![]() |
|














Liderlərdən mühüm müttəfiqlik mesajı - Prezidentlərin çıxışları + VİDEO
Tarix 05.03.25, 22:47 |
|

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür etdi.

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi:
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar diləyirəm. Sağ olun.

Sonra Türkiyə Prezidenti mərasimdə çıxış etdi:
-Əziz Qardaşım Prezident İlham Əliyev.
Hörmətli nazirlər, hörmətli qonaqlar.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.
Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.
Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.
Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.
Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.
6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvan ilə elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.
Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.
İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.
Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.
Sonda xatirə fotosu çəkdirildi.










Xəbərin oxunma sayı : 1111
Siyasət
Xəbərlər
-
Aysunu konsertdə qucaqlayan bəy kimdir? - Açıqlama
-
Banklar depozit fazilərini niyə artırır? - VİDEO
-
Mingəçevirdə məktəbli bıçaqlanıb - Saxlanılan var (VİDEO)
-
Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO
-
“Benzia ona qarşı aşağılayıcı hərəkətlər etdi” - “Araz Naxçıvan”lı
-
Azərbaycandakı xidmətlərdən ən çox bu ölkələrdən gələn turistlər narazı qalıb - Siyahı
-
“Mən Rusiya ilə çox sərt davranmışam” - Tramp
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hakan Fidandan kritik açıqlama - Türkiyə dörd ölkə ilə yeni mərkəz yaradır
-
Qurban Qurbanov dünənki davaya belə reaksiya verdi - VİDEO
-
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
-
Pomidor orqanizmi xərçəngin bu növlərindən qoruyur - Alimlər açıqladı
-
Qazi qazini aldatdı, həbs edildi - 5 minə maşın növbəsi…
-
ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək - KİV
-
“Yeni konstitusiya ölkəni parçalamaq istəyənlərə qarşı mübarizəni gücləndirəcək“ - Mehmet Uçum
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən nə qədər insan gəlib? - SİYAHI
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
“Təhlükəli sahələrə daxil olmayın“ - DİN vətəndaşlara müraciət edib
-
“PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq“ - KİV
-
Hansı liqa bilet satışından daha çox pul qazanır? - Siyahı
-
Duman səbəbilə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Pakistan Rusiya ilə əməkdaşlıqda maraqlıdır - Nazir
-
59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirildi - 3 nəfərdə telefon aşkarlanıb
-
Elvin Cəfərquliyev davadan danışdı: “Üzümə zərbə endirdi“
-
“Starlink”i söndürsəm, Ukraynanın cəbhə xətti dağılacaq” - Mask
-
Fransa Ukraynaya hərbi yardım edəcək - Rusiya pulları ilə
-
Martın 10-da 20 dərəcə isti olacaq - Hava qroqnozu
-
Ötən ay 12 uşaq övladlığa verilib - Nazirlik
-
“Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşa çevrilib“ - Fransa KİV-indən etiraf
-
Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edirik - Zelenski
-
Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək
-
Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Uçan avtomobillərin kütləvi istehsalına başlanılır - Tarix açıqlandı
-
“Starlink“i söndürsəm, Ukraynanın cəbhə xətti çökər - İlon Mask
-
Piyadanın ölümünə səbəb olan məmur iftardan qayıdırmış
-
Bu gün imtahan var - 59 min şagirdin iştirakı gözlənilir
-
Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? - VİDEO
-
Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
-
Hökumə Əliyevanın adı əbədiləşdirilir - VİDEO
-
Polşa böyük müharibəyə hazırlaşır - Baş nazir açıqladı
-
Turizm Agentliyinin sədri Şuşadan kimi qovub? - “Bu, alçaqlıq idi...
-
İmişlidə ailə faciəsi - Ana və iki azyaşlı uşağı öldü
-
“Qarabağ”ın oyununda futbolçular əlbəyaxa davaya çıxdı -VİDEO
-
Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
-
Bakı Biznes Universiteti bu görüntülərə görə tənqid olundu - VİDEO
-
Xalq artistinin qısa geyimi müzakirələr yaratdı - VİDEO
-
Ukrayna ordusu iki həftə ərzində Kursk vilayətindən çıxa bilər - New York Post
-
Ramazanın 9-cu günü - İmsak və iftar vaxtı
-
“ABŞ ilə danışıqlara getməyəcəyik” - Xamenei
-
Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ
-
Bu maşınların qiyməti ucuzlaşacaq - Rəsmi qərar
-
15 yaşlı məktəbli qonşusunu niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Ata aliment ödəməkdən bu halda imtina edə bilər - ŞƏRH
-
Bakı restoranlarında iftar qiymətləri - 90 manata menyu
-
“Onun nitqində çoxlu yalanlar var idi” - Kreml
-
8 Martın bayram kimi qeyd olunmadığı ölkələr – SİYAHI
-
“Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq“ - Orban
-
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
-
20 dərəcə isti olacaq - Sabahın havası
-
Leyla Əliyeva Bakıdakı veloyürüşə qatıldı - Fotolar
-
“Mahir çalışır, bunu gizlətmirəm“ - Kloze
-
Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı - Rəsmi
-
“Avropa müdafiə istehsalını artırmalıdır“ - Mark Rutte
-
“Bəzi yollarda avtomobillərin hərəkət sürəti aşağı düşüb” – NİİM
-
Qütb ayıları niyə donmur? - Araşdırma sirri açıb
-
ABŞ Çini COVID-19-a görə cərimə edəcək - 24 milyard dollar
-
Elm adamlarına vəzifələr verildi - TƏYİNATLAR
-
Vardanyan azərbaycanlılara təşəkkür edib - Erməniləri sülhə səslədi
-
Rövşən Əsgərov axtarışa verilib - Rusiyada
-
Krana çıxıb özünü atmaq istədi - Bakıda
-
Onlayn alış-veriş -Üstünlükləri nədir? + Video
-
“Trampın Rusiyaya sanksiya hədəsi boşdur” - Bolton
-
AKİA-nın keçmiş sədrinə yeni vəzifə verilib - AQTA-da
-
Bakıda mağazaya bıçaqlı hücum - VİDEO
-
Əhəd Abıyev villasını satışa çıxardı - 2 milyon dollara
-
Trampla mübahisə Zelenskinin reytinqini artırdı - FOTO
-
Boşanmaların artmasında əsas səbəbkar kimlərdir: Kişilər, yoxsa qadınlar?
-
Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə
-
“Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır” - Hikmət Hacıyev
-
Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir - Məhkəməyə müraciət edib
-
Bu yolda hərəkət məhdudlaşdırılıb - Sürücülərə xəbərdarlıq
-
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir - CNN
-
Türkiyə və İranın XİN rəhbərləri görüşdü - Ciddə şəhərində
-
“Sizə tükənməz sevgi arzulayıram“ - Mehriban Əliyeva
-
Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi - 8 maddə ilə ittiham olunur
-
Beyləqanda Qadınlar Günü təntənəli qeyd olundu - FOTOLAR
-
Zelenskini şantaj edən Tramp... - Putini nə gözləyir?
-
14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı
-
Maskla Rubio arasında dava - Tramp söhbətə qarışdı
-
“Həzi Aslanov” stansiyasının təmiri nə vaxt bitəcək? - Rəsmi açıqlama
-
Azərbaycanda diplomu tanınmayan 40 universitet - SİYAHI
-
Bu gün Beynəlxalq Qadınlar Günüdür
-
İrina Şeykin büstqalteri diqqət çəkdi - Fotolar
-
“Növbəti danışacağınız məsələ İran olacaq” - Tramp
-
Bu sənədi itirənlər 200 manat cərimələnəcək - RƏSMİ
-
Özünüməşğulluq proqramına yazıldı, xəbəri olmadan adına mallar verildi - VİDEO
-
Şəhid anasından Aydanadək... - Prezidentdən paylaşım+Video
-
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“PKK silahlarını təslim etməlidir!” – Yaşar Gülər
-
Azərbaycanda kartof bahalaşdı - VİDEO
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər belə xilas edildi
-
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları ifşa etdi
-
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
-
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Olmayan səhvə görə üzr istəməyəcəyik” - Podolyak görüş barədə
-
“Nar” 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
-
Sabah Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ
-
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS OLUNDU
-
“Oleq Bakinski“ yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə iclası
-
Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir?
-
Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? -185 ölkənin siyahısı
-
Aİ-nin missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə apardı - VİDEO
-
Martın 10-da hansı günün dərsləri keçiriləcək - Rəsmi açıqlama yayıldı
-
Əli Əsədov Milli Məclisdə hesabat verəcək - Bu tarixdə
-
“Görüş” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi - Video - Fotolar
-
“Türkiyə Aİ-dən üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
“Makron kimilərinin arzusu reallaşmayacaq” - Putin
TOP 10
ARXİV