![]() |
|














“Ermənistan XİN-in bəyanatını rədd edirik“ - Azərbaycan XİN
Tarix 28.02.25, 17:16 |
|

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pis rəftar, o cümlədən onların davam edən məhkəmə prosesi ilə bağlı əsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatına dair şərhində bildirib.
Ayxan Hacızadə sonra bildirib: "Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.
Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub.
Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib.
Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir".
Xəbərin oxunma sayı : 1051
Siyasət
Xəbərlər
-
Aysunu konsertdə qucaqlayan bəy kimdir? - Açıqlama
-
Banklar depozit fazilərini niyə artırır? - VİDEO
-
Mingəçevirdə məktəbli bıçaqlanıb - Saxlanılan var (VİDEO)
-
Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO
-
“Benzia ona qarşı aşağılayıcı hərəkətlər etdi” - “Araz Naxçıvan”lı
-
Azərbaycandakı xidmətlərdən ən çox bu ölkələrdən gələn turistlər narazı qalıb - Siyahı
-
“Mən Rusiya ilə çox sərt davranmışam” - Tramp
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hakan Fidandan kritik açıqlama - Türkiyə dörd ölkə ilə yeni mərkəz yaradır
-
Qurban Qurbanov dünənki davaya belə reaksiya verdi - VİDEO
-
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
-
Pomidor orqanizmi xərçəngin bu növlərindən qoruyur - Alimlər açıqladı
-
Qazi qazini aldatdı, həbs edildi - 5 minə maşın növbəsi…
-
ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək - KİV
-
“Yeni konstitusiya ölkəni parçalamaq istəyənlərə qarşı mübarizəni gücləndirəcək“ - Mehmet Uçum
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən nə qədər insan gəlib? - SİYAHI
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
“Təhlükəli sahələrə daxil olmayın“ - DİN vətəndaşlara müraciət edib
-
“PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq“ - KİV
-
Hansı liqa bilet satışından daha çox pul qazanır? - Siyahı
-
Duman səbəbilə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Pakistan Rusiya ilə əməkdaşlıqda maraqlıdır - Nazir
-
59 minə yaxın şagird üçün buraxılış imtahanı keçirildi - 3 nəfərdə telefon aşkarlanıb
-
Elvin Cəfərquliyev davadan danışdı: “Üzümə zərbə endirdi“
-
“Starlink”i söndürsəm, Ukraynanın cəbhə xətti dağılacaq” - Mask
-
Fransa Ukraynaya hərbi yardım edəcək - Rusiya pulları ilə
-
Martın 10-da 20 dərəcə isti olacaq - Hava qroqnozu
-
Ötən ay 12 uşaq övladlığa verilib - Nazirlik
-
“Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşa çevrilib“ - Fransa KİV-indən etiraf
-
Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edirik - Zelenski
-
Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək
-
Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Uçan avtomobillərin kütləvi istehsalına başlanılır - Tarix açıqlandı
-
“Starlink“i söndürsəm, Ukraynanın cəbhə xətti çökər - İlon Mask
-
Piyadanın ölümünə səbəb olan məmur iftardan qayıdırmış
-
Bu gün imtahan var - 59 min şagirdin iştirakı gözlənilir
-
Uşaq qidaları bahalaşır: Qiymət artımına nəzarət var? - VİDEO
-
Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
-
Hökumə Əliyevanın adı əbədiləşdirilir - VİDEO
-
Polşa böyük müharibəyə hazırlaşır - Baş nazir açıqladı
-
Turizm Agentliyinin sədri Şuşadan kimi qovub? - “Bu, alçaqlıq idi...
-
İmişlidə ailə faciəsi - Ana və iki azyaşlı uşağı öldü
-
“Qarabağ”ın oyununda futbolçular əlbəyaxa davaya çıxdı -VİDEO
-
Elektromobillər üçün enerjidoldurma məntəqələri: Sayları artsa da, bəziləri işləmir
-
Bakı Biznes Universiteti bu görüntülərə görə tənqid olundu - VİDEO
-
Xalq artistinin qısa geyimi müzakirələr yaratdı - VİDEO
-
Ukrayna ordusu iki həftə ərzində Kursk vilayətindən çıxa bilər - New York Post
-
Ramazanın 9-cu günü - İmsak və iftar vaxtı
-
“ABŞ ilə danışıqlara getməyəcəyik” - Xamenei
-
Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ
-
Bu maşınların qiyməti ucuzlaşacaq - Rəsmi qərar
-
15 yaşlı məktəbli qonşusunu niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Ata aliment ödəməkdən bu halda imtina edə bilər - ŞƏRH
-
Bakı restoranlarında iftar qiymətləri - 90 manata menyu
-
“Onun nitqində çoxlu yalanlar var idi” - Kreml
-
8 Martın bayram kimi qeyd olunmadığı ölkələr – SİYAHI
-
“Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq“ - Orban
-
Universitet və ləğv edilən qurumların maşınları satışda - SİYAHI
-
20 dərəcə isti olacaq - Sabahın havası
-
Leyla Əliyeva Bakıdakı veloyürüşə qatıldı - Fotolar
-
“Mahir çalışır, bunu gizlətmirəm“ - Kloze
-
Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı - Rəsmi
-
“Avropa müdafiə istehsalını artırmalıdır“ - Mark Rutte
-
“Bəzi yollarda avtomobillərin hərəkət sürəti aşağı düşüb” – NİİM
-
Qütb ayıları niyə donmur? - Araşdırma sirri açıb
-
ABŞ Çini COVID-19-a görə cərimə edəcək - 24 milyard dollar
-
Elm adamlarına vəzifələr verildi - TƏYİNATLAR
-
Vardanyan azərbaycanlılara təşəkkür edib - Erməniləri sülhə səslədi
-
Rövşən Əsgərov axtarışa verilib - Rusiyada
-
Krana çıxıb özünü atmaq istədi - Bakıda
-
Onlayn alış-veriş -Üstünlükləri nədir? + Video
-
“Trampın Rusiyaya sanksiya hədəsi boşdur” - Bolton
-
AKİA-nın keçmiş sədrinə yeni vəzifə verilib - AQTA-da
-
Bakıda mağazaya bıçaqlı hücum - VİDEO
-
Əhəd Abıyev villasını satışa çıxardı - 2 milyon dollara
-
Trampla mübahisə Zelenskinin reytinqini artırdı - FOTO
-
Boşanmaların artmasında əsas səbəbkar kimlərdir: Kişilər, yoxsa qadınlar?
-
Yeni binalar tikiləcək - 27 milyon manatlıq layihə
-
“Məhkəmə prosesi Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır” - Hikmət Hacıyev
-
Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir - Məhkəməyə müraciət edib
-
Bu yolda hərəkət məhdudlaşdırılıb - Sürücülərə xəbərdarlıq
-
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir - CNN
-
Türkiyə və İranın XİN rəhbərləri görüşdü - Ciddə şəhərində
-
“Sizə tükənməz sevgi arzulayıram“ - Mehriban Əliyeva
-
Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb edildi - 8 maddə ilə ittiham olunur
-
Beyləqanda Qadınlar Günü təntənəli qeyd olundu - FOTOLAR
-
Zelenskini şantaj edən Tramp... - Putini nə gözləyir?
-
14 yaşlı oğlanı idman müəllimi döyüb? - 4 nəfər saxlanıldı
-
Maskla Rubio arasında dava - Tramp söhbətə qarışdı
-
“Həzi Aslanov” stansiyasının təmiri nə vaxt bitəcək? - Rəsmi açıqlama
-
Azərbaycanda diplomu tanınmayan 40 universitet - SİYAHI
-
Bu gün Beynəlxalq Qadınlar Günüdür
-
İrina Şeykin büstqalteri diqqət çəkdi - Fotolar
-
“Növbəti danışacağınız məsələ İran olacaq” - Tramp
-
Bu sənədi itirənlər 200 manat cərimələnəcək - RƏSMİ
-
Özünüməşğulluq proqramına yazıldı, xəbəri olmadan adına mallar verildi - VİDEO
-
Şəhid anasından Aydanadək... - Prezidentdən paylaşım+Video
-
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“PKK silahlarını təslim etməlidir!” – Yaşar Gülər
-
Azərbaycanda kartof bahalaşdı - VİDEO
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər belə xilas edildi
-
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları ifşa etdi
-
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
-
Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Olmayan səhvə görə üzr istəməyəcəyik” - Podolyak görüş barədə
-
“Nar” 8 Martı xanım jurnalistlərlə qeyd edib - Fotolar
-
Sabah Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ
-
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS OLUNDU
-
“Oleq Bakinski“ yenidən hakim qarşısına çıxarıldı - Məhkəmə iclası
-
Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir?
-
Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? -185 ölkənin siyahısı
-
Aİ-nin missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə apardı - VİDEO
-
Martın 10-da hansı günün dərsləri keçiriləcək - Rəsmi açıqlama yayıldı
-
Əli Əsədov Milli Məclisdə hesabat verəcək - Bu tarixdə
-
“Görüş” şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi - Video - Fotolar
-
“Türkiyə Aİ-dən üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
“Makron kimilərinin arzusu reallaşmayacaq” - Putin
TOP 10
ARXİV