Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Trampla mübahisə Zelenskinin reytinqini artırdı - FOTO

Tarix 08.03.25, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi 68 faizə yüksəlib. ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra bu göstərici 10 faiz bəndi artıb.

“Qafqazinfo” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun məlumatlarında bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin fevral ayının birinci yarısına, Ukrayna ilə ABŞ arasında münasibətlər kəskinləşməmişdən əvvəl, ukraynalıların 57 faizi Zelenskiyə inanırdı, 37 faiz isə ona etibar etmirdi. Həmin vaxt güvən və inamsızlıq nisbəti müsbət 20 faiz təşkil edib.

Açıklama yok.

Bundan əlavə, fevralın 14-dən martın 4-dək olan dövrdə etimad səviyyəsi 67 faizə yüksəlib, etibar etməyənlərin sayı isə 29 faizə qədər azalıb. Müvafiq olaraq, inam-etimadsızlıq balansı müsbət 38 faizə çatıb.

Eyni zamanda, fevralın 14-dən martın 4-dək olan dövrdə bir çox rezonans doğuran hadisələr, xüsusən də 2025-ci il fevralın 28-də Ağ evdə emosional görüş baş verib.

Artıq 2025-ci il fevralın 14-dən 28-dək olan dövrdə etimad 4-9 fevral 2025-ci il tarixlərindən daha yüksək olub və 2025-ci il martın 1-dən 4-dək olan dövrdə Zelenskiyə inam 68 faizə çatıb.

Açıklama yok.

2025-ci il martın 1-dən martın 4-dək olan dövrdə inamsızlıq səviyyəsi 27 faiz təşkil edib. 2025-ci il 1-4 mart günləri üçün etibar-etimadsızlıq balansı müsbət 41 faiz olub.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap