Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Olmayan səhvə görə üzr istəməyəcəyik” - Podolyak görüş barədə

Tarix 07.03.25, 20:55

Font ölçüsü : - / +
bitmap-img6


“Ukrayna hakimiyyəti Prezident Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens arasında Ağ Evdə yaranan mübahisəyə görə üzr istəməyəcək”.

Yeniavaz.com xəbər verir ki, bunu “Le Point”ə müsahibəsində Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun fikrincə, Zelenski həm forma, həm də məzmun baxımından tamamilə haqlı idi və amerikalı tərəfdaşlarına Rusiyaya təzyiq etmədən heç nəyin alınmayacağı ilə bağlı əsas fikri çatdırmağa çalışırdı:
“Moskvanın könüllü güzəştlərinə arxalanaraq müsbət nəticə əldə etmək mümkün deyil. Rusiyanın məcburiyyəti olmadan sülh danışıqları mümkün deyil. Prezidentimiz yorulmadan partnyorlarımıza izah edir ki, bu necə müharibədir və onu kimlər təhrik edib... Ona görə də baş verməyən səhvə görə üzr istəmərik”.
Podolyak baş verənləri Zelenskinin alçaldılması kimi qiymətləndirməkdən imtina edib. Onun fikrincə, bu, siyasi liderlər arasında emosional müzakirə idi:
“Paradoksal olaraq, bu görüş müəyyən mənada faydalı oldu. Fərqlərimizi vurğulamaqla, fikirlərimizi aydınlaşdıra bilərik. Bizdən fərqli olaraq, ABŞ Rusiyanın danışıqlar apara biləcəyi ölkə olduğuna inanmaqda davam edir”.
Xatırladaq ki, fevralın 28-də Zelenski mineral ehtiyatlara dair saziş imzalamaq üçün Vaşinqtona gedib. Lakin Ağ Evdə keçirilən ictimai tədbir zamanı o, Tramp və Venslə mübahisə edib. Müqavilənin imzalanması ləğv edildi və Zelenski Ağ Evi tərk edib.



Xəbərin oxunma sayı : 541




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap