan AZE Barcode»  mobil həllində məlumatı yerləşdirir.

1.10. Ştrixkodlaşdırmanın istehsalatda tətbiq və istifadə edilməsində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (təqvim, bülletenlər, vərəqələr və s.) təqdim edir.

1.11. İstifadəçiyə hər növ əmtəələrin üzərində ştrixkodun düzgün vurulmasında, o cümlədən, ölçülərinin, rəng palitrasının, yerinin seçilməsində və s. konsultativ xarakterli köməklik edir.  

1.12. İstifadəçi tərəfindən yeni məhsul çeşidlərinə GTİN-lər üçün göndərilən Sifarişlər 3 (Üç) iş günü ərzində icra edilir və İstifadəçinin Şəxsi kabinetinə göndərilir yaxud İstifadəçiyə Cəmiyyətin ofisində Çıxarış verilir və ya Çıxarış e-mail vasitəsilə göndərilir.

2.  İstifadəçi aşağıdakıları öz öhdəsinə götürür:

2.1. Cəmiyyət tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə formasını təqdim edir.

2.2. Əgər bir ay ərzində İstifadəçi tərəfindən 15-dən artıq əmtəə üçün GTİN sifariş edilərsə, onda İstifadəçi Razılıq protokolunda (1№-li Əlavə) göstərilən məbləği ödəyir.

2.3. GTİN almaq üçün Cəmiyyətə əmtəənin hər bir çeşidi haqqında müəyyən edilmiş formada tam və dolğun məlumat verir.

2.4. İstifadəçiyə ayrılan GTİN-ləri başqa müəssisə və ya şəxslərə vermir.

2.5. Cəmiyyət tərəfindən müəyyən edilmiş əmtəələrin GTİN-lərini başqa əmtəələrdə istifadə etmir.

2.6. Əmtəəyə GTİN-i özü təyin etmir.

2.7. Görülən xidmətlərə görə  Cəmiyyətə razılaşmış həcmdə məbləği vaxtında ödəyir.

2.8. Əmtəələrin GTİN identifikasiya nömrələrindən istifadə qaydalarına riayət edir.

2.9. Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodlarının düzgün tərtibatına görə məsuliyyət daşıyır.

2.10. Ayrılan GTİN-lərin istifadə hüququnun itirilməsi İstifadəçini xidmət haqqının ödənilməsindən azad etmir.

2.11. İstifadəçi illik xidmət haqqını vaxtında ödəyə bilmədikdə Cəmiyyətə 10 gün ərzində yazılı şəkildə məktubla məlumat verir. Məktubda xidmət haqqının vaxtında ödənilə bilməməsinin səbəbi və ödənişin zəmanəti öz əksini tapmalıdır.

2.12. İllik xidmət haqqının ödənilməməsi müddəti 3 (üç) aydan аrtıq gecikdirildiyi halda İstifadəçi ayrılan GTİN-lərdən istifadə etmə və öz mallarının etiketlərinə vurma hüququnu itirir.

2.12. Oferta pozulan andan İstifadəçi istеhsal etdiyi məhsulların üzərində Cəmiyyət tərəfindən ayrılan GTİN-lərdən istifadəni dayandırmalıdır. Əks halda müvafiq qanunvericiliyə əsasən istehsalçı məsuliyyət daşıyır.

2.14. İstifadəçi aksept(razılıq) etdiyi andan şərtləri qəbul etmiş sayılır və hər bir ildən sonra illik xidmət haqqının ödənilmə şərti ilə İstifadəçinin üzvlüyü 1 (Bir) il müddətinə uzadılmış hesab еdilir.

2.15. İllik xidmət haqqının ödənilməsi İstifadəçinin istehsalat fəaliyyətinin olub-olmamasından asılı deyil.

2.16. İstifadəçiyə ayrılan GTİN-lər Cəmiyyətin intellektual mülkiyyətidir. Оnlar İstifadəçiyə 1 (Bir) il müddətinə verilir və ayrı şəxslərə verilə bilməz.

2.17. Ayrılan GTİN-lərin istifadə müddəti Cəmiyyət tərəfindən istifadəçiyə təqdim olan hesabın ödənişindən sonra uzadılır. 

3.  Hesablaşma qaydaları:

3.1. Ştrixkodlaşdırma sahəsində Cəmiyyət tərəfindən göstərilən xidmətlərin dəyəri razılaşdırılmış qiymət haqqında Razılıq protokolu əsasında müəyyən edilir (1 №-li əlavə).

3.2. GS1 sistemində qeydiyyatdan keçmiş İstifadəçinin təşkilati-hüquqi formasında dəyişiklik edilərsə (müqavilənin 1.5.1. bəndinə əsasən) Razılıq protokolunda (1№-li Əlavə) daxilolma ilə bağlı  göstərilən məbləğin fərqi ödənilir.

3.3. Ödənişlər İstifadəçiyə Cəmiyyət tərəfindən təqdim olunan hesaba əsasən keçirilir.

4.  Tərəflərin məsuliyyəti:

4.1. Tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbdən digər Tərəfə faktiki dəymiş zərəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödəyirlər.

4.2. İstifadəçi illik xidmət haqqını vaxtında ödəyə bilmədikdə Cəmiyyətə 10 gün ərzində yazılı şəkildə məktubla məlumat verir. Məktubda xidmət haqqının vaxtında ödənilə bilməməsinin səbəbi və ödənişin zəmanəti öz əksini tapmalıdır.

4.3. İllik xidmət haqqının ödənilməməsi 3 (üç) aydan аrtıq müddəti keçdiyi halda İstifadəçi ayrılan GTİN-lərin məhsullarının üzərində istifadə etməsi hüququnu itirir.

Əmtəələrin GTIN identifikasiya nömrələrindən  istifadə QAYDALARI

1) Azərbaycan Respublikasının ərazisində GTIN identifikasiya nömrələrindən istifadə hüququna ancaq “GS1 Azərbaycan” Cəmiyyətində qeydiyyatda olan GS1 sistemin İstifadəçiləri malikdir.

2) GTIN və onlara uyğun ştrixkodların istifadəsi “GS1 Azərbaycan” Cəmiyyətinin ştrixkodların Depozitariyasında qeydiyyata alınan kodlar qanuni (leqal) sayılır.

3) Aşağıdakı hallarda əmtəə vahidinin GTIN identifikasiya nömrəsinin istifadəsi qeyri-qanunidir:

- başqa müəssisəyə aid GTIN-in özbaşına istifadəsi;

-GS1 sisteminin istifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan GTIN-i öz məhsuluna vurmaqda davam etməsi;

-əmtəə vahidinin adı və ya qablaşdırmadakı etiketdə göstərilmiş “GS1 Azərbaycan” Cəmiyyətinin ştrixkodların Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri, əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;

-əmtəənin vahid qablaşdırılmasının markalandığı ştrixkod ilə qruplaşdırılmış qablaşdırma markalanırsa və ya əksinə;

-bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi “GS1 Azərbaycan” Cəmiyyətinin ştrixkodların Depozitariyasında geydiyyatda olunmadan başqa adda və ya istehlak xüsusiyyətində əmtəə vahidinə vurulubdursa;

-əgər ştrixkod müxtəlif səbəblərdən skaner vasitəsilə oxunmursa (onun etiketin üzərindəki yeri skanerlə oxunma üçün uyğun deyilsə, ölçüləri, rəng seçimləri, ştrixlərin və ştrixlərarası fon hissələrinin keyfiyyəti standartlar ilə müəyyənləşdirilmiş tələblərə uyğun deyilsə və s.).

4) GTIN identifikasiya nömrələrinin və onlara uyğun ştrixkodların istifadəsinin nəzarəti “GS1 Azərbaycan” Cəmiyyəti həyata keçirir.

5) Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixkodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən, əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunliyini təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər. Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün “GS1 Azərbaycan” Cəmiyyətini aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.

 

«GS1 Azerbaijan» Cəmiyyəti

                                                                                      

Bakı ş. Xaqani küç, 90A                       

VÖEN   1400106351

 

h/h AZ11IBAZ40060019449732602207

ABB Nəsimi filialı

VÖEN 9900001881

Kod 805614

m.h AZ03NABZ01350100000000002944

SWİFT – İBAZAZ2X                                                   

 

və ya

 

h/h AZ 69NICB00602111350001A40060

NIKOIL IKB

VÖEN 9900014901

Kod  507064

m.h AZ98NABZ01350100000000042944

SWİFT – NICBAZ22

 

Avtomatik identifikasiya sahəsində xidmətlərin göstərilməsi haqqında

Xidmətlərin Qiymət Cədvəli (Əlavə 1)

 1№-li Əlavə

Göstərilən xidmətlərin növü

Ödənişin

təyinatı

Qiyməti*, manat

    1

Beynəlxalq GS1sistemində  GCP  və  GLN ilə qeydiyyata alınması və «GEPİR» Beynəlxalq еlektron kataloqunda məlumatların yerləşdirilməsi

Daxilolma və illik xidmət haqqı

450,00

2

Əlavə GLN nömrəsinin ayrılması

Bir nömrə üçün

30,00

    3

Beynəlxalq GS1 sistemində  GCP  və  GLN Nömrələrinin qüvvədə saxlanması,  GTİN identifikasiya nömrələrin ayrılması

Bir illik xidmət haqqı

350,00

4

Hər əmtəənin ştrixli kod nömrəsinin rəqəmli əhəmiyyətinin tərtib edilməsi üçün:

1 ay ərzində əmtəənin sayı birdəfəlik olmaqla 50-dək olduqda limit 15 növ

Bir əlavə ştrixkod üçün

5,00

1 ay ərzində əmtəənin sayı birdəfəlik olmaqla 51-100- dək olduqda  limit 30 növ

1 ay ərzində əmtəənin sayı birdəfəlik olmaqla 101-150- dək olduqda  limit 50 növ

5

Məhsul qeydiyyatının kağız üzərində təqdim edilməsi zaman:

Ştrixkodların sayı 5-ə qədər olduqda

Bir şifariş

10,00

Ştrixkodların sayı 5-10-a qədər olduqda

15,00

Ştrixkodlarının sayı 10-dan çox olduqda

20,00

6

Əmtəə ştrixlikod nömrələrinin rəqəmli əhəmiyyətinin təcili tərtib edilməsi üçün**

Müraciət günü ərzində

30,00

7

Əmtəənin ştrixkodunun xüsusi maketinin (film-master) hazırlanması

Bir ştrixkod üçün

10,00

8

QR kod maketinin hazırlanması

Bir maket üçün

30,00

9

Bir istifadəçidən istehsal əlaqəli digər istifadəçiyə ştrixkod nömrələrinin keçirilməsi və sənədləşdirilməsi

İstifadəçi dəyişikliyi

100,00

10

İstifadəçinin adının dəyişdirilməsinin sənədləşdirilməsi

Ad dəyişmə

50,00

11

İstifadəçinin şəxsi kabinetinə giriş üçün login və parolun itirilməsi ilə bağlı müraciəti

Bir müraciət

10,00

12

Ştrixkodla bağlı əlavə xidmətlər

Razılaşma yolu ilə

 

Qeyd:  *Qiymətlərə ƏDV daxil deyil.

           **Müraciətiş  günü ərzində 12:00-qədəedilməlidir. Qeyri iş günləri edilən müraciətdə                         məbləğ 50% artır.